Vaxt səhər!!! (Sübh)
Üfüqdən günün qızıl çiçəyi açmaq üzərə idi. Zamanın bətnində sabahın nütfəsi düşdü az öncə. Gecənin qarasında gizli işıqdan toxumlar başlarını uzatdı. indi xatırla ki, sən də hər zamanlar yoxluğun qaranlığında idin. Unudulmuş torpağına basdırılmış bir toxum idin. Heç kimsənin adını bilmədiyi, xatirənə saymadığı bir yetim idin. sənin də varlığın şəfəqi sökdü illər öncə. Unudulmuşluğun dibsiz quyusundan çıxarıldın. Ana bətninə kiçik damlacıq olaraq düşdün. Varlığından xəbərdar deyildi sevdiklərin. Xatırlanmaya dəyər bir şey deyildin. İndi xatırla ki unudulmuşluğun torpağında Rəbbin səni unutmadı. Rəbbin səni sahibsiz də buraxmadı. Rəbbin səni yoxluq gecəsindən varlıq üfiqünə yetişdirdi. təzə bir bahar kimi gün üzünə cıxardı bədənini.