Yəmən ərəbcədən – Sağ, yəni Məkkədən sağa deməkdir. Paytaxtı Sənə şəhəri 1990-cı ildən Yəmən Respublikasının paytaxtıdır.
Yəmən Ərəb Respublikası Ərəbistan yarımadasının cənub-qərbində yerləşir. Yəmən Ön Asiya mədəniyyətinin ən qədim mərkəzlərindən biri sayılır. Eramızdan əvvəl II minillikdə Ərəbistanın cənub-qərbində bir sıra Ərəb quldar dövlətləri meydana çıxdı. Uzun müddət ərzində Misirlilər farslar, həbəşlər Yəməni öz nəzarətləri altına keçirmək və orada möhkəmlənmək istəmişlər. Bütün bunlar yerli əhalinin etnik tərkibində öz əksini tapmışdır. E.ə. V əsrdə yuxarıda adları çəkilən knyazlıqlar vahid bir quldar Yəmən dövlətində birləşdilər.
Suriya 1946-cı ildən müstəqil dövlətdir. Onun sahəsi 185,2 min.kv. km-dir. Əhalisi 18,44 milyona yaxındır. Əhalisi əsasən ərəblərdir. Kürdlər, türklər, türkmənlər, çərkəzlər, ermənilər və aysorlar başqaları yaşayırlar. Əhalinin 90 %-i müsəlmanlardır. Dövlət dili ərəb dilidir. Ərəblər 90 %, kürdlər və ermənilər 10 %- dir.
E.ə. III-II minillikdə bu ərazidə amori tayfaları yaşayırdılar. E.ə. 1500-cü ildə Misirin hakimiyyəti altına düşmüşdü. E.ə XIY əsrdə köçəri arami tayfaları Suriyaya soxulmuşdular. E.ə. YIII əsrdə Assuriyanın, e.ə. YII əsrdə Babilin, e.ə. 539-cu ildə Əhəmənilərin, e.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin, e.ə. 64-cü ildə Romanın, IY əsrdə Bizansın, YII əsrdə -640-cı il- ərəblərin hakimiyyəti altında olmuşdur. XI əsrin II yarısında Səlcuqların işğallarına məruz qalmışdılar.
Livan qədim Semit dillərində Laban — ağ deməkdir. Livan Respublikasının əhalisi 3,82 mln. nəfərdir. Əhalinin 95 %-i ərəblər, qalanları fələstinlilər, başqa ərəb ölkələrindən olanlar, ermənilər – 4%, kürdlər təxminən 30 min, yunanlar, türklər və az sayda çərkəzlər, farslar və fransızlardır. Başqa ərəblərdən fərqli olaraq Livan ərəbləri öz həyat tərzləri və məişətlərinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Bu da onunla izah olunur ki, Livanda əhalinin dini tərkibi olduqca rəngarəng olmuşdur. Burada 15-ə qədər dini icma var. Livan ərəblərinin özlərinə məxsus etiket qaydaları var. Onlar danışarkən başqa ərəb əhalisindən fərqli olaraq əl hərəkətlərinə daha az yer verirlər.
1946-cı ildən müstəqil dövlətdir. Həmin ildən etibarən paytaxtı Əmman şəhəridir. Əhalisi 5,75 mln. nəfərdir. Əhalinin 90 %-i islamın sünnü məzhəbinə qulluq edir. Bu ərazi qədim mədəniyyət ocaqlarından biridir. E.ə. IY-III minillikdə bu ərazidə semit dilli tayfalar məskunlaşmışdılar. Bizim eranın II əsrində buranı Romalılar işğal etmişdilər. IY əsrdə İordaniya Bizans mperiyasfının, YII əsrdən sonra ərəb xilafətinin, XYI əsrdə isə Osmanlı imperiyasının tərkibinə qatılmışdı. 1921-ci ildə bu ərazidə trans İordaniya Əmirliyi yaranmışdı. 1922-ci ildə İngiltərə burada mandat idarəçiliyi hüququ qazandı. 1950-ci ildə ölkə rəsmi olaraq İordaniya Haşimilər Krallığı adını qəbul etdi. 1967-ci ildə II İsrail Ərəb müharibəsi dövründə 6 min kv. km-ə qədər böyük bir ərazi İsrailin nəzarəti altına keçdi. Ölkə əhalisinin 92%-i ərəblər, bunun xeyli hissəsini Fələstin qaçqınları təşkil edirdi. Milli azlıqlardan çərkəzlər, çeçenlər, ermənilər, yunanlar və türkmənlər yaşayırdılar.
İordaniya inkişaf etməkdə olan əkinçilik və maldarlıq ölkəsidir. Onun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhalinin 60 %-dən çoxu bu sahədə çalışır. Taxılçılıq, bağçılıq, tərəvəzçilik və başqa təsərrüfat sahələri var. Maldarlıq yarım köçəri və köçəri xarakter daşıyır. İordaniya yeganə ərəb ölkəsidir ki, xristianların bir hissəsi köçəri maldarlıqla məşğul olur. Fəllahlar, yəni oturaq kəndlilər kərpic, möhrə və baş evlərdə yaşayırlar. Köçəri əhali keçi qəzilindən toxunmuş qara çadırlarda yaşayırlar. Əsas qidaları süd məhsullarıdır. Nəqliyyat vasitəsi kimi at, dəvə, qatır və uzunqulaqdan istifadə edirlər. Onların süfrəsində xurma və çörəklə yanaşı pendir və qatıq mühüm yer tutur. İordaniyada ərəblərin geyimləri Suriya geyim tiplərini xatırladır. Lakin onlardan fərqli olaraq burada bütün kişilər başlarına xasa adlandırılan baş yaylığı bağlayır. Bu baş geyimi yerliyi ağ, üstündə qırmızı və ya qara damaları olan, kənarı saçaqlı geyimtipidir. Onun ucları qurşağa qədər uzanır. İordaniya ərəblərinin əksəriyyəti ərəb dilinin Suriya ləhcəsində danışan sünnü müsəlmanlardır. Bu din dövlət dini sayılır. Ruhanilər ölkənin ictimai və mədəni həyatında mühüm rol oynayırlar. İsa Peyğəmbərin qəbri yerləşən müqəddəq Qüds şəhəri də buradadır.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
Dünyanın ən gözəl, insanda qeyri-adi, heyrətamiz təəssüratlar doğuran yerlərindən biridir Kəşmir. Hələ orta əsrlərdə Kəşmirə səyahətə gələn insanlar onun gözəlliyi qarşısında baş əyərək, oradan heç cür ayrılmaq istəmirdilər. Təsadüfi deyil ki, XVII əsrdə Kəşmir vadisini ziyarət edən Böyük Türk -Moğol imperatoru Cahangir buranın gözəlliyi qarşısında heyrətə düşərək: “Yer üzünün cənnəti Kəşmirdir”,-demişdi.
Dağlar qoynunda yerləşən Kəşmirdə turistlərin gəzməsinə, əylənməsinə, özlərini təbiət qoynunda mənən və ruhən azad hiss etmələrinə imkan verən çoxlu sayda məkanlar var. Kəşmir, Sriniqar, Moğol bağları, Gülmarq, Pahalkam, Cammu, Ladax və digər yerlər ilin bütün fəsillərində turistlərə gəl-gəl deyir.
Adını ara-sıra eşitdiyimiz və haqqında geniş məlumatımızın olmadığı bu ölkə Malidir. Maliyə səfər etməmişdən əvvəl onun haqqında ümumi məlumat toplamışdıq. Bu məlumatların real həyatla nə qədər uyğun gəlib-gəlməyəcəyini səbirsizliklə gözləyirik.
Hava limanına enər-enməz gördüyümüz mənzərənin tipik Afrika ölkəsinə aid olduğunu sezmək çətinlik törətmir. Ancaq gəzib-dolaşmamış da bir qərar vermək istəmirik. Ona görə də Bamakonun küçələrində gəzməyə başlayırıq. Bir ölkəni yaxşı tanımaq istəyirsinizsə, həmin ölkənin küçələrində gəzməli, bazarlarında olmalı və insanları ilə ünsiyyət saxlamalısınız. Bu, həmin ölkəni tanımaq üçün ən asan yoldur.