Misir Afrikanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Misir bəşər mədəniyyətinin ilkin ocaqlarından sayılır. Misir əhalisinin bütün həyatı ən qədim dövrlərdən etibarən Nil çayı ilə bağlı olmuşdur. Məşhur tarixçi Herodot Misri Nilin hədiyyəsi adlandırırdı. Arxeoloqlar bu ərazidən ən qədim insan məskənlərini aşkar etmişlər. Buradan paleolit dövrü insanlarının qalıqları və əmək alətləri aşkara çıxarılmışdır. Hələ e.ə. IY minillikdə Misirin ə kinçi əhalisi Nil çayının suyundan istifadə edərək süni suvarma əkinçiliyi ilə məşğul olmuşdular.
Kokos adaları digər adı ilə Kilinq adaları — Cənub-Şərqi Asiyada, Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur.
Futbol və karnavallar, cəngəlliklər və çimərliklər, qəhvə, şəkər, seriallar, yoxsulluq və zənginlik: bunların hamısı Cənubi Amerikanın ən böyük dövləti Braziliyada cəmləşib. Onun hər bir regionu geniş olmaqla bərabər, həm də özünəməxsusdur. Braziliya sahəsinə görə Rusiya, Kanada, Çin və ABŞ-dan sonra dünyanın beşinci ölkəsidir. Ölkə, sakinlərinin sayına görə də beşincidir. Bu dövlət beş əsr ərzində yaranıb. 
Uzaq Şərq incəsənətinin, dininin və fəlsəfi məktəblərinin fərqli cəhəti — dinclikdir. Bu cəhət yaşından və ictimai statusundan asılı olmayaraq Uzaq Şərqdə yaşayan bütün insanlara xasdır. Və məhz həmin xüsusiyyətin sayəsində bu insanlar gündəlik həyatın çətinliklərinə sinə gərə bilirlər. Taylanda gələn turistlər çox vaxt təəccüblənirlər: axı nə üçün rastlarına çıxan hər kəs — stüardessa, satıcı, biznesmen, küçədəki piyadalar gülümsəyir?
Həyatını dəyişib xaricdə yaşamaq fikri hər bir insanın ağlından keçə bilər. Əgər belə fikirlər sadə arzu çərçivəsindən çıxırsa, artıq onu həyata keçirmək yollarını axtarmaq lazımdır. Arzunun gerçəkləşməsi, ilk növbədə, bu ölkəni seçməklə başlayır. Əksəriyyət doğma olan materiki ilə kifayətlənir, lakin okeanın o tayına köçmək istəyənlər də var. Amerika Birləşmiş Ştatları ilə yanaşı bu cür uzaq istiqamətlər arasında Avstraliya da böyük rəğabət qazanıb.