Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: "( Ey qullarım!) Siz məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın (nankorluq etməyin)." (əl-Bəqərə, 152) Allah-Təala bu ayə ilə biz insanları Özünü zikr etməyə və verdiyi sayısız nemətlərə qarşılıq olaraq şükür etməyə dəvət etməkdədir. Heç şübhə yoxdur ki, biz insanlar Allah-Təalaya layiqincə həmd və şükür edə bilmirik. Hətta tam əksinə, Ona qarşı nankorluq edirik. Bu həqiqəti Uca Rəbimiz belə ifadə edir:
Biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. İmtahanın səbəbi isə hər şey ola bilər.
Bir neçə gün əvvəl 14 ildir ailəli olan bir dostum evlilik təcrübələrindən danışarkən: «Bax - dedi, - mənim nə vaxt həyat yoldaşımla bir problemim olsa, Allaha təvəkkül edir və belə deyirəm: Allahım! Sənin yaratdığın hər şeydə bir hikmət vardır. Hər halda yenə də bir səhv etmiş, yenə də haradasa Səninlə olan münasibətlərimi lazımi səviyyəyə qaldıra və ya lazımi səviyyədə qoruya bilməmişəm.
İstixarə etməyin mənası görülməsi planlaşdırılan bir işin Allah yanında xeyirli olduğu kimi, başqa sözlə, ən yaxşı şəkildə həyata keçməsini istəmək deməkdir. İstixarə etmək, yaxud ən yaxşı olanı arzulamaq bir duadır. Allah necə dua etmək lazım olduğunu Qurani-Kərimdə öyrətmiş, peyğəmbərimiz (s. a. v.) də öz növbəsində bunu tətbiq etməklə bizə nümunə olmuşdur. Belə ki, Quranda buyurulur:
Adəm (ə) bəri,hər dində bir vaxt namaz vardı.Hamısının qıldığı bir araya gələrək,Məhəmməd (s.a.v.) inananlara fərz edildi.Namaz qılmaq, imanın şərti deyildir.Fəqəd,namazın fərz olduğuna inanmaq ,imanın şərtidir.
Namaz,dinin dirəyidir.Namazını dəvamlı,doğru və tam olaraq qılan kimsə,dinini qurmuş,İslam Binasını ayaqda durdurmuş olur.Namazı qılmayan,dinini və İslam binasını yixmış olur.Əfəndimiz (s.a.v.) buyurdu ki, (Dinimizin başı namazdır).Başsız insan olmadığı kimi,namazsız da, din olmaz.
Namaz,İslam dinində imandan sonra ilk fərz edilən əmrdir.Allah (c.c),qullarının yalnız ona ibadət etmələri üçün namazı fərz etdi.Müqəddəs kitabımızda yüzdən çox ayətdə (Namaz qılın!) buyrulmağdadır.Hədis-i şərifdə, «Allah (c.c), hərgün beş vaxt qılmağı fərz etdi.Qiymət verərək və şərtlərinə uyaraq,hərgün beş vaxt namaz qılanı Cənnət ilə mükafatlandıracağına söz verdi.»