İki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazılarını və şerlərini internet səhifələrinə, qəzetlərə göndərirdi. Lakin, hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotografdı...r. Öz toy gününün şəkillərinin əksəriyyətini də özü çəkmişdir. Ədəbiyyata və şerə olan sevgisindən fotograf sənətini 1 yana atmışdır. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üstündə dava salar yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışardı. Bu gün qız yenə yoldaşının sevmediyi bir işi görməsini istəyirdi.
Sevgi — cəsarətdir. Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.
Sevgi — fədakarlıqdır. Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.
Sevgi — paylaşmaqdır. Sevəndən sevgi sədəqəsi umar.
Sevgi — həyatdır. Sevənin sevdiyini yaratmasıdır. Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir.
Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Masumi Toyotome bir yapon yazıçısıdır. «Dünyada sevilmək istəməyən adam yoxdur», «Amma sevgi nədir, harada tapılır, bilirikmi?»- deyə soruşur. Sonra izah etməyə başlayır. onun düşüncəsinə görə sevgi 3 növdən ibarətdir!...Bu hisslər əli qandalda olan, bu vəziyyətdən çıxmaq üçün içində vurnuxan və bunun mümkünsüz olduğunu dərk edən insanın hisslərinə bənzəyir. O, dörd divar arasında çırpınır. Nə edəcəyini bilmir. Qandallanmış əllərini havada yelləyir və bərkdən var -gücü ilə ağlamağa başlayır. Dizi üstə dayanıb, üzünü qaldırıb, acı göz yaşı ilə yalvarır: " Allahım, yardım et, kömək et, bu bəladan qurtar məni. Axı, sən bunu edə bilərsən...Qurtar məni, qurtar..."
Oturdugu skamyadan qalxdı, üzərindəki dənizçi formasını düzəltdi və şehərin böyük qatar stansiyasındakı insanları incələməyə başladı. Gözləri o qızı axtarırdı, ürəyini çox yaxşı bildiyi, amma üzünü heç görmedigi, yaxasında gül olan o qızı… Ona olan marağı bundan on üç ay əvvəl Floridada bir kitabxanada başlamışdı. Rəflərdən aldığı bir kitabın içindəki yazıdan çox təsirlənmişdi. Kitabdan deyil, səhifələrdən birinin kənarında qəlemle yazılmış kiçik qeydlərdən… Yumuşak əl yazısı düşüncəli bir ruhu və insanın içinə işleyen bir xarakteri əks etdirirdi. Kitabın baş səhifəsində, o kitabı ən son oxuyan şəxsin adını gördü: Bayan Hollis Maynell. Bir az zaman və səy sonunda ünvanını da tapdı. Bayan Maynell New Yorkda yaşayırdı. Blanchard ona özünü tanıdan və məktub dostu olmağı təklif edən bir məktub yazdı.