İnsan sevəndə hər şey gözünə al-əlvan görünər, lakin zaman irəlilədikcə arasındakı fərqlər ortaya çıxmağa başlar. Evlənməyə qərar vermədən əvvəl bunları mütləq özünüzə soruşmağınız lazımdır…
Bilirsizmi, adi qadından qeyri-adi qadın yaratmaqçün cəmi bir detal lazımdı: onu sevmək kifayətdir ki, həyatının ağ-qara dilləri rənglənsin. İnanmırsız? Bəlkə, təcrübədən keçirəsiz? Əlbəttə, siz artıq bunun dadını çox yaxşı bilirsiz. Odur ki, əzizi oxucum, sevgiyə inanmayanların dediklərini dinləməyin. Nifrətdən usanmış ürək heç vaxt sevə bilməz axı! Sən dünyanı heyrətləndirməkçün yaranmamısan, ey insan! Sən ömrünü elə yaşamalısan ki, xoşbəxtliyin tamını dadasan. Xoşbəxtlik və sevginin qapıları isə heç kiminçün bağlı deyil. Sədəcə, bəziləri bu qapının hansı tərəfə açıldığını hələ yaxşı bilmirlər. Sən ki dünyaya öz seçimiylə yaşamağa imkan verirsən. Bəs niyə öz seçiminlə yaşaya bilmirsən axı?
Sevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.
Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!