Namaz, dua, zikr kateqoriyası üzrə məqalələr

Dəstəmaz almağın faydaları...

Dəstəmaz almaq yüksək təzyiqi düşürür, baş ağrısını yüngülləşdirir,

yorğunluğu və əsəbi aradan qaldırir. Dəstəmaz alarkən yumalı

olduğumuz yerlərə: əllərimiz, ayaqlarımız, boyunun ardı və

başımızın ortasına mütləq su dəyməlidir. Cünki, adı çəkilən yerlərdə

insanın sinirləri ən üzdə olduğu üçün su dəyərkən bədən sanki

oyanır, fəallaşır, daha aktiv olur.

Davamı →

Hər duasi qəbul edilən uşaq

Peyğəmbərimizin daha kiçik yaşlardaykən etdiyi dualar belə Allah tərəfindən qəbul edilirdi.
Bu dualardan biri də “yağış duası” idi.

Davamı →

Namaz haqqında 40 incəlik

1-Namaz behiştə gedənlərin tacıdır.
2-Namaz qeyb aləminə açılmış bir pəncərədir.
3-Namaz yerdən göy aləminə pərvaz etməkdir.
4-Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur.
5-Namaz dini abadlaşdırır.
6-Namaz xoşbəxtlik iksiridir.
7-Namaz insanı xilqətlə eyni ahəngdə edir.
8-Namaz yerlə göy arasında bir körpüdür.
9-Namaz Allahla dostluğu davam etdirməkdir.
Davamı →

Gözdəymə və cadu - mif yoxsa reallıq?

İnsanlar arasında sehr, cadu, fal, gözdəymə, ofsun kimi bəd əməllərə inananlar da var, inanmayanlar da. Bəzən kiminsə sehrin, cadunun, gözdəymə və ya ofsunun təsirinə məruz qaldığını iddia etməsinin şahidi oluruq. Onların bu cür düşünmələri özlərində daxili gərginliyə və ağır psixoloji duruma düçar olmaları ilə nəticələnir.

Cadugərlik Afrikada yaranıb


Tarixi qaynaqlara görə, sehrbazlıq, cadugərlik Afrikada yaranıb və tədricən dünyanın digər ölkələrinə yayılıb. Sehrbazlar və ya cadugərlər gördükləri işin əsl mahiyətini gizlədib özlərini fövqəltəbii güclərə malik olan şəxslər kimi göstərir, bu yolla insanları öz maraqları üçün təsir altında saxlamağa çalışırlar. Müqəddəs kitablarda bu cür hərəkətlər haram və günah sayılır. Bəd əməllərdən biri də gözdəymədir.
Davamı →

Ən alicənab təşəkkür

Bir borcum var idi. Elə bir borc ki, heçnə ilə əvəz edilməz. Canımı, hətta nəfəs aldığımçun da Ona minnətdar idim. Ən pisi isə bu idi ki, bu borcu ödəməyim mümkünsüzdü. Bəs nə edim? Hər şeyim əvəzində bir quru təşəkkür?.. Yox, bu insanlığa yaraşmaz! Düşündüm… Bu düşüncəm çox uzun çəkmədi ki, cavabı tapdım. Borcu ödəməm mümkünsüzsə, heç olmasa təşəkkürü elə demək lazımdır ki, bu həm qəlbən, həm gözəl, həm də mədəni, alicənab olsun. Belə bir təşəkkürü O özü bizə öyrətmiş və bizdən tələb etmişdir. Bunu anladığım vaxt tez ayağa qalxdım. Daha düşünməyə, gözləməyə vaxt yox idi. Onsuzda illərdir gecikmişdim. Halbuki,

Davamı →

Dua edəndə sevinirəm.

Salehlərdən biri belə dedi: «Həqiqətən də mən bütün ehtiyaclarımı Allahdan dua edərək istəyirəm. Yəni, mən nə isə hər hansısa bir şeyi istədikdə əllərimi açıb Allahdan həmin hacətimi, istəyimi yalvarıb, dilə gətirib dua edib istəyirəm.”


Əgər Allah Təala mənim dua edərək Ondan istədiyimi mənə versə mən bir dəfə sevinirəm. Yəni həddən artıq sevinirəm, bu sevincim yalnız istədiyim bir şeyin mənə verilməsi üçündür. Bu da bir dəfə olur. Əgər uca Rəbbim dua edərək istədiyimi mənə verməsə on dəfə sevinirəm. Çünki birinci sevincim öz ixtiyarımladır. Belə ki, mən istədim və uca Allah da verdi, mən sevindim, bu sevinc öz ixtiyarımla oldu. Yəni özüm istəyərək sevinirəm.

Davamı →

Dua haqqında

Dua qəbul olan vaxtlar:
1. Azan vaxtı.
2. Səhər, gecə yarısından sonra.
3. Ərəfə günləri.
4. Cümə günləri.
5. Bayram günləri.
6. Ramazan ayı.
7. Qurani oxuduqdan sonra.
Davamı →

Namaz qılarkən fikir yayınıqlığı

Namazda huşu içində olmaq — həmin namazı səmimi, ixlas içində qılmaq deməkdir. Huşuda olmaq hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha itaət mənasına gəlir. Biz insanların namazda yaşayacağı ruh halıda elə budur. Namazı huşu içində qılmaq bir çox ayə və hədislərdə buyulur. 5 vaxt qıldığımız namazı gündəlik həyatımızda vərdiş halına gətirməməliyik. Tam əksinə, Allah üçün yerinə yetirdiyimiz bu ibadət bizə hər dəfə yeni həyəcan və şövq verməlidir. Quranda möminlərin namazlarını huşu içində qıldıqları bildirilir:
Davamı →

Namaz haqqında

Bu, ən gözəl ibadət növünə əməl etməyən insana bir müraciətdir. Bəli, dostum, sən yanılmırsan, mən sənə müraciət edirəm. Şəxsən sən, ən gözəl ibadət növünü tərk edirsən, o ibadət ki, bizə Allah tərəfindən fərz(vacib, yerinə yetirilməsi mütləq olan)buyurulub. Məhz sən ağılsızlıq edib ibadəti tərk etmisən, namaz qılmaq istəmirsən.


Biz, spirtli içki qəbul edən müsəlman gördükdə deyirik: «Müsəlman qardaş, spirtli içki içmə!» Biz yarıçılpaq müsəlman qadın gör dükdə deyirik: «Müsəlman bacı, bu cür geyinmək iman gətirmiş bir qadına yaraşmaz!» Ey ibadət etməyən, namaz qılmayan insan! Səni gördükdə səni özümüzə necə yaxınlaşdıraq, səni necə sevək, sənə necə müraciət edək?

Davamı →

Dua haqqında

Bismillahir rəhmanir rəhim
— Dua-Allah-taalaya yalvarmaq, onu anlamaq, zikr etməkdir.
— Dua-Allah-taaladan yardım istəmək və ona qulluğunu bildirməkdir.
— Dua-ən böyük ibadət və ən qüvvətli bir niyazdır. Duanın qiymətini bilməliyik.
— Dua-ümidsizlərin ümid qaynağıdır.
Davamı →
Top