1. Həyat ədalətsizdir — buna adət edin.
2. Özünüqiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl, sizdən nailiyyət gözlənilir.
3. Siz məktəbi bitirən kimi ildə 60 min dollar qazanmayacaqsınız. Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız.
4. Əgər siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə, bu, hələ işin başlanğıcıdır. Sizin rəhbəriniz olacağı vaxtı gözləyin.
5. Hamburger qızartmaq — ləyaqətinizi alçaldır? Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər. Onlar üçün hamburger qızartmaq bu həyatdan yapışmaq üçün bir imkan olub.
Frityоf Nansеn (1861-1930) Arktikanın mənimsənilməsində mühüm rоl оynayan səyyahlardan biridir. Nansеn 1861-ci ildə Оslо şəhəri yaхınlığında anadan оlmuşdur. Nоrvеçin paytaхtı ətrafında uşaqlığını kеçirən Nansеnlər ailəsində varlı оlsalar da sadə həyat tərzi hökm sürmüşdür. Sadə yеmək, sadə gеyinmək, idmanla məşğul оlmaq оnların gündəlik həyat tərzi оlmuşdur. Nansеn isə хizək sürmək və üzgüçülüyü daha çох sеvirdi.
Univеrsitеti qurtardıqdan sоnra ilk dəfə mədənlərə gəmidə üzməsi оnda dənizə məhəbbət, yеni tоrpaqlar kəşf еtmək arzusu yaratmışdır. Zооlоgiya еlmləri dоktоru adı almasına baхmayaraq, başqa alimlərdən fərqli оlaraq kabinеt alimi оlmaqdan uzaqlaşaraq, dövründə kеçilməz sayılan Qrеnlandiyanı şərqdən qərbə qədər səyahət еtmək üçün plan hazırlayır.
“Mən də öz dövrümdə filosof olmaq üçün çalışdım, amma necə oldu bilmirəm nəşə hər zaman araya girib işi pozdu”. Oliver Edvards
Nə qədər qəribə olsa da tarix şən insanların çox az olduğunu göstərir. Əsas da filosoflar komediya ustaları qədər bədbəxt olmaları ilə tanınırlar. Ama Epikür onlardan biri deyil, onun pis şöhrəti tamam fəqli növdəndir. Daha çox dəbdəbəli yaşam və cinsi həzzin baş rahibi, acgöz və şorgözlərin filosofu olaraq tanınması necə də acınacaqlıdı.
Amma heç də elə biri deyildi. Nəinki ziyafətlərə düşkün biri olmaq, özü arpa çörəyi və meyvəylə qidalanan, pendiri də yalnızca hansısa şənlik günündə nəzakət xatirinə qəbul edən biri idi. Özü kimi şagirdlərini də cinsi əlaqədən uzaq tutmağa çalışar və onlara gündə 1 qədəhdən artıq şərab içməyə icazə verməzdi.
Bəs belə biri olaraq tanınmasını səbəbi nə idi? Onun şanssızlığı Platonun Akademiyası və Stoaçılarla eyni dövrdə yaşaması idi, o vaxtdan üstünə atılan palçıq hələ də təmizlənməyib.
Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri ziyalı insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbildən Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burda kommersiya ilə məşğul olmaq qərarına gəlmişdir.
İranda qohumları və dostları vasitəsilə külli miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burda satışını təşkil etməklə özünə mükəmməl biznes yaradıb. Biznes fəaliyyəti ilə yanaşı indiki Bakı Dövlət Universitetində şərqşünaslıq ixtisası üzrə təhsil alıb və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışıb.
Bakıda 16 saylı məktəbin şagirdi olub. Elə uşaqlıqdan bütün gününü kitablarla keçirirmiş. Evlərindəki böyük kitabxana onun ən sevimli yeri olub. Ailənin yaxın insanları bütün gününü kitab oxumaqla keçirən bu istedadlı oğlanın böyük gələcəyi olacağına inanırmış. 9 yaşı olanda ailəsi ilə birlikdə Bakını tərk etmək məcburiyyətində qalıb. Ailəsinin təkrar İrana qayıtmasına səbəb 1932-ci ildə SSRİ-nin tətbiq etdiyi yeni qaydalar olub.
Dada İdi Amin — 1971-1979-cu illərdə Uqandanın prezidenti olmuş, Afrikada ən totalitar və qəddar rejimlərdən birinin əsasını qoymuşdu. O, XX əsrin ən qorunxc və qəddar siyasətçilərindən hesab edilir. Onu məşhurlaşdıran təkcə öz xalqına qarşı etdiyi vəhşiliklər deyildi. Müxtəlif “oyunlar” və qəribə bəyanatlar İdu Amin siyasətinin ayrılmaz hissəsi idi.
İdi Aminə müraciəti mütləq bu cür etmək lazım idi: “Zati-ailələri, ömürlük prezident, feldmarşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı, Britaniya İmperiyasının ümumi olaraq Afrikada, xüsusilədə Uqandada fatehi, “Viktoriya xaçı”, “Hərbi xaç”, “Döyüş fəaliyyətinə görə” ordenlərinin sahibi”. Müraciəti tam şəkildə düzgün edə bilməyən ölümə məhkum idi.
Onun hakimiyyəti dövründə 300-500 min arası insan qətlə yetirilmişdi. Deyilənlərə görə, 2 minə yaxın insanı İdi Amin şəxsən o dünyaya göndərmişdi.
Vətəndaş müharibəsi zamanı İdi Amin özü-özünü general elan edir. O, öz əsgərlərinə “dəyərli” məsləhətlər verirdi, məsələn, əgər acsansa və yeməyə heç bir şey yoxdursa, öz silahdaşını yeyə bilərsən.
2 fevral 1971ci ildə İdi Amin özünü ali baş komandan və prezident elan edir. Bu münasibətlə ziyafət təşkil edən diktator, xarici səfirlərə qarşılayaraq onlara bu gün menyuda insan ətinin olmayacağını söz vermişdi.
Böyük İtaliya mütəfəkkiri Cordano Bruno 1548-ci ildə İtaliyanin kiççik bir şəhəri olan Nola şəhərində dünyaya göz açıb. Brunonun valideynləri onu yeniyetmə ikən Müqəddəs Dominiko monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi… Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu.Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu. Bruno gözəl mühazirəçi və istedadlı yazıçı idi.Kopernik təlimini inkişaf etdirən Bruno göstərirdi ki, Kainatın hüdudu, ölçüsü və sonu yoxdur. Nəinki Yer, hətta Günəşin özü də dünyanın mərkəzi deyil. Kainat saysız-hesabsız ulduzlardan ibarətdir; onlardan hər biri bizdən uzaqda olan günəşdir. Bu günəşlərin hər birinin ətrafında öz planetləri fırlanır.
Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.
Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.
Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.
Bu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.