Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Bab-əl-Məndab boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Amma əsirlərlə davranış çox gözəldir, son 10 ildə 200-ə yaxın turist oğurlansa da, onlar hökumət tərəfindən bəzi şərtlərin yerinə yetirilməsi vədi müqabilində buraxılıblar. Buna görə də yerli hökumət bəzi abidələri silahlı konvoy olmadan gəzməyi qadağan edib, iri turist qruplarının yanında isə adətən yerli müdafiə xidməti əməkdaşları gəzir. Ölkədə cinayətkarlıq gemək olar ki, yoxdur. İri şəhərlərdə cibgirlərə az hallarda rast gəlinir. Mehmanxanada, bütün ölkələrdə olduğu kimi, qiymətli əşyalarınızı qoymayın.
Soyuqlar düşən kimi insanın ağlına «Qış gəlir, deməli tezliklə Yeni il şənliyi olacaq» fikri gəlir. Bəs, Yeni ili harada keçirmək olar? Bu sualın çox sadə cavabı var. Şaxta babanın evinizə gəlməyini gözləməkdənsə siz onun yanına gedin. Əlbəttə ki, Laplandiyaya. Şimali Avropada yerləşən bu ölkə dörd dövlət arasında bölünüb. Bunlar Norveç, Finlandiya, İsveç və Rusiyadır. Buranın köklü sakinləri sayılan saamlar şimal hissədə məskunlaşıblar. Onların yarısı qədim dildə (10 dialektdə) danışır. Əhalinin çoxu Şimal qütbündən 5 km aralıda yerləşən paytaxt Rovaniem, Kemiyarvi, Kemi və Tornio şəhərlərində yaşayır. Bu ekzotik məkanda ilin dörd fəslindən əlavə sirli bir mövsüm də var. Buna kamos deyirlər. Həmin vaxt günəş üfiq xəttindən yuxayıra qalxmır və ətraf göy rəngə bürünür. Kamosu Laplandiyanın şimalında il ərzində 200 dəfə müşahidə etmək olar. Saamların animistik anlayışlarına görə səmada görünən ağ, yaşıl və sarı rənglərin peyda olmasına səbəb təpələrlə qaçan tülkünün quyruğudur.
Ərazisinə görə ABŞ-ın ən böyük ştatı olmaqla yanaşı, Alyaska həm də ən az əhalisi olan ştatdır. Alyaska Şimali Amerika qitəsinin şimal-qərbində yerləşir, şərqdən Kanada, qərb və cənubdan Sakit okean, şimaldan isə Şimal Buzlu okeanı ilə həmsərhəddir. Rusiyadan Berinq boğazı ilə ayrılır. Alyaska ABŞ-ın tərkibinə 1867-ci ildə daxil olub. Məhz bu vaxt Rusiya imperiyası onu Amerika Ştatları İttifaqına 7 milyon dollara satdı. 1900-cü ildə isə Alyaskada qızıl yataqları tapıldı. Məşhur qızıl həyəcanı tez bir zamanda bütün Amerika qitəsini bürüdü. Vaxt keçdi və buraya varlanmağa gələnlər Alyaskada məskunlaşıb buranı ABŞ-ın ən mühüm iqtisadi ərazisinə çevirdilər. Müasir zamanda Alyaska torpaqları zəngin mineral və yanacaq resursları mənbəyidir. 1959-cu ildə ştat elan olunan Alyaskanın paytaxtı Cuno şəhəridir.
Danimarkanın paytaxtı Kopenhagen haqqında ilk məlumat 1043-cü ilə aiddir. Daniya dilində işlənən koben-havn sözünün mənası ticarət limanı deməkdir. Çox hissəsi Zellandiya, az hissəsi isə Amager adalarında yerləşən bu şəhərin belə adlandırılmasının əsas səbəbi onun Eresunn boğazının sahilində salınmasıdır. Öz mövcudluğuna görə şəhər həm də siyənək balığına minnətdar olmalıdır. Çünki yuxarıda adlarını çəkdiyimiz adalar arasındakı boğaz ta qədimdən balıq ovu ilə şöhrət tapmışdı. Və bu səbəbdən insanlar böyük məmuniyyətlə onun hər iki sahilində məskunlaşmışdılar. Hal-hazırda isə şəhər əhalisinin sayı 1,5 milyon nəfərdən çoxdur. Dünyada heç bir şəhər Kopenhagen qədər qonaqlarına nağıl danışmır. Hans Xristian Andersonun sayəsində bu məkan nağıl və möcüzə mücəssiməsinə çevrilib. Şəhərin dəyişməz atributlarından biri onun qvardiyasıdır. Onlar 1658-ci ildə kral III Frederikin zamanında təşkil olunub.
Cənubi Amerikanın cənub qərbində dövlətdir. Onu «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır. Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir. Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir. Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur.