Bağırsaq bakteriyası xəstəliyinə adətən yay aylarında yoluxmaq daha aktual olur, belə ki, bir çoxları bağ evlərində olan ağaclardan dərilən meyvələrə üz tutur, digərləri isə bazarlarda yeni meyvələrin dadına baxırlar. Bu isə adı sanitariya qaydalarının pozulması deməkdir.
Bağırsaq bakteriyaları isə ağızdan keçərək, bağırsağa düşüb orada bağırsaq xəstəliyini inkişaf elətdirir.
Adətən bağırsaq infeksiyasını daha çox uşaqlarda müşahidə etmək olar.Bunun tək səbəbi uşaqların hər şeyi ağızlarına aparması deyil, həmçinin onların həm immun sisteminin, həmçinin də mədə-bağırsaq sisteminin mükəmməl olmamasıdır.
Əsasən bütün bağırsaq infeksiyalarının ümumi simptomları eyni olur. Bunlar: ishal, zəiflik, qusma, bağırsaqda olan spazmalar.
E.coli — bağırsaq çöpü — bağrsağımızın ən populyar sakini. Bir çox növləri bağırsaqda yaşayaraq, ziyan vurmur və hətta xeyirli işi yerinə yetirir. Yalnız 150 növü isə bağrsaq və böyrəklərdə problem yarada bilər.
Tübaj (öd kisəsinin yuyulması) çox effektli və xeyirli müalicəvi və profilaktik üsuldur.
Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır. Ən əsası isə odur ki, tübaj öd daşlarının əmələ gəlməsinin qarşısını alır.
Tübaj aşağıdakı xəstəliklər və hallar zamanı çox yaxşı nəticə verir:
— xroniki qəbizlik (həddən artıq dolmuş bağırsaq ödün durğunluğuna gətirib çıxarır);
— öd kisəsi hipokineziyası (öd kisəsinin hərəkətliliyinin azalması),
— doğuşdan sonra. Məsələ bundadır ki, hamiləlik zamanı öd kisəsində sıxılma və hamiləlik hormonlarının təsiri nəticəsində durğunluq yaranır və bu da daşların əmələ gəlməsinə səbəb ola bilər.
— öd kisəsi cərrahi yolla xaric olunduqda. Bu zaman öd müntəzəm olaraq xaric olunmalıdır ki, daşlar öd axarlarında əmələ gəlməsin.
— piylənmə və həddən artıq qida qəbul olunduqdan sonra.
Orqanizmimizdəki proseslərin baş verməsi, yəni orqanlarımızın işləməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin ilkin maddələrə ayrılması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə uğraması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas rol mədəyə məxsusdur. Özü də ətdən ibarət olmasına baxmayaraq, əti həzm edən mədə turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.
Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm əməliyyatı ağızdakı həzm hərəkətlərindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşər-düşməz mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. Zülal kimi çətin həzm olunan maddələr üçün bu turşuların olması vacibdir. Ancaq burada çox vacib bir nüans var. Mədənin özü də zülaldan ibarətdir. Elə isə bir ülgücü həzm etməyə qadir olan turşu mədəyə niyə zərər vermir?
Hal-hazırda uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlinir. Əksər hallarda valideynlər buna lazımi dərəcədə diqqət ayırmır. Lakin bu tamamilə yolverilməz haldır.
Çünki vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.
Əgər sizdə bu xəstəliyə meyllilik varsa, çalışın aşağıdakı qaydalara əməl edəsiniz.
— Düzgün, rasional və hissəvi qidalanma rejimi. İdealda gün ərzində eyni vaxtlarda olmaqla 5-6 dəfəlik qida rejimi məsləhət görülür (bunlardan 3-ü tam dəyərli və 3-ü isə yüngül qəlyanaltı qida qəbulu).
Hər qida qəbulu zamanı onikibarmaq bağırsağa öd ifraz olunur ki, bu da öd kisəsində durğunluğun qarşısını alır. Bu o deməkdir ki, gün ərzində az sayda qida qəbul edilməsi öd kisəsində durğunluğa səbəb olur. Onu da qeyd etmək lazımdır ki, tez-tez qida qəbul edilməsi rejiminə hər gün əməl etmək lazımdır.
Qıcqırma — bir çox xəstəliklərin, eyni zamanda, xroniki mədə bağırsaq sistemi xəstəliklərinin “sadiq” yolçusu olduğu üçün, onu tam şəkildə müalicə etmək mümkün deyil. Lakin onun tez-tez baş verməməsinə nail olmaq tamamilə mümükündür. Bunun üçün aşağıdakı bir sıra qaydalara əməl etmək lazımdır ki:
1. Həddindən artıq yemək yeməyin! Mədə həddindən artıq dolduqda və dartıldıqda, sfinkter zəiflədiyi üçün mədə şirəsi qida borusuna atıla bilər. Mədənizi nə qədər çox doldursanız qida borusuna atılan turşunun miqdarı da çoxalmış olacaq. Ona görə də, hər dəfə az midarda qida qəbul etməklə, gün ərzində 5-6 dəfə yemək daha məqsədəuyğun hesab olunur. Yeməyi yavaş-yavaş yeyin, yaxşı çeynənilmiş qida mədəni də qorumuş olur – qəbul edilmiş qidanın həzm edilməsi üçün ona daha az mədə şirəsi və ifraz etmək və daha az vaxt sərf etmək lazım gəlir.
Ağız boşluğunda hissəvi olaraq emal edilmiş qida udlaqdan qida borusuna, oradan isə mədəyə daxil olur. Mədə — həzm sisteminin genişlənmiş hissəsi olub, qida borusundan keçdikdən sonra qidanın yığıldığı yerdir.
Mədə sol qabırğaaltı nahiyədə yerləşmişdir. Bu, boşluqlu orqan olub oraya daxil olan qidanın həcmindən asılı olaraq öz ölçülərini xeyli dərəcədə artıra bilir. Ona görə də mədənin ölçüsü və forması hər bir şəxsdə fərdi şəkildə olur.