Namaz, dua, zikr kateqoriyası üzrə məqalələr

Ayətəl-kürsidəki nizam

    Ayətul kürsi adlanan dua Qurani- Kərimin 2-ci surəsi olan Əl-Bəqərə surəsinin 255-ci ayəsini əhatə edir. Ayətəl kursi 9 cümlədən ibarətdir. Onlara nəzər salaq.

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ۚ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۖ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ ۖ وَلَا يَئُودُهُ حِفْظُهُمَا ۚ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ. (Əl-Bəqərə 255)

1. Allahu la ilahə illə huvəl həyyul qəyyum.

Allahın iki mübarək adını özündə cəmləşdirən cümlə. Əl-Həyy və Əl Qəyyum. “Həmişə yaşayan”, “Həyatın qaynağını əlində tutan”.

Bu cümlə ilə duanın son cümləsi arasında bağlılıq vardır.

Cümlə 9.  Və huvəl əliyyul əzim.  Burada da Allahın 2 adı vardır. Eynilə ilk cümlə kimi.

2. La təxuzuhu sinətun və la nəvm. (Onu mürgüləmə və yuxu tutmaz)

Burada insanda olan, yalnız Allaha xas olmayan cəhətlər söylənilmişdir. Bu cümlə isə sondan ikinci cümlə ilə bağlıdır.

Cümlə 8. Və la yəuduhu hifzuhumə. (Onları (yeri və göyü) qorumaq və gözətmək Onu yormaz). Əlaqə açıqdır. Yuxu və mürgüləmə yorulan zaman baş verir.Allah da 8-ci cümlədə əsla yorulmadığını qeyd edir.

3. Lə humə fissəməvəti və mə fil ard. (Göylərdə və yerdəkilərin hamısı Onundur). Burada Allahın Malik adının mənası açıqlanmışdır. Malik “sahib olmaq” deməkdir, yəni hər şeyin sahibi Odur.

Davamı →

Namazda bədəni örtmək

Məsələ 796: Kişi namaz halında (onu bir kəs görməsə də) övrətini örtməlidir. Ən yaxşı odur ki, göbəkdən dizə kimi örtsün.
Məsələ 797: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. Ehtiyat müstəhəbb odur ki, ayaqlarının altını da örtsün. Amma üzünün dəstəmazda yuyulan hissəsini, əllərini biləyə kimi və ayaqlarının üzünü topuğuna kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün.

Davamı →

Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar

Məsələ 856: Aşağıda fərqləri izah olunacaq bu üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:
1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan bulaşırsa.
2. Bədən və ya paltarı bir dirhəmdən az (təqribən şəhadət barmağının ucu qədər olur), qana bulaşmış olursa.
3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa; beləki, hər hansı bir halda da əgər namaz qılanın yalnız paltarı nəcis olursa, namazı səhihdir. Bu hal namaz qılanın corab və tumanbağı kimi kiçik paltarının nəcis olduğu haldır (yəni bunların nəcis olmasının maneçiliyi yoxdur). Bu dörd hala aid hökmlər fərqləri ilə aşağıda izah olunacaqdır.

Davamı →

Namaz qılanın yeri

Namaz qılanın məkanının yeddi şərti vardır:
Birinci şərt: Mübah olmalıdır.
Məsələ 875: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə belə olsa, lazım ehtiyata əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi xeymədə namaz qılmağın maneçiliyi yoxdur.
Məsələ 876: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, kirayə edilmiş bir evdə, ev sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Yenə əgər meyit malının üçdə birini bir yerə parçalanmasına vəsiyyət etmişsə, malın üçdə biri ayrılmayıncaya qədər onun mülkündə namaz qılmaq olmaz.

Davamı →

Ayətül-Kürsinin fəziləti

«Allah başqa heç bir tanrı yoxdur. Diridir, qəyyumdur. O nə mürgü, nə də yuxu bilər.

Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun hüzurunda kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir (O, göylərə, yerə, bütün kainata hökm edir). Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!”(əl-Bəqərə, 2/255)

Ayətül-Kürsi olaraq adlandırılan bu ayə sanki uca dinimiz İslamın əsası və xülasəsi kimidir. Ayət ül-Kürsi uca Rəbbimizi bizə ən gözəl şəkildə tanıdan bir ayədir. 

Davamı →

Tilavət səcdəsi

   «Qurani-Kərim»də verilən bəzi ayələr vardır ki, həmin ayələr səcdə ayələri adlanır. Səcdə ayələri oxunduğu zaman səcdə etmək lazımdır. Belə səcdələrə tilavət səcdəsi deyilir. Tilavət səcdəsi aşağıdakı şəkildə yerində yetirilir.

   Tilavət səcdəsi niyyəti ilə əllər qaldırılmadan «Allahu əkbər» deyilir. Sonra səcdə edilir və səcdədə 3 dəfə «Subhanə rabiyəl əla» zikri deyilir. Sonra «Allahu əkbər» deyilir və yenidən səcdə edilir. Səcdələr bitdikdə isə «Allahu əkbər» deyilir və qalxılır.  (Səcdədə 1 dəfə «Subhanə rabbəna in kane vadü Rabbina ləməfula» zikrini də demək olar). 

   Səcdədən qalxarkən müstəhəbdir ki, "Ğüfranəkə Rabbəna və ileykə`l masir" deyilsin. Digər müstəhəb əməl isə səcdəyə ayaq üstə durulmuş vəziyyətdən gedilməsidir.

Davamı →

BərəkAllah nə deməkdir?

Bərək Allah uca Allahın adını istifadə edərək tərifləməkdir.
Bərekallah dediyimizdə Allahın bizə bəxş etdiyi neməti özümüz üçün mübarək etməsini söyləyərik. Allahın sənə bəxş etdiyi şeyin mübarək olmasını diləmiş olursan.

Allah hər şeyə sahibdir və onun bəxş etdiyi hər şeyə şükür etmək lazımdır. Qorumaq istədiyiniz bir şeyə Maşallah Bərəkallah deməyiniz yetərlidir. Allah onu qoruyacaq. Sevdiyimiz şeyləri Allahın adıyla qoruyuruq.
Davamı →

Namaz nədir?

Namaz dinin elə əhəmiyyətli əməllərindəndir ki, əgər Allah dərgahında qəbul olsa, şəxsin başqa əməlləri də qəbul olar. Əgər qəbul olmasa, insanın başqa əməlləri də qəbul olunmaz. Belə ki, əgər insan gecə-gündüz ərzində beş dəfə axar çayda çimərsə, onun bədənində çirk qalmaz; o beş vaxtda olan namaz da şəxsi günahlarından pak edir. Daha yaxşıdır ki, insan namazı vaxtında qılsın. Namazı yüngül və əhəmiyyətsiz sayan şəxs, namaz qılmayan şəxs kimidir. Peyğəmbər (s.ə.v.) buyurub:

Davamı →

Hacət namazı

Hər hansı istəyin həyata keçməsi niyyəti ilə qılınan namaz. Qurani-kərimdə buyurulur: «Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!» («Bəqərə», 45).

Hədislərdə hacət namazının qılınma qaydası fərqli şəkillərdə göstərilib. Hacət namazını adətən iki və ya dörd rükət şəklində qılırlar. Gecə qılınması məsləhətdir. Hacət namazından əvvəl qüsl almaq, səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir. Bəzi rəvayətlərdə bu namazı açıq havada (çöldə və ya evin damında) qılmaq tövsiyə edilib.

hacət namazıHəzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilib: «Allahdan və ya hər hansı şəxsdən arzu-istəyi olan adam kamil şəkildə dəstəmaz alıb, iki rükət namaz qılsın, Allaha həmdü-səna etsin Peyğəmbərə salavat söyləsin. Bunun ardınca belə dua etsin (duanın tərcüməsi verilir): «Allahdan başqa məbud yoxdur. O, helm və kərəm sahibidir. Uca ərşin sahibi olan Allah bütün nöqsanlardan uzaqdır.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ya Rəbbim! Səndən mərhəmətinin səbəblərini, əfvinin vəsilələrini, hər cür yaxşılıqdan mənə pay verməyini, hər cür günahdan məni qorumağını istəyirəm. Öhdəmdə elə bir günah saxlama ki, onu bağışlamayasan. Məni elə bir sıxıntıya salma ki, onu yüngülləşdirməyəsən. Mənə elə bir ehtiyac vermə ki, Sənin razılığına uyğun olmasın və onu yerinə yetirməyəsən. Ey mərhəmətlilərin ən mərhəmətlisi!» («Sünənüt-Tirmizi», «Vitr» babları, 479-cu hədis; «Sünənü İbn Macə», «İqamətüs-sələvat» babları, 1384-cü hədis).

Davamı →

Nafilə namazın faydası

Allah-Təala bizə 5 namaz qılmağı əmr edir. Bu namazları qılmaq Allah-Təalanın əmrini yerinə yetirməkdir.

Allaha yaxınlaşmaq istəyən, mərtəbəsini yüksəltmək istəyən bəndə bu namazlardan əlavə namaz da qılar və bu əlavə namazlarla Allaha yaxın olmaq istədiyini isbat etmiş olar. Nafilə namazlar bu qədər önəmlidir. 5 namazı qılmasan, axirətdə bunun hesabını verərsən, qılsan, borcdan çıxarsan. Nafilə namaz qılsan, “Allahım, bu qulun Sənin rizanı istəyir, hər cür günahdan, xətadan, Sənə qarşı çıxmaqdan Sənə sığınıram” deyirmiş kimi Allaha yönələrsən. Nafilə namaz Haqqın qapısından asılmaq, əl çəkməmək, “Allahım, məni də rəhmət dairənə daxil eylə!”- deyə yalvarmaqdır. Sən ədəbinə uyğun Allaha yönəlsən, Allah səni eşitməz, duanı qəbul etməzmi? — Əlbəttə eşidər, əlbəttə qəbul edər.

Görün bir nə buyurur, bizi Yaradan, Yaşadan, Mərhəməti Sonsuz olan Rəbbimiz: “Qulum mənə yaxınlaşmaq üçün nafilə namaz qılar, dua edər, o qədər ibadət edər, o qədər çırpınar ki, mən onu sevərəm. Mən bir qulumu sevdimmi, onun görən gözü, danışan dili, tutan əli, yeriyan ayağı olaram. O Mənə doğru bir addım atsa, mən ona doğru on addım ataram, o mənə doğru yeriyərək gəlsə, mən ona doğru yüyürərək gedərəm.”
Davamı →
Top