Arxeoloqlar Britaniyada tarixdən əvvəlki dövrə aid olan Stounhenc (Stonehenge) məntəqəsində qazıntı işlərinə başlayıblar. Bu, 1964-cü ildən bəri daş erası çərçivəsində aparılan ilk qazıntıdır və arxeoloq-alimlər bu obyektlə bağlı indiyədək qalan suallara cavab tapmaq üçün müasir elmi nailiyyətlərdən istifadə etmək niyyətindədirlər.
Stonehenge bir müəmma qalmaqda davam edir. İngiltərənin cənubundakı Salisbury düzənliyində yerləşən bu abidənin 3 min il yaşı var.
Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.
Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.
İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır.
Britaniya və İtaliya alimlərindən ibarət tədqiqatçılar qrupu 16-cı əsrdə yaşamış alim-astronom Qalileo Qalileyin ekshumasiyasına icazə istəyib.
Alimlər onun qalıqlarının müayinəsi vasitəsilə DNT-sini tədqiq edib öyrənmək istəyirlər ki, Qalileo Qalileyin bəzi elmi işlərinə onun pis görmə qabiliyyəti nə kimi təsir göstərib.
Elm dünyasında müasir astronomiyanın atası kimi qəbul edilən Qalileo Qalileyin görmə qabiliyyəti çox zəif idi və ömrünün sonlarına yaxın o tamamilə kor olmuşdu.
Onun elmi işləri və tədqiqatlarında bəzi səhvlər aşkar edilmişdi. Misal üçün, Qaliley hesab edirdi ki, Saturnun halqası deyil, iki peyki var.
Qalileo Qaliley həm də Yer Kürəsinin Günəşin ətrafında dövr etməsi nəzəriyyəsinin tərfdarı kimi tanınırdı.
«General Elektrik» şirkətində çox geniş yayılmış bir zarafat var idi. Şirkətə yeni bir işçi qəbul edəndə o işçiyə ağ işıq yayan bir lampa düzəltməyi şərt qoyurdular. Təbii ki, şirkətin işçiləri belə bir lampanı düzəltmək mümkün olmadığını bilirdilər. Ancaq yenə də yeni gələn işçi laboratoriyada sırf bu işə vaxt itirsin deyə və sonra da ağ bayraq qaldırsın deyə, zarafatlarından qalmırdılar. Yeni işçilər isə belə bir lampanı düzəltmək mümkün olmadığını bilmir və böyük bir həvəslə işə girişirdilər. Ancaq apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə insan fitrətinə uyğun olaraq «Mən bacarmaram!» yolunu seçir və təcrübələrinə son qoydular. Ancaq bu işçilərdən yalnız biri, yəni Marvin Pipkin «Mən bacarmaram!» yolu əvəzinə «Mən bacararam!» yolunu seçdi və gecəsini gündüzünə qataraq ağ işıq yayan məşhur fluoressent lampasını kəşf etdi.
Yer kürəsində daim baş verən maraqlı müşahidələr, kiçik fotogörüntülər və qısa kamera çəkilişləri ilə lentə alınmış materiallar planetimizə naməlum uçan obyektlərin daxil olduğunu sübut edir.
Buradan belə bir sual yaranır: bəs bu uçan naməlum obyektlər nələrdir? Deməli, Yerdən başqa da yaşayış olduğu ehtimal edilən planet və yaxud yeni sivilzasiya vardır. Lakin insan oğlu hələ Ay və Mars planetindən irəli gedə bilməmişdir. Bunun əsas səbəbi hazirda insan idrakının və tədqiqat sahəsinin həmin səviyyəyə çatmamasıdır. Yəni UNO-larla bizim aramızda informasiyanın birbaşa beyinə yeridilməsi kimi fərqlər mövcuddur.