1960-ci ildə Türkiyədə Elazığda dəlixandan 423 dəli qaçaraq küçələr və məhlələrə doluşur.O zaman məşhur həkim Mutemet Bəy xəstəxanın baş həkimiydi.Həkimə «nə edək?»-deyə soruşurlar.
Cinsi zorakılıq, ölüm, kütləvi qətl səhnələri ilə dolu olan filmlər çox vaxt tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Dünyanın bir çox ölkələrində məhz bu səbəblərdən dolayı bəzi qorxu filmləri qadağan edilib. Amma buna baxmayaraq bu tərz filmlərin çoxlu sayda izləyicisi var.
Bir çox ölkədə qadağan edilmiş 10 ən məşhur qorxu filminin siyahısı:
Yaxşı bir kitab və ya poema oxumaq insana zövq verir, hətta bəzən elə kitablar da olur ki, insanın həyatını dəyişir. Amma elə kitablar da var ki, onları oxuyan zaman muəllifin fikirlərini başa düşmək, qavramaq bizə çətin gəlir. Halbuki bu romanların müəllifləri çox məşhur adamlardır və onların kitabları da minlərlə, milyonlarla tirajla satılıb. Sizlərə dünyanın ən çətin oxunan romanlarının siyahısını təqdim edirik:
1. «Fineqanın oyanışı» — Ceyms Coys
«Fineqanın oyanışı» («Finnegan's Wake») məşhur irlandiyalı yazıçı, 20-ci əsr ədəbiyyatına yön verən şəxslərdən biri Ceyms Coys tərəfindən yazılıb.
Roman eksperimental üslubuna görə seçilir və indiyə kimi ingilis dilində yazılmış ən çətin əsərlərdən biri hesab olunur. Parisdə 17 il ərzində yazılmış əsər yazıçının ölümündən iki il əvvəl,1939-cu ildə çap edilib. Kitabdakı sözlərin yarısı standart ingilis dilində, digər yarısı isə yazıçının özü tərəfindən yaradılan neologizmlərlər, terminlərdən ibarətdir.