Maraqlı faktlar kateqoriyası üzrə məqalələr

Anonymous

2008-ci ildən başlayaraq söz azadlığı uğrunda mübarizə şüarı altında saytlara kiberhücumların sayı artır.Bu hücumların qurbanı bütün dünyadakı iri müəssisələr, hökumətlər və hətta Vatikan olub. Hücumların məsuliyyətini Anonymous adlı hərəkat öz üzərinə götürüb. Bu hərəkatda heç bir ierarxiya mövcud deyil, iştirakçılar isə cidd-cəhdlə kim olduqlarını gizləyirlər. Bu gün hərəkat siyasətin sərhədinə çox yaxınlaşıb və ən müxtəlif narazılıqların əksi kimi çıxış edir.

Davamı →

iPhone-da yenilik

iPhone üçün hazırlanan proqramlara daha biri əlavə edildi.
Proqramın adı “UGly Meter”dir, yəni “Çirkin Ölçər”.
Proqramın istifadəsi çox asandır. 
Əvvəlcə proqramı telefonunuza endirirsiniz.
Sonra fotonuzu çəkirsiniz, ya da albomunuzdan bir fotonu proqrama yoxlaması üçün verirsiniz.
Proqram qaş, göz, burun, ağız və çənənin bir-birlərinə uyğunluğunu, simmetriyasını yoxlayır və sizə 1-dən 10-a qədər xal verir.
Aldığınız xal nə qədər böyükdürsə deməli siz o qədər çox çirkinsiniz.
İş bununla yekunlaşmır, xaldan sonra proqram sizi (daha doğrusu şəklinizi) şərh edir. 
Şərhlər hətta bəzən təhqiramiz olur.

Misal üçün ingilis müğənni Çeril Koulun fotosuna proqram bu cür şərh verib: “O qədər pis görünürsünüz ki… Olmaya sizin həkiminiz veterinardır?”.
Davamı →

Ən böyük terror aktları

Terror dedikdə siyasi məqsəd güdərək mülki şəxsləri hədəfə alan şiddət, zorakılıq halları nəzərdə tutulur. Bəri başdan qeyd edək ki, statistika rəsmi məlumatlara əsasən tərtib edilib. Qeyri rəsmi məlumatlar və faktiki vəziyyət fərqli ola bilər.

2001-ci il, ABŞ. Ölüm, xəsarət və maddi ziyana görə Nyu Yorkdakı 11 sentyabr hadisələri terror aktları arasında şəriksiz liderdir. Yaxın tarixdə baş vermiş bu hadisədən çox danışıldığı üçün uzun-uzadı söhbət açmaq yersiz olardı. Sadəcə onu demək kifayətdir ki, terror aktları nəticəsində 2976 nəfər həlak olub, 6000 nəfər xəsarət alıb. Maddi ziyan isə 100 milyonlarla dollarla ölçülür. Dünya Ticarət Mərkəzinin təqribən 2 milyon tonluq uçqunlarının yaratdığı toz qatı 3 ay çəkilməyib. Ərimiş metal kütləsi binanın zirzəmisini doldurub. Ərazini təmizləmək üçün minlərlə insan 8 ay fasiləsiz işləyib.
Davamı →

Dünyanın 3 ən "mərhəmətli" oğrusu

1. İsveç universiteti professorunun notebookunu oğurlamış oğru, onun içindəkiləri flash card`a köçürərək, professora yollayıb.Poğrofessor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin notebookda onun 10 illik əməyi var idi.
Davamı →

Beyni oxuyan cihaz aşkarlandı

Hollandiyalı alimlər artıq insanların fikrini oxuya bilirlər.Onlar beyin skaneri adlı xüsusi aparat kəşf ediblər. Bu aparat yalnız boz maddə impulslarını tutmur, həm də bu impulsları sözə çevirir. Beləcə sözlər monitorda görünür.Alimlər əmindirlər ki, yaxın zamanda onların aparatı həm də danışa biləcək.

Davamı →

Qəpiklərin kənarları niyə hamar deyil?


Lidyalılar zamanında icad edilən pul,  insan həyatına damğasını vuran ən əhəmiyyətli simvollardan biridir.Kağız icad edilənə qədər qızıl, gümüş və s. qiymətli metallardan hazırlanan  pullardan geniş istifadə olunurdu.O dövrün saxtakarları bu pulları kənarlarından qazıyaraq, çox miqdarda olmasa da, müəyyən qədər qiymətli metal əldə edər və pulu yenidən istifadə edərdilər.  Qədim pulların tam yumru olmamasının səbəbi də budur.
Pulların zədələndiyinin fərqinə varan tacirlər onu qəbul etmir və bütün pullar avam əhalinin əlində qalırdı.Bu problemi həll etmək üçün qəpiklərin kənarları tırtıllı edilməyə başlandı.Bu tırtıllar sayəsində, pulun kənarının qazındığı dərhal müəyyən olunurdu və kənarı qazınmış pulu heç kim qəbul etmirdi.
Bu adət, günümüzə qədər gəlib çatmışdır. Artıq tərkibində qiymətli metal olmamasına baxmayaraq, qəpiklərin kənarlarında ya tırtıl, ya da bir yazı vardır.
Davamı →

Ayrılmış ətraf cərəyan ilə bərpa olunacaq

Mütəxəssislər cərəyan gücü hesabına yeni orqan və toxumaların yetişdirilməsinə başlamışlar.Hesab olunur ki,çox yaxın gələcəkdə elektrik cərəyanı hər-hansı bir səbəbdən ətrafını itirmiş insanlar üçün onun bərpasına kömək etmiş olacaqdır.Cərəyan artıq tibbi praktikada uzun müddətdir ki,uğurla tətbiq olunur.

Davamı →

Özünə biganəlik xəstəliyi

ABŞ Mayo klinikasından olan həkim Maykl Joyner özünə biganə olmağı bir xəstəlik olaraq təyin etmiş və hətta bütünlükdə bu prosesin detallarını incələyərək onu terminləşdirmişdir.Bu yeni xəstəliyə Leyzitis (Lazy-tənbəl ing.) adını verən həkim-tədqiqatçı hesab edir ki,xəstəlik olaraq bir o qədər də ciddi probıem olmasa da

Davamı →

Məişət texnikası hamilə qadınlara mənfi təsir edir

Qərb mütəxəssislərinin son 15 il ərzində apardığı tədqiqatların nəticəsi olaraq aşkarlanmışdır ki,məişət texnikası hamilə qadınların özlərinə və onların doğulacaq körpələrinin gələcəyinə mənfi təsir edir.

Davamı →

Kosmosa səyahət qocalmağın qarşısını alır

Kosmosda astronavtların həyat sağlığı ilə əlaqədar aparılan tədqiqatlar heyrətləndirici nəticələrin aşkarlanmasına səbəb olub.Caenorhabditis elegans növ soxulcanlar üzərində aparılan tədqiqatlar göstərir ki,kosmosda yaşlanma daha aşağı tempdə baş verir.
Davamı →
Top