Bəlkə də dünyada yeganə şəhərdir ki, onu hamı tanıyır, orada olmağa can atır, kimi alver məqsədilə, kimi də səhralıqda yaradılmış cənnəti görmək niyyəti ilə. Yəqin, söhbətin Dubay şəhərindən getdiyini hiss etdiniz. Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur.
Belçika Krallığından danışanda çox ehtiyatlı olmaq lazımdır və biz də buna əsaslanaraq, Krallıq barədə yazını Brüsselin üzərində qurmaq qərarına gəldik. Çünki monarxiya dövlətində müxtəlif dil və mədəniyyətlərin vahid formada birləşdiyi yeganə şəhər məhz paytaxt Brüsseldir. Bu şəhərə bəzən Avropanın ürəyi də deyirlər. Turistlərin ən çox sevdiyi Avropa ölkələrindən birdir.
Amerikalılar onu «xəyallar şəhəri» adlandırırlar. Burada siz gözqamaşdıran dəbdəbə və rəngarəng həyatla tanış olacaqsınız. Nyu-York Birləşmiş Ştatların maliyyə mərkəzi hesab edilir: Nyu-York fondlar birjası, Uoll Strit, çoxsaylı broker şirkətləri və maliyyə təsisatları məhz burada yerləşir. Nyu York şəhəri (ing. The New York City) Amerika Birləşmiş Statlarının əhali baxımından ən böyük şəhəridir. Eyni adlı New York əyalətində yerləşir və dünyanın ən əhəmiyyətli maliyyə və ticarət mərkəzlərindən biridir. Şəhər, media, siyasət, təhsil, əyləncə və modadakı qlobal təsirlərindən ötəri bir dünya şəhəri olaraq qəbul edilməkdədir. Birləşmiş Millətlər Ümumi Şurası binasına ev sahibliyi etdiyindən xarici əlaqələr üçün də çox əhəmiyyətli bir mərkəz durumundadır. Nyu- York beş şəhərcikdən ibarətdir: Manhattan; Staten Island; The Bronx, Brooklyn və Queens ((Manhetten, Bruklin, Kuins, Bronks və Stəten Aylənd).
 Atlantik okeanının şimalında yerləşən İslandiya əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edib. Bu da təsadüfi deyil. Soyuq iqlim qurşağında yerləşən İslandiya istər yayda, istərsə də qışda özünəməxsus təbii gözəlliyə malikdir. Bu gözəlliyi İslandiyada ilboyu müşahidə etmək mümkündür. İslandiyanın ecazkar gözəlliyi onun özünəməxsus iqlim şəraitinə malik olması ilə bağlıdır. İslandiyanın havasına iki dənizin su axını (isti Şimali Atlantika, qolfstrim və soyuq Şərqi Qrenlandiya), həmçinin Arktikadan gələn üzən buzlaqlar təsir göstərir. İslandiyada ən isti aylar iyul və avqust hesab edilir. Ölkənin paytaxtı Reykyavikdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava tez dəyişir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır. Noyabrın ortalarından başlayaraq, ölkə qaranlığa qərq olur və qütb gecələri başlayır. Bu, yanvarın sonlarına kimi davam edir.