Artıq oğlu böyümüşdü. Dörd yaşına az qalmışdı. İllərin necə sürətlə keçdiyinə məəttəl qalmışdı. Axı, necə belə ola bilər. Hələ dörd il bundan əvvəl bu uşaq bu dünyada yox idi. İndi isə artıq böyüyüb, öz istəkləri və arzular var. Artıq heç nə tək ondan asılı deyil. İndi dünyaya gəlişi ilə onu dünyanın ən xöşbəxt insanına çevirən bu kiçik varlıq məsum gözləri ilə ona baxır:" Ana, anaaa, yaxşı da gəl, öyrət mənə sürməyi"- deyə onu səsləyirdi. O, bu təmiz, bulaq gözü kimi saf gözlərə baxmaqdan doymazdı. Bu gözlərdə elə bir istilik və sevgi duyurdu ki, bunu heç bir söz ilə izhar etmək mümkün deyildi.
-Eşq ağrısı çəkmənin daha gözəl bir duyğu olduğunu öyrət övladına.
-Öz doğruları üzərində kimsənin onu mühakimə etməsinə icazə verməməsi lazım olduğunu öyrət, başqalarını da öz doğruları üzərində mühakimə etməməyi öyrət övladına.
-Öz fikirlərinə inanmanın gözəlliklərini izah et övladına.
Nəhayət həyat yoldaşını razı sala bilmişdi.Bu gün ikisi də ilk dəfə idi ki, “ailə həkiminə” gedəcəkdi...
Gözləmə otağında oturar-oturmaz adi bir şey üçün mübahisəyə başladılar.Bu dəfə də həmişəki kimi bir-birlərini incidib susdular.Sonra da həkimlə görüş saatlarının çatdığını görüb içəri keçdilər. “Ailə həkimi” hər birindən o birində gördüyü gözəl şeylər haqqında yazmağını xahiş etdi.Həkimin ağzından söz qurtarmamış otağa dərin bir səssizlik çökdü.Hər birinin əlində bir kağız,bir qələm olsa da,heç biri qələmini kağıza toxundurmurdu.