Maraqlı faktlar kateqoriyası üzrə məqalələr

Dairə effekti

Günlərin bir günü qədim Yunan filosofu Anaksimen öz şagirdi ilə pöhrəlikdə gəzişərək söhbət edərkən, şagirdi ondan soruşmuşdur:" Ustad, nə üçün sən tez-tez şübhə və tərəddüdlərə qapılırsan? Axı sən uzun bir həyat yaşamısan, müdriklərdən təlim almısan və bununla belə sənin üçün bu qədər anlaşılmaz məsələlər qalıb?" Anaksimen çəliyi ilə yerdə iki dairə çəkir: biri böyük, biri kiçik və deyir:" Sənin biliklərin bu kiçik dairədir, mənimki isə böyük. Bu dairədən kənarda qalan nə varsa- məchulluqdur, kiçik dairə məchulluqla az təmasdadır. Sənin biliyinin dairəsi böyüdükcə onun məchulluqla sərhədi bir o qədər çox genişlənir. Deməli, gələcəkdə nə qədər çox yeni şey öyrənsən, bir o qədər aydın olmayan məsələlər, suallar ortaya çıxacaq.
Davamı →

Kino tarixindən 30 maraqlı fakt

· Brus Li o qədər sürətli idi ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları asta sürətlə verməli olurdular.
· Amerikalı aktyor, üçqat Oskar mükafatçısı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyümüşdü.
· Bir dəfə Çarli Çaplin "Çaplinin oxşarları" müsabiqəsində üçüncü olmuşdu.
Davamı →

Əsrimizin ən uca boylu , ən ağır çəkili, ən çox uşaqlı adamları

Əsrimizin ən uca boylu adamları:
* Finlandiyalı Katanus — 2 metr 83 santimetr.
* Nyu-York sakini  Eda Kamil — 2 metr 81 santimetr.
* Amerikalı R. Uodlou — 2 metr 71 santimetr.
* Qadın Mariana Vedis — 2 metr 55 santimetr.
Davamı →

İlk dəfə

* İlk dəmir yolu tunelini ingilislər 1826-1830-cu illərdə Liverpul ilə Mançester arasında salmışlar. Bu tunelin layihəsini Corc Stafenson vermişdir.
* İlk yazı makinasını 1714-cü ildə İngiltərədə mühəndis Henri Mill yaratmışdır.
*Dünyada ilk aptek 8-ci əsrdə Buxara və Bağdadda, 11-ci əsrdə isə Avropada Toledo şəhərində ( İspaniya ) yaradılmışdır.
* İlk futbol komandası bir qapıçıdan, bir müdafiəçidən, bir yarımmüdafiəçidən və səkkiz hücumçudan ibarət olmuşdur.
Davamı →

Ən böyük və ən kiçik

Dünyanın ən böyük zənglərindən biri 1404-cü ildə Pekində qurulmuş zəngdir. Onun ağırlığı 42 ton, uzunluğu isə 7 m-dir.
Ən bahalı minik maşınını ingilis firmalarından biri düzəltmişdir. Bu maşının kabinəsində hərlənən oturacaqları olan televizor və qoz ağacından çarpayı vardır.
Dünyada ən böyük kinoekran Hollandiyada qurulmuşdur. Onun ölçüsü 23*17 metrdir
Dünyada ən böyük kitab cildi " Britaniya parlamentinin 1800-1900-cü illəri aktları " dır. Bu cildlərin çəkisi 31 tondur. Bunu ancaq vərəqləməyə 6 il vaxt lazımdır.
Davamı →

Maraqli Faktlar

Armud ağacının elə növü vardır ki, onun meyvəsi çiçəkdən deyil, yarpağından yaranır.
Davamı →

İnternet statistikaları

Hər il 90 trilyondan çox e-mail trafiki meydana gəlir.
Hər gün 247 milyard e-mail göndərilir və bunlardan 80 faizi spamdır.
Amerika əhalisinin 59 faizi internet və televizordan eyni vaxtda istifadə edir.
Bir yeniyetmə bir həftənin təxminən 31 saatını internetdə keçirir.
234 milyon aktiv web-sayt və 126 miyon bloq var.
“Google”nin internetdəki yeri təxminən 5 milyon terebaytdır (5.000.000.000.000.000.000 Byte).
“Facebook” saniyədə 6 milyondan çox səhifə nümayiş etdirir və bu sayta hər dəqiqə 59 000 şəkil yüklənir.
İnternetdəki bazanı insan beyninə köçürmək mümkün olsaydı 1 milyon beynə ehtiyac olardı.
Davamı →

Fonoavtoqrafdan maqnitafona

İlk səsyazma qurğusu 1857-ci ildə Leon Skott tərəfindən icad edilmişdir. Onun fonoavtoqraf adlandırdığı cihazın iş prinsipi çox sadə idi: səs diafraqmasının titrəyişi iynəyə ötürülür, iynə isə üstü hislə örtülmüş fırlanan silindrə əyri cızırdı. Bu cihazda səs gözlə görünən cizgilər şəklində yazılırdı. Təbii ki, hisdə yazılmış səsi səs kimi səsləndirmək mümkün deyildi.
Yazılmış səsi yenidən səsləndirən ilk fonoqraf cihazı 1877-ci ildə Tomas Edison yaratmışdır. O, 1877-ci ildə səsi yalnız yazan yox, həm də səsləndirən fonoqraf cihazını ixtira etdi.Lakin bu hələlik işin başlanğıcı idi. Edison üçün çətinlik «s» səsinin yazılışı oldu, çünki bu səs heç cür yazılmaq istəmirdi.
Davamı →

Tarixi şəxslər barədə qalmaqallı faktlar

Uinston Çörçil
Məşhur siyasətçi, Böyük Britaniyanın Baş naziri olmuş Uinston Çörçil bir natiq və dövlət xadimi kimi o qədər məşhurlaşmışdı ki, “BBC” 2002-ci ildə onu Britaniyanın ən görkəmli şəxsi elan etmişdi. Çörçil öz bəlağətli nitqləri ilə insanların rəğbətini qazana bilirdi, ancaq bir çoxları onun mənfi cəhətlərini bilmirdi. Çörçilin çoxlarına məlum olmayan aforizmləri:
“Mən daha ali və güclü bir irqin gəlib, Amerika hindularının və ya Avstraliyanın qaradərili əhalisinin torpağını işğal etməsini və onlara edilənləri böyük səhv kimi qəbul etmirəm”.
“Mən qazdan istifadə edilməsinin əleyhinə olan vasvasılılığı başa düşə bilmirəm. Qətiyyətlə deyə bilərəm ki, qeyri-sivil qəbilələrə qarşı zəhərli qazdan istifadə olunmasının tərəfdarıyam”.
Davamı →

Tarixin ən böyük terror aktları

Artıq dünyanın müxtəlif guşələrində terror, partlayış, girov götürmə halları barədə xəbər eşitmək bir növ adiləşib.
Hətta xəbər agentlikləri bir-iki nəfərin ölümü ilə nəticələnən terror aktını ciddi bir hadisə hesab etmir. Lakin elə terror aktları olub ki, üstündən 10 illər keçsə də dünya tarixindəki rolunu qoruyub saxlaya bilib.

Terror dedikdə siyasi məqsəd güdərək mülki şəxsləri hədəfə alan şiddət, zorakılıq halları nəzərdə tutulur. Bəri başdan qeyd edək ki, statistika rəsmi məlumatlara əsasən tərtib edilib. Qeyri rəsmi məlumatlar və faktiki vəziyyət fərqli ola bilər.

Davamı →
Top