Zərifə havaların qızdığını görən kimi, yay təmizliyinə başladı. Yorğan, döşək, nə varsa, tökdü eyvana. Təbii ki, bir o qədər də paltar çıxdı yumaq üçün. Bütün günü bu işlərlə məşğul oldu. Axırda elə yorulmuşdu ki, əlini qaldırmağa belə halı qalmamışdı. Xalid evə gələndə, həmişəki kimi, televizorun qarşısına keçdi. Zərifə bütün günü gördüyü işlərdən, necə yorulmağından danışdı. Xalid bir tərəfdən televizora baxır, bir tərəfdən də Zərifəni dinlədiyini göstərmək üçün dediklərini təsdiq edirdi. Nəhayət, Zərifə özündən çıxdı və gedib televizoru söndürdü…