Yəmən respublikası Asiya qitəsinin cənub-qərbində, Ərəbistan yarımadasının cənubunda və orta şərqdə yerləşir. Səna Yəmənin ən böyük şəhəri olmaqla bərabər onun paytaxtıdır. Sahəsi 527,968 km2 -dir. İki əhmiyyətli sahilə malikdir; Qırmızı dənizin qərb sahilləri və Ərəb dənizinin cənub sahilləri. Yəmən 1990-cı ilə qədər bir-birilə qonşu olan iki ölkədən ibarət idi. 1990-cı ildə bu iki ölkə Yəmən respublikası adı altında birləşdi. 1994-cü ildə birləşmiş bu iki tərəf arasında müharibə baş verdi. Sonda şimallıların cənublular üzərində qələbə çalmasına baxmayaraq, təşkil olunmuş bu birlik qorunub saxlanılır. Yəmən respublikasının rəsmi dini İslamdır. Burada sayca cox az olan başqa dinlərin nümayəndələri tam azaddırlar. Müsəlmanlar bu ölkənin əhali sayına görə çoxluq təşkil edir. Ölkədəki müsəlmanların çox hissəsini təşkil edən (onikiimamçı şiəliyinə yaxın olan) Zeydiyyə məzhəbində olanlar şimali Yəmənin dağlıq yerlərində yaşayırlar. Əhli-sünnə sayılan şafeilər isə ölkə əhalisinin təqribən yarısını təşkil edir. Ölkənin cənub hissəsində yaşayanların çoxu bu məzhəbdədirlər. Yəmənlilər ənsar hesab olunurlar. Onların iftixar etdiyi şeylərdən biri də İslam Peyğəmbərinin(s) elçisi həzrət Əli(ə) Yəmənə çatan kimi və qan tökülmədən müsəlman olmalarıdır. Bu hadisə, yəni Yəmən xalqının müsəlman olması tarix kitablarında yazılmışdır.
Afrikanın cənubunda yerləşən Tunisə qısa səyahətə hazırlaşın. Aralıq Dənizinin incisi olan Tunisdəyik.
Avstraliyanın 1600 km cənub şərqindəki Yeni Zelandiya, iki adadan ibarətdir: Şimal və Cənub adaları. Bunlardan başqa bir düjün (on iki ədəd) də kiçik ada var. Bu adalar gəmi ilə bir neçə saat uzaqlıqda yerləşir.
Tailand — bacarıqlı filləri, əhlilləşdirilmiş timsahları, təbii gözəllikləri və müasir mənzərəsi ilə yanaşı, fərqli mədəniyyəti ilə nəzərlərimizi cəlb edən bir ölkədir.Filippin Asiyanın cənub-şərqində 7100 adada yerləşir. Onlardan yalnız 860-da məskunlaşma vardır. Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dilidir. İspan və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları Luson, Mindoro, Samar, Panay, Palavan, Neqros, Sebu, Leyte və Mindanao. 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippin Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur.