Roma imperatoru IV Karl 4 rəqəmini çox sevirmiş. Onun hakimiyyəti dövründə Romanın 4 paytaxtı, hər paytaxtda 4 knyaz var imiş. Karlın 4 sarayı, hər sarayda 4 qapı, 4 pəncərə, 4 stol, 4 çıraq var imiş.
IV Karl başına 4 metal ərintisindən ibarət olan dördkünc tac qoyarmış. O imperiyanı 4 hissəyə, ordunu 4 yerə bölmüşdü.
Həmişə 4 atlı karetaya minərdi. O, 4 rəngli paltar geyər, 4 dil bilərmiş.
Karl gündə 4 dəfə nahar edər, 4 cür yümək yeyər, 4 cür şərab içərmiş.
O, 4 dəfə evlənib.Onun həyat yoldaşları :
1) Blanche (1316 — 1348),
2) Anna (Bavyera) (1329–1353)
3) Anna von Schweidnitz (1339–1362)
4) Elizabeth (Pomerania) (1345 ya 1347–1393).
IV Karl vəfat edəndə yanında 4 həkim, 4 keşiş olub. Hər keşiş onun 4 vəsiyyətindən birini yazıb.
Nəhayət, IV Karl 1378 — ci ildə 29 noyabr saat 4-də vəfat edib.
Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları 1861-ci ildə ilk öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.
Eyfel qülləsi 1887-1889-cu illər arasında Gustave Eiffelin firması tərəfindən, Fransa İnqilabının 100-cü ildönümü çərçivəsində tikilib. Əslində qüllənin memarı Gustave Eiffel deyil, isveçrəli Maurice Koechlinin sifarişi vasitəsiylə hazırlayan Stephen Sauvestredir. Həmkarı Emile Nouguier ilə birgə ilk dizaynları hazırlayıblar.
Qüllənin 7.739.401 frank 31 sentə başa gələn inşaat xərcləri, Gustave Eiffelin hesablamalarından 1 milyon frank artıqdır. 1889-cu ildəki açılış tarixdən əvvəlki 5 ayda 1,9 milyon ziyarətçisi oldu və ilin sonuna qədər çəkilən xərcin 3/4-ü çıxarıldı. Bununla da, Eyfel qülləsi elə ilk gündən qazanc gətirən şirkət imicini qazandı.
3000 fəhlə 26 ay ərzində 18.038 ədəd dəmir parçasını 2,5 milyon pərçimlə bir yerə topladı. Heç bir ölüm hadisəsi baş vermədi.
Qüllə hündürlüyünə görə Paris sakinlərinin diqqətini özünə çıəkirdi. Bəziləri onu nəhəng bir küçə lampasına bənzədirdi, bəziləri isə fabrik bacası kimi Parisin vizual görüntüsünü korlayacağını iddia edirdilər.
Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl arxitektura strukturlarından biri kimi qəbul edilir. Parislilər onu «Dəmir qadın» adlandırırlar.
İlk əvvəl Eiffel qülləyə yalnız 20 il üçün icazə aldı. Buna görə də 1909-cu ildə qüllənin sökülməsi lazım idi. Ancaq qüllə rabitə üçün çox uyğun hündürlüyə ucaldığından və yeni əsrdə Atlantik okeanının digər sahili ilə əlaqəyə imkan yaratdığından, qalmasına icazə verildi.
Eyfel qülləsi 300 metr hündürlüyə malikdir. Zirvəsindəki televiziya ötürücüləri ona daha 27 metr hündürlük qazandırar. İndiki zamanda geniş şəkildə istifadə edilən polad əvəzinə dəmirdən tikildi və xüsusi texnikalar sayəsində günümüzə qədər möhkəm qaldı.
Qafqaz
“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotunmətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi77-ci ildə Plininin “Təbii tarix” əsərində verilmişdir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.
Azərbaycan əfsanələrində Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və dar anında insanların imdadına çatan Simurq quşu da burada yaşayır.