Turizm kateqoriyası üzrə məqalələr

Maldiv adaları

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır.

Davamı →

İordaniya

İordaniya, rəsmi adı İordaniya Haşimi Krallığı Qərbi Asiyada yerləşir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ərazisi Suriya Səhrasını və Aqaba körfəzini əhatə edir. İordaniya Suriya, İraq, Səudiyyə Ərəbistanı, Aqaba körfəzi, İsrail və Fələstinlə həmsərhəddir. Ölü dənizin idarə edilməsi hüququnu İsraillə, Aqaba körfəzini isə Səudiyyə Ərəbistanıyla paylaşır. İordaniyanin əksər hissəsi səhradır. Ölkənin paytaxtı Omman şəhəridir. İordaniyada dövlət dili ərəb dili, dövlət dini İslam dinidir. Əhalinin 95 faizini müsəlmanlar təşkil edir. Müsəlmanların 90 faizi sünniliyin şafii məzhəbinə aiddir. Az sayda şiə-imamlara və druzlara rast gəlmək olar (birlikdə 5%). Xristianlar əhalinin 5 faizini təşkil edirlər. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. İordaniya Krallığının ümumi ərazisi 89,342 km², əhalisi isə 5mln-dan artıqdır. Şəhər əhalisi — 72%, kənd əhalisi — 28%-dir. Ən yüksək nöqtəsi Ram dağında (1754 m), ən alçaq nöqtəsi — 403 m-dir (dəniz səviyyəsindən). Qışı sərin, yayı isti və qurudur.

Davamı →

Kasablanka (Mərakeş)

Kasablanka ispan dilindən tərcümədə casa «ev», blanka isə «ağ» deməkdir. Kasablanka əhalinin ən çox məskunlaşan şəhəridir. Kasablanka Mərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtıdır. Atlantikanın iri limanına, Avropa, Afrika və Amerikanın kəsişmə nöqtəsi olmasına baxmayaraq, zəngin tarixə malik milli görünüşünü itirmir. Kasablanka okean sahilində dincəlmək üçün əla yerdir. Burada dekabr və yanvar aylarında hava +20 dərəcə, martdan oktyabradək isə +26 dərəcə olur. Kasablanka Şimali Afrikanın aparıcı ticarət şəhəridir. Mərakeş beynəlxalq ticarətinin böyük hissəsi buradan keçir. Əsas ixrac olunan mallar: yun, dəri, fosfatdır. Kasablanka, həmçinin ölkənin ən iri sənaye şəhəridir. Sənayenin ən aparıcı sahələri: balıqçılıq, konservləşdirmə, ağac emalı və mebel istehsalı, tikinti materialları, şüşə və tütündür.

Davamı →

Vyetnam

Vyetnam Asiyanın cənub-şərqində Hindçin yarımadasında yerləşir. Şimaldan Çin, qərbdən Laos və Kamboca ilə həmsərhəddir, şərq və cənub sahillərini Cənub Çin dənizi yuyur. Vyetnam parlamentli respublikadır. Dövlət başçısı prezidentdir. Paytaxtı Hanoy şəhəridir. Ərazisi təxminən 331 min kvadrat kilometr, əhalisi 86 milyon nəfərdir. Alçaq və orta dağlıqlar ölkə ərazisinin 80%-ni təşkil edir. Ölkədə ovalıqlar çox azdır, əksəriyyəti də şumlanıb. Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistlər və fotoqraflar üçün əsl cənnətdir. Ölkənin ən hündür zirvəsi Fanşipandır (3143 m). Vyetnamın ərazisində böyük və gur sulu Mekonq və Honqxa çayları axır. Ən böyük etnik qrup vyetlərdir (85%-dən çox), bundan başqa ölkədə çinlilər, kxmerlər, taylar və b. da yaşayır. Rəsmi dil Vyetnam dilidir. Əhalinin 85%-i buddist, 8%-i xristianlardır. Pul vahidi Vyetnam donqudur (VND).

Davamı →

Macarıstan

Macarıstan Respublikası Mərkəzi Avropada yerləşir. Sahəsi 93 min kvadrat kilometr olan ölkə Slovakiya, Avstriya, Sloveniya, Xorvatiya, Yuqoslaviya və Rumıniya ilə həmsərhəddir. Paytaxtı Budapeşt şəhəridir. Dunay çayı ölkəni demək olar ki, iki regiona ayırır. Ölkənin dənizə çıxışı yoxdur. Əhalisinin 90%-ni macarlar, 4%-ni qaraçılar, 2,6%-ni almanlar, qalan hissəsini isə serblər, rumınlar təşkil edir. Dövlət dili macar dilidir. Macarların çoxu bir xarici dil bilir — ingilis, alman və ya rus. Macarıstan parlamentli respublikadır.

Davamı →

Barselona

Barselona adı qədim Yunan dilindən götürülmüşdür: "Βαρκινών", «Barcino», «Barcelo», «Barceno». İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin paytaxtıdır.İspaniyanın şimal-şərqində yerləşən liman şəhəri Barselona Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Əhalisi 1,6 milyon nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası eramızdan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub.
Davamı →

Turizm və turizmin növləri

Ekoturizm ehtiyatlarına – təbiət abidələri, ekzotik landşaft, meşəlik ərazilər, Milli parklar və dağ ekosistemləri daxildir.


Təbiət abidələri xüsusiyyətlərinə görə aşağıdakılara bölünür:


1. geoloji, gemorfoloji abidələr. Bu tip abidələr relyeflə birbaşa əlaqəli olub, qədim dağlardan qalıq relyef formalarından ibarət olur. Belə təbiət abidələri dünyanın əksər ölkələrində yayılıb.

Davamı →

Turizmdə öndə olan ölkələr və şəhərlər

Dünyada turistlərin ən çox getdikləri ölkələr bunlardır.

1. Fransa-79.3 milyon turist(Avropa)
2. Amerika Birləşmiş Ştatları-58 milyon turist(Şimali Amerika)
3. İspaniya-57.3 milyon turist(Avropa)
4. Çin-53 milyon turist(Asiya)
5. İtaliya-42.7 milyon turist(Avropa)

Davamı →
Top