İstər Hammurapi qanunlarında, istər Roma hüququnda və ya islam ədliyyəsində ölüm cəzası yer alıb. Lakin bu cəzalar heç də birtipli olmayıb. Ölüm cəzası tətbiq edildiyi cinayətlər və icra formaları ölkələrə və hüquq sistemlərinə görə dəyişib. Bütün tarix boyu (elə indi də) ölüm hökmü tərəfdarlarının bir əsas dəlili olub: cinayətkarlığın səviyyəsini aşağı salmaq.
Tarix boyu edam formaları bir-birini əvəz edib və çoxu da bu günə qədər gəlib çatıb. Lent.az sizə qədim dövrlərdə tətbiq olunan edam növləri haqda qısa məlumat təqdim edir.
Suda boğma
Bunun üçün məhkumun əl-qolunu bağlayıb suya atırdılar. Bu üsul Azərbaycanda 19-cu əsrdə rus zülmünə üsyan edənlərə qarşı geniş tətbiq edilib.
Boğma qəfəsi
Boğma qəfəsi suda boğmaya bənzəyən keçmiş edam növlərindən biridir. Cinayətkarları metal qəfəsə yığdıqdan sonra qapı bağlanır və qəfəsi suya daldırırdılar. Qəfəsin ölçülərindən asılı olaraq, 1 dəfəyə 10 nəfərə yaxın adamı edam etmək mümkün olurdu.
Bu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar«la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın.
Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib… Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir?
Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.