Kulinariya kateqoriyası üzrə məqalələr

Şabalıdlı şnitsel

İnqridientlər:
Toyuq filesi – 600 qr.
Suxarı – 100 qr.
Yumurta – 2 ədəd
Bitki yağı
Duz, istiot

İçlik üçün: 
Bolqar bibəri – 2 ədəd
Şabalıd – 150 qr.
Tərxun – yarım dəstə
Reyhan – yarım dəstə
Keşniş – yarım dəstə
Duz, istiot
Davamı →

Ən asan hazırlanan tort

Sadəcə 4 ərzaqla və əziyyət çəkmədən tort bişirmək fikrinə necə baxırsınız? Qəfildən evə qonağınız gəlsə, ya da ürəyinizə şirniyyat düşsə, əl altında olan ərzaqlarla ən az 10 dəqiqəyə ləzzətli şirniyyat hazırlamaq mümkündür. Bişirməyə ehtiyac yoxdur, sadəcə hazırla və ye!

Ərzaqlar:
Bir paket yulaflı peçenye
75 qram kərə yağı
200 qr südlü və ya qara şokolad
4 xörək qaşığı fıstıq əzməsi
Davamı →

Yerkökü salatı

Tərkibi:
Yerkökü;
Sarımsaq;
Şüyüd;
Şüyüd toxumu;
Limon şirəsi;
Dəniz duzu.

Hazırlanma qaydası:
Yer kökü sürtgəcdən keçirilir, sarımsaq dişləri sarımsaqəzədə əzilir, şüyüd doğranılır. Şüyüd toxumu, limon şirəsi və duz əlavə olunur.
İstəkdən asılı olaraq, süzmə və ya xama ilə yeyilir. Nuş olsun!
Davamı →

Dadlı popkorn

Duzlu popkorn sevməyən adam az tapılar. Ancaq sağlamlığa mənfi təsirləri səbəbindən qarğıdalını sağlam şəkildə yemək olduqca əhəmiyyətlidir. Çox duzlu və yağda partlamış qarğıdalı çox kalorilidir. Bu isə sağlamlıq baxımından olduqca təhlükəlidir. Lakin popkorndan imtina etməyə ehtiyac yoxdur. Damaq dadınıza layiq ləzzətli və bir o qədər də sağlam popkorn hazırlamaq sizin əlinizdədir.

Günəbaxan yağı əvəzinə hindqozu yağı istifadə edin
Hindqozu yağı istifadə etmək popkornun dadını dəyişmir. Bu yağdan istifadə edərək qarğıdalı partlatsanız, gözəl bir qəlyanaltı edərsiniz.

Şokoladlı partlamış qarğıdalı
Qarğıdalıları patladın. Başqa bir qabda şokoladları əridin. Partlamış və soyumuş qarğıdalıları şokoladların içinə salın və çıxarın. Bunlarla dadlı şirin qəlyanaltı edərsiniz. Üstəlik yalnız 140 kaloridir.
Davamı →

Sobada ətli-tərəvəzli badımcan

Tərkibi:
Badımcan (saplaqlı) – 2 ədəd
Can əti – 200 qr.
Soğan – 1 ədəd
Bolqar bibəri – 1 ədəd
Pomidor – 1 ədəd
Holland pendiri – 100 qr.
Sarımsaq – 1 diş
Zeytun yağı – 150 qr.
Şüyüd Reyhan
Duz, istiot – zövqə görə
Davamı →

Ərikli keks

Tərkibi:
2,5 stəkan un
1 stəkan şəkər tozu
1 stəkan duru yağ
2 ədəd yumurta
3 dolu yemək qaşığı qatıq
1 paket qabartma tozu
1 paket vanil
1 ədəd limonun rəndəsi
1 desert qaşığı limon suyu
500 qram qırmızı ərik
1 yemək qaşığı xaşxaş
Davamı →

Dadlı kartof qızartması üçün 5 məsləhət

Kartof qızartması çox asan hazırlanan yemək növüdür. Amma nədənsə hər kəsdə dadlı alınmır, istədiyimiz kimi qızarmır və xırt-xırt olmur. Bəs katrofun dadlı olmasını üçün nə etmək laızmdır?

Kartof seçimi
İlk növbədə seçdiyiniz kartofların keyfiyyətli olmasına diqqət edin. Yaşıl olmayan, yumşalmamış və qızıl rəngində olan kartofları seçməyə çalışın.

Soyuq və sirkəli su
Kartofları suda saxlayanda içərisindəki nişasta yavaş-yavaş tökülür və tərəvəz yumşalır. Bu, kartofların yaxşı qızarmasına mane olan başlıca amildir. Odur ki, kartofları buz kimi suyun içinə atın və bir-iki damcı sirkə əlavə edin.

Soda əlavəsi
Sodanın kartof qızartmasını daha dadlı etdiyini bilirdiniz? Bunun üçün soda və duzu suya töküb qarışdırın. İçinə kartofları da atıb 30 dəqiqə gözləyin. 30 dəqiqədən sonra sonra süzüb qızartmağa başlayın.
Davamı →

Dadlı omlet

Tərkibi:
2 ədəd kartof,
1 ədəd yumurta,
1 çay qaşığı duz,
Holland pendiri dilimi,
Çox az qara bibər,
2 yemək qaşığı qədər maye yağ.

Hazırlanması:
Kartofların qabıqlarını soyub kub şəklində doğrayaq. Kartofları maye yağda qızardaq.

Qızaran kartofların üzərinə çırpılmış yumurta, duzu və qara bibəri əlavə edib bişirək. Sonra qazdan götürüb üzərinə pendir dilimlərini yerləşdirək. Daha sonra üzərini bir qapaq ilə bağlayıb pendirin əriməsini gözləyək.
Davamı →

Bananlı pudinq

Tərkibi:
1 stəkan süd
Yarım banan
2 yemək qaşığı düyü unu
2 yemək qaşığı şəkər tozu

Hazırlanması:
Soyuq süd, şəkər tozu və düyü unu qarışdırılır. Sonra orta odda davamlı olaraq tam qatışana kimi qarışdırılır.

Oddan götürüb üzərinə çəngəllə əzilmiş banan qatıb uşağa qaşıqla yedirin. Nuş olsun!
Davamı →

Frappe

İnqridientlər:
1 stəkan soyuq süd
1,5 çay qaşığı hazır qəhvə
3-4 dilim buz
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı krem
Krem şanti və şokolad sousu

Hazırlanması:
Bir böyük stəkana qəhvə, şəkər və südü əlavə edib yaxşıca qarışdırın. Qarışım köpüb stəkanın ağzına kimi dolmasına az qalmış kremi və buz dilimlərini əlavə edib qarışdırın.
Üzərini krem şanti və şokolad sousu ilə bəzəyin.
Nuş olsun!
Davamı →
Top