Xaricdə istirahət etməyə gedərkən çox vaxt həmvətənlərimiz orada ətrafdakılara necə təsir bağışlaya biləcəklərinə diqqət yetirmirlər. Halbuki hər bir xalqın onlara qonaq gəlmiş xaricilər haqqında öz şəxsi fikri var.
Yəqin ki, turistlər haqqında ən çox hotel sahibləri danışa bilərlər. Seçim meyarları olaraq qonaqların davranışı, dəqiqliyi, xəsisliyi və ya əliaçıqlığı, eleqantlıq və bir çox başqa xüsusiyyətləri çıxış etmişdir. Qonaqların yerli dili öyrənmək və yerli mətbəxi dadmaq həvəsi də bu meyarlara aid edilmişdir. Ümumilikdə dünya üzrə 4000 menecer və hotel sahibi arasında sorğu keçirilmişdir.
Dünyada məşhur olan bu ada öz əsrarəngiz gözəlliyi ilə seçilir. Hələ 60-cı illərdə bu ada dünyanın ən gözəl adası adlandırılmışdı. Hələ də heç kəs daha yaxşısını tapa bilməyib.
Sakit okeanın incisi, Fransa Polineziyasının ən ekzotik kurortu – Bora Bora – Taitidən 240 km şimal-qərbdə yerləşir. Ada sanki həmail imiş kimi rəngbərəng göllərin, kiçik adaların əhatəsində yerləşir. Adanın əhalisi 4000 nəfərdən bir az çoxdur.
Adanın mərkəzində 2 qara pik yerləşir, ada özü də sönmüş vulkandan ibarətdir. Adanın ətrafında qumlu çimərliklərə malik azsulu göllər və Polineziya kəndləri yerləşir.
Bali adası İndoneziyanın 27 əyalətindən biridir və 8 inzibati ərazi idarəetmə dairəsinə bölünüb. Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-başa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalını xatırladır. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.
Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Malay arxipelaqına daxil olan, Yava və Lombok adaları arasında yerləşən Balinin ərazisi 5561 kvadratkilometrdir. Adada hündürlüyü 3142 metr olan Aqunq vulkanı yerləşir. Müəyyən fasilələrlə püskürən bu vulkanın ətrafı sanki Mars planetini xatırladır və ona görə də turistlərin diqqətini daim özünə cəlb edir.
65 min 610 km2 sahəsi olan Şri-Lanka dəniz səviyyəsindən 100 metr hündürlükdə yerləşir. Bu da ona xüsusi təbii gözəllik verir. Təbii gözəlliyinə görə dünyanın çox ölkəsi Şri-Lankaya həsəd apara bilər. Burada turistlər dünyanın heç yerində rast gələ bilmədikləri qonaqpərvərliklə qarşılaşırlar. Qızılı qumlu çimərliklər, müasir şəhərlər, təbiətin bənzərsiz gözəlliyi olan şəlalələr, yaşıl çay plantasiyaları, rəngarəng çiçəklər, kokos palmaları, ekzotik meyvələr, al-əlvan rənglərə çalan tutuquşular, uzunquyruq meymunlar turistlərdə qeyri-adi təsir bağışlayır. Adada yaşayan insanların adət-ənənələri, milli mətbəxi adanın heyrətamiz gözəlliyi ilə insanı riqqətə gətirən bir ahəng təşkil edir.
Şri-Lanka ilin bütün fəsillərində gözəldir. Adanın dəniz sahilləri Şri-Lankanın boynuna salınmış bir kəhrəbanı xatırladır. Rəvayətə görə, Adəm və Həvvanın ilk ayaq basdıqları məkan da məhz Şri-Lanka olub.
Dünyanın ən gözəl guşələrindən və insanı heyrətə salan məkanlarından biri də Baham adalarıdır. İrili-xırdalı 700 adadan ibarət olan Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında, Kubanın şimal-şərqində yerləşir.
Dünyanın ən gözəl guşələrindən və insanı heyrətə salan məkanlarından biri də Baham adalarıdır. İrili-xırdalı 700 adadan ibarət olan Baham adaları ABŞ-ın Florida ştatının yaxınlığında, Kubanın şimal-şərqində yerləşir. Bahamdakı 700 adadan yalnız 30-da insanlar məskunlaşıblar. Adalar Atlantik okeanın ortasındakı kəhraba boyunbağını xatırladır. 970 kilometrlik məsafədə Atlantik okeanının şimal-qərbindən cənub şərqinə uzanan Baham adalarının ərazisi 260 min kvadrat kilometrdir.
Havay adaları dünyanın ən gözəl yerlərindən biridir. Sakit okeanda yerləşən bu ada insanı özünə valeh edən incini xatırladır. Burada bir neçə gün dincəlmək insanın yaddaşında əbədi həkk olunur və o bunu ömrünün sonuna kimi unuda bilmir. Sakit okeanın düz mərkəzində yerləşən Havay adaları 17 min kvadratkilometrlik ərazini əhatə edən 8 böyük və 12 kiçik adadan ibarətdir Bu adalardan ən böyüyü Havay adasıdır. Onun ərazisi 11 minkvadrat kilometrdir. Bölgənin bütün iri adaları — Havay, Kaxulavi, Oaxu, Maui və Kauai təpələrdən, dağlardan və ilboyu yamyaşıl olan meşəliklərdən ibarətdir.
Havay adalarının şimal-qərbindəki atollalar sualtı vulkanik qayaların davamıdırlar. Bu vulkanlar həssas vulkanlardan hesab edilirlər və onlarda tez-tez püskürmə müşahidə olunur. Onu da deyək ki, Havay adaları 1778-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilib.
Şri-Lankada turistlər ilin bütün fəsillərində özlərini bahardakı kimi hiss edirlər. Müxtəlif ağaclar, güllər ara vermədən çiçəkləyir və bar verirlər. Bir də görürsən yanaşı dayanan müxtəlifnövlü meyvə ağaclarından birinin üzərində meyvə yetişib, yeməlidir, digəri isə yenicə çiçəkləyib. Sanki meyvə ağacları bar vermək üçün növbəyə dayanırlar. Bu proses ilboyu təkrar olunur. Məhz bu səbəbdən ətirli Seylon çayı dünyada məşhurdur. Şri-Lankanın əsrarəngiz gözəlliyi ilə bağlı çoxsaylı rəvayətlər mövcuddur. Bu rəvayətlərdən birində deyilir ki, guya Allah ilk insanı Adəm və Həvvanı göydən məhz Şri-Lankada yerə endirib və əfsanəvi Edem bağı da bu adadadır.
Hindistan yarımadasının cənubunda ekvatordan 800 km məsafədə, Hind okeanında yerləşən Şri-Lanka (Seylon) dünyanın ən gözəl yerlərindən biri hesab edilir.
Əgər Roma İtaliyanın paytaxtıdırsa, Milan ən böyük italyan əyaləti olan Lombardiyanın paytaxtıdır. Milan İtaliyanın böyüklüyünə görə ikinci şəhəridir və ölkənin maliyyə-iqtisadi mərkəzidir. Sahəsi 182 km2, əhalisi isə 1,3 milyon nəfərdir. Şəhər dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Uzun müddət alman «Maylənd» adlanan Milan sözünün mənası latın dilindən tərcümədə «düzənlikdə məskunlaşma» deməkdir. Milan eradan əvvəl 6-5-ci əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb. Uzun tarixi boyunca bütün Avropa işğalçıları Milanı idarə ediblər. Milan bir neçə dəfə Böyük Roma İmperiyasının paytaxtı olub. 1157-ci ildə Milan müstəqil olsa da, bu, uzun sürmədi. 1277-ci ildən 1500-ci ilə qədər növbə ilə Milanı Viskont və Sforts sülaləsi idarə edib. Elə bu dövrlərdə də şəhərdə bir sıra abidələr ucaldılıb. Milan şəhəri Armani və Versaçe kimi dünya şöhrətli dizaynerlərin vətənidir