Böyük insanlar,şəxsiyyətlər kateqoriyası üzrə məqalələr

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun «Bir kərə yüksələn bayraq, bir daha enməz!» ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Davamı →

Allahı qəbul edən ateist alim

Məşhur ateist Allahın varlığını qəbul etdi
 
Allahın varlığını inkar edən, kainatın yaranmasını elmi dəlillərə əsaslandıran Hokinq Allah’ın varlığını qəbul etdi.

Yazıları səsə çevirən kompyuterin köməyi ilə danışan və illərdən bəri Allah’ın varlığını inkar edən fikirləri ilə ateistlər arasında məşhur olan fizika alimi Stiven Hokinq 70 yaşına qədəm qoyduğu yaxın günlərdə hamını təəccübləndirən ifadələr işlətdi. Hokinq dedi: “Kainatın yaranması elmi həqiqətə əsaslanır və bu, Allah`ın olmaması demək deyildir”.

 “Kanal D”-nin Londondakı nümayəndəsi Aişəgül Əkinçinin müsahibə götürdüyü Hokinq ilk dəfə Allah’ın varlığını qəbul etdi. Müsahibə əsnasında verilən bir suala Hokinqin verdiyi cavab onun öz işçi heyətini də təəccübləndirdi. Hokinq Allah ilə bağlı verilən sualı belə cavablandırdı: “Kainatın yaranması elmi həqiqətə əsaslanır. Lakin bu qətiyyən elmi qaydaları qoyan və onları yaradan Allah`ın olmaması demək deyildir…”

Davamı →

Bernard Şou-dahi istehza ustası

Onu hamı tanıyır, dünyanın sonluğuna qədər hara barmağını uzatsan və onun adını çəksən üzlərdə, çöhrələrdə bir təbəssümün oyandığını görəcəksən. Yox, o, nə atom bombasını, nə də avtomobili, nə də hər hansı bir fiziki qanunu kəşf etməmişdi. O, hətta hansısa bir müharibədə nə qalib gələn, nə də döyüşü uduzan məşhur sərkərdə, nə də fateh deyildi. Amma onu bu gün hamı tanıyır, hətta sizin özünüz də. Bu böyük insanı çoxdan tanıyırsınız. Onun adını çəkimmi? Qoy siz deyən olsun! Bernard Şou! Gördünüzmü? Yaxşı, gülümsəməyi bir yana qoyun və adını istər-istəməz eşitdiyiniz bu dahi şəxs haqqında nələr bildiyinizi yadınıza salın. Yəqin ki, çox az şey, düzdürmü? Onda gəlin hər şeyi, hətta ən vacib işləri belə bir kənara tullayaraq tarixin səhifələrini varaqlayaq…

Davamı →

Müaviyə

Görkəmli İslam tarixçisi Yəqubi yazır: «Dörd nəfər məşhur ərəb siyasətçisi sayılır: Müaviyə, Əmr-As, Ziyad ibn Übeyh və Müğeyir ibn Şöbə.» Şübhəsiz, bunların arasında Müaviyə hamısından siyasətli və hiyləgər olmuşdur. Müaviyə bu hiyləgərlik nəticəsində hətta Hz.ƏliəIeyhissalam həzrətləri kimi misilsiz bir şəxsiyyətin qarşısında dayana bildi və öz tabeliyində olan camaatı İmamın əleyhinə qiyama qaldırdı. Müaviyə səltənət etdiyi zaman İslam ordusu Şərqi Romaya (indiki Türkiyə) hücum çəkdi. Müharibədə islam əsgərlərindən bir qrupu əsir düşdü. Əsirlər dindirilərkən onlardan biri şahla danışanda etdiyi etirazlarına görə saray keşişi tərəfindən sillələnib təhqir edildi. Bu əsgər Məkkədə yaşayan bir nəcibzadə idi və keşiş ona sillə vurduqda uca səslə demişdi: Vay İslamın halına, ey Müaviyə, harada qalmısan, halımızdan xəbərin yoxdur. İslam ölkəsinin sərhədlərini buraxdın və düşməni bizə qalib etdin, bizim canımızı, qanımızı və abrımızı əcnəbilərin hökmünə və təhlükəsinə məruz qoydun. İgid əsgərin sillələnməsi ağızda gəzib dolaşdı və nəhayət, Müaviyəyə yetişdi. Müaviyə birinci növbədə hərbi əsirlərin mübadiləsi yolu ilə həmin əsgəri azad etdi və onu çağırtdıraraq mehribanlıqla dedi:

Davamı →

Rus dahiləri

      • Lev Tolstoyun (1828-1910) belə bir maraqlı fikri vardır: «Əgər oxucuya elə gəlirsə ki, oxuduğu kitabı o da yaza bilər, deməli bu kitab yaxşıdır».
      • D.İ.Mendeleyev uşaqlıqda həmişə xəstə olub, vaxtaşırı ağzından qan gəlirdi. Həkimlər belə hesab edirdilər ki, o tezliklə öləcək. Lakin Mendeleyev 73 il yaşadı.
      • İ.İ.Meçnikov, İ.M.Seçenov, D.İ.Mendeleyev, K.E.Sialkovski və b. çar hakimiyyətinin təzyiqlərinə məruz qalaraq, universiteti və akademiyanı tərk etmişlər.
      • Bir dəfə Meçnikov mikroskop altında infuzorlara baxarkən qəribə bir hadisə olub. İnfuzorların regenerasiyasını görmüş, bunu öyrənmiş və məqalə yazıb redaksiyaya göndərmişdi. Redaksiyada məqalənin qəbul edilməsini eşitdikdə Meçnikov qorxmuş və məqaləni geri istəmişdir. Lakin artıq gec idi, məqalə dərc olunmuşdur. Onda İ.İ.Meçnikovun 16 yaşı vardı. İ.İ.Meçnikov (1845-1916) uşaqlıqda botanika ilə çox maraqlanmışdı, hətta herbarilər də düzəltmişdi. Uşaqlıqda onu «balaca alim» adlandırmışdılar. Gimnaziyada Meçnikovun istirahəti musiqi çalmaq idi.
Davamı →

Stalinin yumor hissi və qorxulu zarafatları

Mürəkkəb və ziddiyətli xarekteri olan İosif Stalin yumor hisslərindən də məhrum olmayıb.
Bəzən onun zarafatları qarşısındakı insanı çıxılmaz vəziyyətə də salıb. Bəlkə də rəhbər öz zarafatı ilə həmsöhbətinə həqiqəti çatdırıb. Axı hər zarafatda bir həqiqət var.

Müharibədən sonra general-polkovnik rütbəli hərbçi Stalinə mövcud vəziyyət haqqında məruzə edir. Stalin öz razılığını bildirdikdən sonra hiss edir ki, yüksək çinli hərbçinin deməyə yenə də sözü var və soruşur:

— Siz yenə nə isə demək istəyirsiniz?
— Yoldaş Stalin, şəxsi bir məsələ ilə bağlı müraciət etmək istəyirəm.
— Buyurun
— Almaniyadan özümə lazım olacaq bir neçə əşya götürmüşdüm. Sərhəddə yoxlanış məntəqəsində onları götürərək ölkəyə keçirməyə icazə vermədilər. Xahiş edirəm ki, o əşyaları mənə qaytarsınlar.
— Heç bir problem yoxdur, raport yazın, dərkənar qoyum.

General-polkovnik əvvəlcədən hazırladığı raportu cibindən çıxarıb Stalinə uzadır. Stalin dərhal raporta dərkənar qoyur: “Polkovnikin əşyalarını özünə qaytarın. İ. Stalin”.

General-mayor sevincək dərkənarı oxuyur və görür ki, rütbəsi düzgün yazılmayıb:
Davamı →

Vladimir Ulyanov Leninin əkiz qardaşı olub

Sovet dövlətinin qurucusu olan Vladimir Ulyanov – Leninin Serqey adında doğma əkiz qardaşı olub.
O zamanlar bu haqda yalnız Leninin ən yaxın sirdaşları bilirmiş və Leninin özü də bu haqda gizli saxlayırdı.
Bu yaxınlarda tarixçilərin əlinə keçən Vladimir və Serqey Ulyanovların foto şəkili bir daha sübut etmişdir ki, Leninin əkiz qardaşının olması şaiyə deyil, həqiqət imiş. Serqey də Vladimir kimi ailənin sevimli övladlarından olub. Amma Serqeyin xasiyyəti və dünyaya baxışı Vladimirdən (Lenin) fərqli idi.
Davamı →

İlk azərbaycanlı fotoqraf

Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında məlumat çox az olduğuna görə bütün məlumatları bir yerə toplamağı qərara aldıq.

Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda çap olunmuşdu.

Davamı →

Andrey Tarkovski gündəlikləri

Andrey TarkovskiAndrey Tarkovski gündəliyini 1970-1986-cı illər aralığında yazıb. Gündəliklərində Tarkovskinin bədii zövqü, dünya rejissorları, eləcə də Sovet rejissorları ilə olan dostluq və düşmənçilik münasibətləri də əks olunub.
1970-ci il
«Tomas Mannı yenidən oxumağa başladım. O dahidir. Mənasız bir mövzudan bəhs etsə də, „Venetsiyada ölüm” çox gözəldir.” (15 avqust 1970)
“XX əsr duyğusal inflyasiyanın böyüməsinə şahidlik etdi. İndoneziyada iki milyon insanın doğranmağı xəbərini qəzetlərdən oxuduqda, nə hiss ediriksə, hokkey komandamız bir oyun udanda da eyni şeyləri hiss edirik.” (1 sentyabr 1970)
Davamı →
Top