
Erix Zeliqmann Fromm (23 mart 1900 – 18 mart 1980) dindar yəhudi ailəsində doğulub yaşamışdır.
Alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biridir. Ziqmund Freyd onun həyatında mühüm rol oynamışdır, şəxsən tanımasa da şəxsiyyətini və yaradıclığını araşdırmış,yaxından tanış olmuşdur. Həmçinin də o Marksı əsas olaraq öyrənirdi. Freyd daxili, şüuraltı azadlığı, Marks isə iqtisadi azadlığı araşdırmışdır. Məsələn, “İnsan nə zaman özündə olmur? ” fikrini Marks, insan kapitalizmə xidmət edəndə özündə olmur, deyərək iqtisadi tərəfdən izah edirdi, Z. Freyd isə tamamilə süuraltı açıqlamasını verməyə çalışırdı.
İlk dəfə Erix Fromm onların ikisinin də azadlıq arayışlarını, izahlarını birləşdirərək Freydomarksizmi yaratmışdır. Bundan başqa, o Aristoteli, Spinozanı da dərindən öyrənmişdir. Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur.