Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur.
Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.
«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:
Tərəqqi – bəşər cəmiyyətinin irəliyə doğru tarixi inkişafının zəruri istiqaməti, meylidir. Bəşəriyyət aşağı mərhələlərdən yüksəklərə döğru inkişaf etdikcə daha da yetkinləşir, tərəqqi edir.
Dialektik sosial fəlsəfədə ictimai tərəqqi bə onun meyarı haqqında tarixə münasibət baxışlardır: bəşər tarixi daimi irəliləyən obyektiv, təbii-tarixi, qanunauyğun prosesdir, cəmiyyətin inkişafı gedişində istehsala olan tələbat məhsuldar qüvvələri daim təkmilləşdirir, yeniləşdirir.
«Sosiallıq» anlayışı Latınca-ictimailik, birgə yaşayış, vətəndaşlıq, cəmiyyət haqqında qarşılıqlı münasibət və vəzifələr yerinə yetirmək mənasını verir. Sosial fəlsəfə dedikdə-cəmiyyət, onun strükturu, hərəkətverici qüvvələri və qanunauyğunluqları haqqında elm başa düşülür. Sosial inkişafın inkişaf etmiş pilləsinə uyğun olaraq sosial strükturda mərkəzini (nüvəsini) insanın təşkil etdiyi etnik, demoqrafik, məsgən, peşə-təhsil və sinfi strükturları bir-birindən fərqləndirmək olar.
İctimai şüur — cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.
İctimai – iqtisadi formasiyalar nəzəriyyəsi tarixin materalist anlayışının, cəmiyyət tarixinə təbii-tarixi, qanunauyğun bir proses kimi yanaşan materialist təlimin özülünü təşkil edir. İctimai – iqtisadi formasiya konkret bir cəmiyyət tipi olmaq etibarı ilə müəyyən istehsal üsulunun spesifik qanunları əsasında fəaliyyət göstərən sosial bütövlükdür.
Hər bir ictimai-iqtisadi formasiya digərlərindən ayrıca bir keyfiyyət halı kimi fərqlənsə də onların strükturunda ümumi əlamətlər vardır. Bu ümumi cəhətlərdən «məhsuldar qüvvələr», onların xarakteri və səviyyəsidir, onlar formasiyanın təməlini təşkil edir. İctimai-iqtisadi formasiyanın bütöv bir orqanizm kimi hər şeydən əvvəl istehsal münasibətlərinin müəyyən etdiyi siyasi, hüquqi, mənəvi, bədii, fəlsəfə və dini baxışların məcmusundan və təsisatlardan ibarətdir.
Siviliasiya – müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünya çəkanında sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə deyilir. Hər hansı sivilizasiya: sosiallıq və mənəvilik ənənələrnin tipoloji cəhətdən fərqlənməsinə; dünyanın coğrafi məkanında nisbətən qapalı və məhdudluğuna; ənənələrin öz daşıyıcıları olan etnoslarda üzə çıxan və geopolitik süjetlərdən təşkil olunmuş ölçüyə malikdir.
Siviliasiya anlayışı Şpenqler tərəfindən elmə daxil edilmişdir. Bu anlayış isə:
İnsan və cəmiyyət qırılmaz vəhdətdə meydana gəlib formalaşmışdır. İnsanın bioloji qanunauyğunluqlarla yanaşı birləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır. Sosial varlıq olan insan təbiətin yetirməsidir. İnsanda bioloji və sosial cəhətlər qırılmaz vəhdət təşkil edirlər, onun tərəfləri isə sosial keyfiyyət olan şəxsiyyətdən, təbii əsası isə orqanizmdən ibarətdir. İnsanda qabiliyyətlər ümumi şəkildə üç cür amillərin vəhdətindən təşkil olunmuşdur: