həzm sistemi kateqoriyası üzrə məqalələr

Qarın ağrıları

Qarında ağrı nəyin əlaməti ola bilər?
Yadda saxlamaq lazımdır ki, ağrının olması heç də hər zaman pis əlamət hesab edilməli deyil. Ağrı — bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir.   Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və «hər şey öz-özünə keçər» deyə düşünmək olmaz! Əgər siz bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə mütləq həkimə müraciət edin!
Davamı →

Mədə və on iki barmaq bağırsağın xora xəstəliyi

Xora xəstəliyi mədə və on iki barmaq bağırsağın ən çox rast gəlinən xəstəliyidir. Ahıl və qoca yaşlarda olan pasientlər, xüsusilə qadınlarda mədə xorası, cavan və orta yaşlı şəxslərdə xüsusilə 2 dəfə çox kişilərdə isə on iki barmaq bağırsaq xorası meydana çıxır.


Xora- mədə və on iki barmaq bağırsaq divarının selikli qişadan başlayan dərin qüsurudur. Bir çox mütəxəssislər bu xəstəliyi mədə şirəsinin aqressiv təsiri nəticəsində (ilk növbədə HCL turşusu və pepsin nəticəsində) meydana çıxdığını bildirirlər. Xoranın ölçüləri 0.2 sm-dən 2-3 sm qədər, dərinliyi isə orqan divarının tam enliyində ola bilər.

Davamı →

Yoğun bağırsağın polipləri

Xəstəlik yoğun bağırsaqda baş verən problemlər nəticəsində yaranan xəstəlikdir. belə ki, yoğun bağırsağın polipləri bütün dünya kolopraktoloqlarının diqqətində olan bir xəstəlikdir. Əsas səbəb isə çox hallarda bağırsaq xərçənginin məhz bu xoşxassəli poliplərdən əmələ gəlməsidir. Poliplər bağırsaq divarı selikli qişasının törəməsidir. Formasından və xüsusiyyətlərindən asılı olaraq, poliplərin bir neçə növü var. Digərlərinə nisbətən, bədxassəli poliplərdən xovlu polipləri qeyd etmək lazımdır. Onlar bağırsaq divarında «xalça»ya bənzəyirlər, bu poliplərdən 40% hallarda bədxassəli şiş əmələ gəlir.

Davamı →

Berret xəstəliyi və onun müalicəsi üsulları

Adından da göründüyü kimi bu xəstəlik ilk dəfə 1957-ci ildə onu təsvir etmiş Norman Berretin şərəfinə Berret xəstəliyi adlandırılmışdır. Berret metoplaziyası və qida borusu xəstəliyi reflüks-ezofagit və qida borusunun çoxqatlı yastı epiteli qatının birqatlı silindrik qatla əvəz olunması ilə xaraterizə olunur. Xəstəlik o qədər də zərərsiz sayıla bilməz. Berret xəstəliyindən əziyyət çəkənlərdə qida borusunun adenokarsinomasına tutulma riski yüksəkdir. Statistikaya əsasən, 45 yaşından sonra 10 il ərzində mədə qıcqırmasından və Berret xəstəliyindən əziyyət çəkən kişilər də bu risk qrupuna aiddirlər. Mədə-qida borusu reflüksü çox, ezofagit isə az hallarda inkişaf edir. Nəticə isə selikli qişanın rezistentliyindən və mədə şirəsinin aqressivlik dərəcəsindən asılıdır.

Davamı →

Qeyri-spesifik xoralı kolit

Qeyri-spesifik xoralı kolit yoğun bağırsağın selikli qişasında inkişaf edən xroniki qeyri-spesifik xoralı zədələnmə olub, əksər hallarda qanlı ishalla müşahidə olunur. Xəstəlik adətən, rektosiqmoidal nahiyədən başlayır və proksimal inkişaf edərək bütün çənbərəbənzər bağırsağı əhatə edə bilir.

Xoralı proktit
— xəstəliyin ən çox yayılmış forması olub, müalicəyə çətin tabe olur. Simptomlara qanlı ishaldan başqa, qarında ağrı, temperaturun yüksəlməsi, arıqlama və ümumi halsızlıq daxildir.  Ən çox rast gəlinən ağırlaşmalar isə qanaxma və toksiki kolitdir. Daha geniş  kolit zamanı xərçəngə tutulma riski artmış olur. Bağırsaqdan kənar ağırlaşmalara isə periferik artrit, ankilozlaşdırıcı spondilit, sakroileit, ön uveit, episklerit, düyünlü eritema, xolangit, öd yollarının xərçəngini göstərmək olar.

Davamı →

Anorektal nahiyənin xəstəlikləri

Babasil (hemorroy) hemoroidal nahiyənin venalarının varikoz genişlənməsi olub, qanaxma iltihab  və trombozla ağırlaşır. Babasilin əlamətləri bunlardır: ağrı, qanaxma, düyünlərin şişkinliyi. Diaqnoz bağırsağın müayinə edilməsi əsasında qoyulur. Müalicə isə konservativ, simptomatik və  cərrahidir.

Anus dəliyinin çatı
: ağrı və qanaxma defekasiya aktı zamanı baş verir. Konservativ müalicə effekt vermədikdə cərrahi əməliyyat göstərişdir.

Davamı →

Qida borusu xəstəlikləri

Qida borusu insanın həzm sisteminin bir hissəsidir. Yarıməzələvi borucuqdan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsini yerinə yetirir. Qida borusu xəstəlikləri zamanı ən əsas və diqqət yetirilməli əlamətləri üç hissəyə ayırmaq olar. 1) udqunmanın pozulması. 2)qıcqırma. 3) udqunma zamanı ağrı və s.
Qida borusunun axalaziyasıqida borusu peristaltikasının pozğunluğu və qida borusunun aşağı sfinkterinin boşalması (zəifləməsi) başa düşülür. Axalaziya, adətən 20-40 yaşlarında başlayır və disfagiya (udmanın pozulması), döş qəfəsində ağrı, requrgitasiya (qidanın geri qayıtması) və gecə öskürəyi əlamətləri ilə özünü göstərir.
 
Diaqnoz rentgenoqrafiyanın göstəriciləri, qida borusu manometriyası, ezofaqoskopiya, müayinələrinin əsasında qoyulur. Müalicə zamanıilk növbədə qida borusunun dilatasiyası aparılır,  müalicə effekt vermədikdə isə cərrahi əməliyyat həyata keçirilir.
Qida borusu-mədə reflüksü
Bu xəstəlik mədə möhtəviyyatının qida borusuna atılması ilə xarakterizə olunub, ən çox nəzərəçarpan əlaməti isə requrgitasiya ilə birlikdə qıcqırmadır. Qida borusu reflüksünün ağırlaşmalarından stenoz, ezofagit, qida borusu xorası, Berret meteplaziyasını göstərmək olar. Diaqnoz anamnez, rentenoqrafiya, endoskopiya, qida borusu manometriyası və digər müalicələr əsasında qoyulur. Müalicə konservativ və cərrahi əməliyyatla aparılır.
Qida borusu dəliyinin yırtıqları
Bu xəstəlik  mədənin diafraqma üzərində əyilməsi olub, ya anadangəlmə və ya da travmadan sonra meydana çıxır. Sürüşən yırtıqlar zamanı  qida borusu-mədə birləşməsi  və mədənin bir hissəsi diafraqma üzərində yerləşir. Rentgenoloji müayinə zamanı əhalinin 40%-də rast gəlinir. Paraezofageal yırtıqlar zamanı qida borusu-mədə birləşməsi normal yerləşir, lakin mədənin bir hissəsi  qida borusuna  aid olur və bu  yırtıq kiçilməyə meylliliyi ilə  səciyyələnir. Rentgenoloji müayinənin diaqnostikada  böyük rolu var. Müalicə demək olar ki, həmişə cərrahi yolladır. Qida borusu xəstəlikləri həyatımızı zəhərləyir. Bununla barışmaq və özbaşına sağalacağını gözləmək olmaz!
Qida borusu haqda ingilis dilində məqalə
Davamı →

Kron xəstəliyi

Kron xəstəliyi dedikdə, həzm sisteminin xroniki residivləşən, bağırsağın müxtəlif nahiyələrində iltihabla və qranulyomatoz-xoralı zədələnmələrlə müşahidə olunan xəstəliyi başa düşülür.  Rastgəlmə tezliyi 1500:1 nisbətindədir. Xəstəlik hər yaşda, həm kişidə, həm də qadınlarda eyni tezlikdə rast gəlinir, lakin əsasən, 15-40 yaşarasında müşahisə olunur. Kron xəstəliyi əziyyətverici xəstəliklərə aiddir ,belə ki, insanın normal həyatını pozaraq, həyat ritminə mane olmuş olur.

Xəstəliyin əsasında regional limfangiit durur, bu da bağırsaq divarının və mezenteriumun limfatik  stazına gətirib çıxarır. Bağırsağın zədələnən hissəsi ödemli, qalınlaşmış, hiperemiyalaşmış olur, iltihabi proses selikaltı qatdan başlayıb, sonra selikli, əzələ, və subseroz qata keçir və nəticədə bitişmələr, fistullar əmələ gəlir və bağırsağın həmin nahiyəsinin daralmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu prosesə həzm traktının  bütün hissələri, ağız boşluğundan başlamış anus dəliyinə qədər cəlb olunur. Kron xəstəliyi ləng  inkişaf edir. Gedişi xroniki, residivləşəndir.
Davamı →

Assit nədir?

Assit (hidroperiteneum, qarın boşluğunda maye) qarın boşluğuna mayenin toplanmasıdır. Assit sözü yunan sözü olan askos sözündən götürülüb kisə mənasını verir. Normal insanlarda qarın boşluğunda maye olmur və ya çox az miqdarda olur. Məsələn, qadınlarda menisturasiya tskilindən aslı olaraq qarın boşluğunda 20 ml-ə qədər maye ola bilər. Odur ki, qarın boşluğunda mayenin çox olması hər hansı bir patoloji prosesin mövcud olması şübhəsi yaradır.
Davamı →

Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi geniş yayılmış bir patologiyadır. Amerika Birləşmiş Ştatlarında il ərzində 500.000 insan öd daşı xəstəliyindən şikayətlənir və bu xəstəlik il ərzində 10.000 insannın həyatını  aparır. Öd daşı olan insanların 80%-i bundan xəbərsiz olurlar. Öd daşı xəstəliyi, başqa sözlə, xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır. Öd daşları qum dənəcikləri ölçüsündən başlayaraq yumruq ölçüsünə qədər ola bilər.
Davamı →
Top