Yaxşı yuxu səhhət üçün çox vacibdir. Yuxu zamanı insanın bütün orqan və sistemləri dincəlir.
Bəzən insanlar tez-tez pis yuxular görürlər və bu səbəbdən də yaxşı yata bilmirlər. Nəticədə səhər insan özünü çox yorğun və əzgin hiss edir.
Amerikalı tədqiqatçılar pis yuxularla mübarizə üçün maraqlı bir üsul aşkar etdilər.
Alimlər bir qrup insanlar üçün eksperimint apardılar. Eksperimentdə iştirak edənlər sadəcə yatırdılar və bu zaman tədqiqatçılar bu qrup insanların bir hissəsinə qızılgül ətri, digərinə isə — xarab olmuş yumurta qoxusunu iylədirdilər.
Experimentin nəticəsində aydın oldu ki, yuxuda gözəl iy iyləyən insanlar yaxşı yuxuları, pis iy qoxulayan insanlar isə qorxulu və pis yuxuları görürdülər.
ABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.
Lunatizm və ya somnambulizm ilə xəstə olan insan yuxuda olduqda müxtəlif hərəkətlər edir – gəzir, paltar geyinir, hətta maşın sürürlər. Yuxudan ayıldıqda bu insanlar yuxuda etdiyi hərəkətləri xatırlaya bilmirlər.
Alimlər lunatizmdən əziyyət çəkən bir ailənin 4 nəslin nümayəndələrinin qanının xromosom analizini etdkdən sonra, onların 20-ci xromosomlarında bir hissə aşkar etdilər ki, məhz bu hissə lunatizmin əmələ gəlməsində “məsuliyyət” daşıyır. Bu hissədə 28 gen olduğu üçün bu xəstəliyin əmələ gəlməsinə cavabdeh olan konkret bir gen hələ ki müəyyən edilməyib.
Amerikalı həkimlər iddia edirlər ki, oxuma insan orqanizminə çox yaxşı təsir edir.
Alimlər bir neçə klinikada xəstələrin arasında eksperiment aparıblar. Xəstələrə tez-tez mahnı oxumaq təklif ediblər. Eksperimentin nəticəsində məlum oldu ki, oxuma xəstələrdə ağrıların azalmasına, orqanizmin bərpa olunmasına yaxşı kömək edir.
Həkimlər izah edirlər ki, oxuma zamanı insan orqanizmi oksigenlə zənginləşir və nəticədə ürək, ağ ciyərlər və beyin daha yaxşı işləməyə başlayır, insanda əzələ tonusu yaxşılaşır.
Ekspertlər bildirirlər ki, oxuma köməyi ilə kəkələmə, stres və hətta artıq çəkidən də azad olmaq mümkündür.
Sizin hisslərinizə toxunan informasiya. Əvvəllər ancaq sözlə ifadə oluna bilənlər, indi iybilmə duyğuları ilə də da əlçatan olacaq. Googlenin ətirlər kolleksiyasında 15 milyon aromabayt informasiya saxlanılır. Google Nose Beta ən irəli texnologiya nümunəsi hesab edilir. Xüsusi təchiz olunmuş avtomobillər dünyanın müxtəlif yerlərində küçələrin qoxusunu yaddaşa verir. Qoxular detektorunun mobil qoşması Android əməliyyat sisteminin son versiyasıdır. |
Bu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar«la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın.
Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib… Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir?
1898-ci ildə jurnalist-yazar Morgan Robinson «Titan» adlı bir kitab yazdı. Kitabda böyük bir reys gəmisi, okeanda aysberqə çarpırdı. 14 il sonra «Titanik» dəniz faciəsi meydana gəldi.
Təsadüflər zəncirinin ən inanılmazı, 1981-ci ildə ABŞın Boston şəhərində meydana gəldi. Randolp Matika, ildırım vurması nəticəsində evinin qarşısında öldü. Adamın dul yoldaşı yenidən evləndi. Kürəkən Pepero toy gecəsi siqaret çəkmək üçün balkona çıxdı. Düşən ildırım, kürəkənin ölümünə səbəb oldu. Qadın sinir krizləri keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. 1 həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu.