Əgər ailə səadətindən danışırıqsa, qadınların kişilərdən, kişilərin də qadınlardan nə istədiklərini bilmədən məqsədimizə nail ola bilmərik. Həqiqətən də elə xırda məsələlər vardır ki, unudulduğu üçün çox şeyləri görməyimizə, yaşamağımıza mane olur. Elə isə gəlin, bu xırda nöqtələri bir yerdə axtarıb tapaq...
Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə səadət istəyir. Bəli, bir qadın yoxsulluğa dözə bilər; xəstəliklərə, çətinliklərə sinə gərə bilər, ancaq inanın, o zərif ruhu həyat yoldaşının həyatındakı ikinci bir qadın olmaq bir tərəfə dursun, onun gözünə dəyən iki cüt gözdən biri olmağa belə dözə bilməz.