Xoşbəxt ailə kateqoriyası üzrə məqalələr

Həya ailənin bəzəyidir

Belə bir söz var: «Xoşbəxt adam odur ki, səhər işə, axşam evə tələsir». Doğru sözə nə deyəsən… Əgər axşam yorğun-arğın evinin qapısından içəri ayaq basanda ürəyindən qara bir daş asılırsa, deməli, nə səhər işə tələsmisən, nə də indi evə. Eləcə ayaq sürümüsən, vəssalam…

Davamı →

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

1. Uşaqlarda liderlik keyfiyyətlərini necə inkişaf etdirməli?

Ümumiyyətlə, uşaqlarda liderlik keyfiyyətlərinin inkişafına erkən dövrlərdən başlanılması tövsiyə olunur. Çünki bu keyfiyyətlərin bir çoxunun əsası elə məhz körpəlik dövründə qoyulur. Məsələn: lider üçün zəruri olan təşəbbüskarlıq, qətiyyətlilik, məqsədyönümlülük, məsuliyyətlilik, özünəinam və müstəqillik hissi kimi xüsusiyyətlərin formalaşdırılması əsasən mühit və tərbiyənin psixoloji təsirlərin sayəsində mümkün olur.

Valideynlərin bəzən bu qəbildən olan məsələlərə laqeyd yanaşması gələcəkdə övladlarının taleyində həlledici rol oynaya bilir. Uşağın əldə etdiyi nailiyyətlərin böyüklər tərəfindən emosional şəkildə rəğbətləndirilməsi onda özünəinam hissini, təşəbbüskarlığı artırır, öz etdiyinə görə qürur hissi yaşamasını şərtləndirir. Əksinə, uşağın fəaliyyətinin nəticələrinə laqeyd və ya mənfi münasibətin təzahürü uşaq tərəfindən emosional baxımdan çox neqativ yaşanır. Bu faktın özü isə gələcəkdə onu hansısa təşəbbüslərdən çəkindirərək, onda özünəinamsızlıq hissi formalaşdıra bilər. Adətən özünəinam hissi zəif olan uşaqlarda özünüqiymətləndirmə aşağı, özünütənqidi münasibət isə yüksək səviyyədə olduğundan nədəsə müvəffəqiyyət qazanmaq, mübarizə aparmaq üçün onlar, bir o qədər cəhd göstərmirlər.
Davamı →

Çətin uşaqlar

1. Uşaqları cəzalandırmaq lazımdırmı?

Cəmiyyətdəki davranış qaydalarını öyrətməyin müxtəlif üsulları var. Bunlardan biri də cəzadır. Bu baxımdan uşağın tərbiyəsində cəzalandırmadan bir vasitə kimi istifadə olunur. Müəyyən mülahizələrə görə, uşağın cəzalandırılması onun psixi inkişafına mənfi təsir göstərir, onu daha aqressiv edir, şəxsiyyətini “cırlaşdırır”, özünüreallaşdırma üçün şərait yaratmır. Praktiki olaraq 10 yaşına qədər cəzalandırılmayan uşaqlar öz arzu və istəklərinin əsiri olur, onları idarə edə bilmir, nəticədə “ipə-sapa yatmırlar”, özlərini “pis” aparırlar. Lakin hər hansı bir cəzanı tətbiq etməzdən əvvəl onun mənasını dərk etmək lazımdır.
Davamı →

Uşaq tərbiyəsi.Eqoist uşaq

Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: “ Mən hamıdan birinci yedim”, “ Mən hamıdan güclüyəm”, “ Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?”, “ mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək, öz “mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O, istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini, ikincini, üçüncünü də.


Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına, dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, “ O, ən ağıllı, səliqəli, bacarıqlı uşaqdı”, bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.

Davamı →

Uşaq tərbiyəsində nələrə diqqət etməli?

Son zamanlar, demək olar ki, hər gün «3 yaşlı uşaq quyuda boğuldu», «2 yaşlı uşağı elektrik cərəyanı vurdu», «6 yaşlı uşaq dənizdə boğuldu» kimi xəbərləri eşidirik. Əlbəttə, bu tip hadisələrin baş verməsinin əsas səbəblərindən biri valideynlərinin övladlarına düzgün nəzarət etməməsi, yetərincə diqqətli davaranmamasıdır. Ümumiyyətlə, bizdə uşaq tərbiyəsində, valideyn-uşaq münasibətlərində bəzi problemlər var. Biz tərbiyəli uşaq deyərkən sakit, heç nəyə qarışmayan, valideynlərindən qorxan uşaqlar başa düşürük. Halbuki, bu cür uşaqlar sonralar cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər.
Davamı →

Sən gülsən, gülüm...

Onun saçlarına sığal çəkəndə, alnını, əllərini öpəndə  baxışlarına necə təbəssüm dolduğuna, “gəl, gəzməyə gedək” deyəndə qollarını boynuna dolayıb səni itirəcəyindən qorxurmuş kimi qoynuna sığınmasına heç fikir vermisənmi?
Bəli, bax, beləcə, o həmişə diqqət, nəvaziş gözləyir, səndən. Nə olur-olsun, səni heç kimsə əvəz edə bilməz onun üçün.
Hər yenicə doğulmuş körpəyə atalı-analı böyüməsini arzu edirlər. O bu atalı-analı dünyadan məhrum olanda, hansı səbəbdənsə boşanmalara gətirib çıxaran qərarın zərbəsi körpə ürəyinə dəyəndə çilik-çilik olub torpağa səpələnmiş ayna kimi qırılır, parça-parça olur. Axı saf, təmiz, ləkəsiz aynaya bənzəyir körpə qəlbi. Bu aynanı qırmağa tələsmə, necə deyərlər, yenə yüz ölç, bir biç, düşünülmüş qərar ver. Ciddi-ciddi düşünsən, yaxşı-yaxşı götür-qoy etsən, hər şey yaxşılığa doğru dəyişər.

Hər səhər, hər gün öp, oxşa körpəni, gülən gözlərinə aynaya baxan kimi bax, sevincinə sevginlə cavab ver, bağrına basıb qızılgül tək qoxula onu, astaca əyilib qulağına pıçılda: “Sən gülsən, gülüm...” 


Müəllif: Yeganə Məmmədova
Mənbə: Zaman qəzeti
Davamı →

Ana məhəbbəti

Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar. 
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər... 
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular... 
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Davamı →

Evlənmək üçün ideal vaxt

İlin bütün aylarında toy etmək mümkündür, ancaq toy üçün ideal görünən aylarda var. İnsanların xaraketindən və istəklərindən asılı olaraq aylar müəyyən oluna bilər. Əlbətdəki buna bütün ailələri aid etmək olmaz. Toy etmək üçün ilin bütün aylarına nəzər yetirək. Toy üçün ən münasib aylar hansıdır və hansı aylarda evlilik o qədər də məsləhətli deyil? Beləliklə başlayaq ilin əvvəlindən.
Davamı →

Ailə psixologiyası | Yaxşı qayınana necə olmaq olar

İnsan qısqanclığı çoxüzlü və çoxşəkillidir. Biz qısqanırıq, bizi qısqanırlar. Səbəbin nə olduğunu bəzən anlamırıq. Ancaq bununla bərabər hər bir insan gözəl başa düşür ki, qısqanclıq sevgi münasibətlərini, ailə həyatını zəhərə çevirə bilər. Adətən qısqanclıq kişi və qadın arasındakı münasibətlərə şamil edilir. Bəs bunu daha geniş müstəvidə düşünsək necə? Bu zaman isə, ailədə ərlə arvad arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaradan, övladı seçim qarşısında qoyan ana qısqanclığı özünü göstərir.
Davamı →

Qaynana və gəlin | Qarşılıqlı səbr və anlaşma

Ailə həyatının qurulması əlbətdəki həyatınızda böyük dəyişikliklərə aparan böyük vasitədir. Ən birincisi sosial statusunuz dəyişir. Böyük ehtimal yaşayış yeriniz də həmçinin dətişir dəyişir, yoldaşınızın yanına köçürsünüz. Sonrakı həyatı qurmaqda yeni qohumların fikirlərini nəzərə almaq lazım olur, birinci növbədə isə qaynananın. Bəzən gəlin ilə qaynana arasında münasibətlər yaxşı olanda bunu qeyri adi hal kimi də qiymətləndirirlər. Gəlin qaynana münasibətləri tez-tez düyünə düşür. Bəs bu daimi mübahisələrin səbəbi nədir? Əlbətdə «Kimdir günahkar» sualını vermək yersizdi. Hər iki tərəf günahkar olur.
Davamı →
Top