Robot
İyirminci əsrin məşhur çex yazıçısı Karel Çapek 1920-ci ildə “R.U.R.” (“Rossumun Universal Robotları”) elmi-fantastik pyesini nəşr etdirərkən əslində, dünyəvi lüğətə yeni söz ərmağan edəcəyindən bixəbərdi. Pyesdə hadisələr “robot” adlı “süni insanlar” istehsal edilən zavodda baş verir. Zahirən insanlardan fərqlənməyən bu “robot”lar əslində müasir “android” məfhumuna daha yaxın idilər. Pyesdə insanlara xidmət etməkdə həvəsli “robot”ların bir müddət sonra insanlara qarşı üsyanı təsvir edilib.
K.Çapekin sözlərinə görə, “robot” sözünü özü deyil, rəssam qardaşı Yozef Çapek ixtira etmişdi. O, əvvəlcə məxluqları latınca “işçilər” mənasını ifadə edən “labori” adlandırmaq istəyir. Amma bu kəlmə könlünə yatmır və məsləhət üçün qardaşına müraciət edir. Yozef Çapek isə çex dilində “ağır iş” mənasındakı “robota” sözündən “robot” kəlməsini uydurur.
Kaliforniya Yanğınsöndürmə İdarəsi yanğından sonra meşədə yanmış bir dalğıc cəsədi tapdı. Üstəlik, bu cəsəd dalğıc paltarı, dalğıc üzgəci, dalğıc maskası və dalğıc balonu ilə “tam təchizatlı” bir dalğıc cəsədi idi. Əlbəttə ki, belə bir cəsədin meşə yanğınında tapılması çox təəccüblü idi. Ancaq polis hadisəni araşdırdıqdan sonra bütün sirlər ortaya çıxdı.
Əslində hadisə belə baş verib. Dalğıc o gün meşədən 20 km məsafə uzaq olan dənizə girmişdi. Meşədə yanğın baş verəndə yanğınsöndürən vertolyotları su götürmək üçün o dənizə getmişdilər. Və su çənlərini dənizə salaraq, oradan yanğını söndürmək üçün su çəkmişdilər. Bu vertolyotlardan biri körfəzdən su çəkərkən dalğıcı da su ilə birlikdə “çəkmişdi”. Sonra da yanğın yerinə apararaq, orada (üstəlik neçə metr yüksəklikdən) yanğının içinə atmışdı. Nəticədə dalğıc yanaraq ölmüşdü.
Bildiyimiz kimi əksər insanlar üçün zəngli saat güclü qıcıqlandırıcı amildir. ABŞ-ın Ceffri Tomson Neyroakustik Araşdırmalar Mərkəzinin alimləri bunu dəyişməyi qərara alıblar.
Məlumata görə, onların işinin nəticəsi «Tranquil Moments» zəngli saatı olub. İstehsalçıların sözlərinə görə, bu saat insanın tez yuxuya getməsinə kömək edir və yuxunun keyfiyyətini yaxşılaşdırır.
Sirr ondan ibarətdir ki, zəngli saat öz arsenalında alfa, delta və teta beyin dalğalarına təsir edən proqrama malikdir. Həmin dalğalar yuxunun fazaları dəyişdikdə bir-birini əvəz edir.