Kulinariya kateqoriyası üzrə məqalələr

Qış şorbası

Tərkibi:
1 ovuc bulqur
1 ovuc mərci
1 ədəd kartof
1 ədəd soğan
1 ədəd kök
1 çay qaşığı istiot
1 çay qaşığı sarıkök
2 xörək qaşığı zeytun yağı
1 ədəd qırmızı bibər.

Hazırlanması:
Qış şorbasının hazırlanması olduqca sadədir. Burada tək diqqət ediləcək məqam odur ki, bir neçə ərzağın bir yerdə yaxşıca bişirilməsidir. Yuyulub təmizlənmiş kartofu, kökü, mərci və bulquru bir qazanın içərisinə qoyun. Üzərini keçəcək miqdarda su əlavə edin və ocağa qoyun.
Davamı →

Qaxac və bağırsaq dolması necə hazırlanır?

Azərbaycanın şimal-qərb bölgəsinin qışını qaxacsız təsəvvür etmək mümkün deyil. Demək olar ki, hər kəs imkanı daxilində müəyyən miqdarda qış azuqəsi kimi ət qurudur. Əvvəlcə heyvan kəsilir, sonra isə ət doğranaraq duzlanır.

Qaxac əsasən iri və xırdabuynuzlu heyvanların ətindən hazırlanr. Qan təzyiqindən əziyyət çəkənlərin səhhətinə bəzən qoyun əti təsir edir. Belə hallarda isə qaxac hazırlamaq üçün ən uyğunu keçi əti olur.
Davamı →

Dietik ispanaq salatı

Ərzaqlar:
— 1/2 kq ispanaq yarpağı
— 3-4 dənə təzə soğan
— 1 dənə quru soğan
— Cəfəri
— Şüyüd
— 1 ədəd qaynadılmış və didilmiş toyuq filesi
— 2-3 şorba qaşığı zeytun yağı
— Duz, qırmızı istiot
Davamı →

Kərəkoş şorbası

Tərkibi:
Qatıq – 1 lt.
Su – 1lt.
Xama – 150 qr.
Un – 100 qr.
Yumurta – 1 ədəd
Nanə qurusu – 4 x.q.
Duz

Hazırlanması:
Qatığa su qatılıb qarışdırılır. Xama, yumurta və un başqa qabda çalınaraq qatığın üzərinə əlavə edilir. Kərəkoş arası kəsilmədən qarışdırılaraq bişirilir. Bişənə yaxın nanə qurusu və duz əlavə olunub odun üzərindən götürülür.
Davamı →

Dietik pankek

Tərkibi:
2 yumurta
1 stəkan süd
1 xörək qaşığı bal 1 + 1/4 stəkan un
1 çay qaşığı soda
1 paket vanil və ya 1 xörək qaşığı vanil ekstraktı
1 xörək qaşığı darçın

Hazırlanma qaydası:
Bir qabda yumurta, süd və balı mikserlə qarışdırın. Un, soda, vanil və darçını ayrı bir qabda qarışdırıb yumurtalı qarışığa əlavə edin. Tavanı qızdırın, qarışıqdan 1 çömçə tökün və təxminən 2-3 dəqiqə ikitərəfli bişirin. İstəyə görə meyvələrlə və qızılağac siropu ilə xidmət edin. Nuş olsun!
Davamı →

Zefir

Tərkibi:
1 litr kefir
175 qr yağsız xama
1 stəkan şəkər tozu
2 x/q jelatin
2 stəkan su
yarım paket vanil

Hazırlanması:
Jelatini 2 stəkan ilıq suda 30-40 dəqiqə müddətində isladın. Sonra aşağı odda durmadan qarışdırıb, ocaqdan götürün. Soyumağını gözləyin. Bu müddətdə kefir, xama, vanil və şəkər tozunu mikserlə 5-6 dəqiqə qarışdırın. Jelatini kütləyə əlavə edib,5 dəqiqə də qarışdırmağa davam edin.

Hazır kütləni geniş siniyə töküb, soyuducuya qoyun. Tam soyuyub, bərkidikdən sonra, deserti ya bıçaqla ya da qurabiyə formaları ilə kəsib, süfrəyə verin.
Davamı →

Çin börəyi

Lazım olan ərzaqlar.
1 ədəd lavaş
6 xörək qaşığı çox incə doğranmış kələm
1 ədəd soğan
1 ədəd kök
1,5 xörək qaşığı maye yağ
4 xörək qaşığı soya filizi
1 xörək qaşığı duz
 
Hazırlanması:
Bitki yağı geniş bir tavada qızdırın. Kələm, incə doğranmış soğan, rəndələnmiş yerkökü, soya sousu və duz əlavə edib 5 dəqiqə qovurun. Lavaşı dörd bərabər üçbucaq parçaya bölün. Hazırladığınız içliyi lavaşları geniş tərəfinə yayın. Qalın siqaret börəyi şəklində bükün. Börəklərin hər iki tərəfini də qızdırılmış bol bitki yağda qızardın. Süfrəyə isti təqdim edin. Nuş olsun!
Davamı →

Soğan mürəbbəsi

İnqridientlər:
2 kq soğan
2 stəkan şəkər tozu
1 stəkan zeytun yağı
1 çay qaşığı duz
3 xörək qaşığı alma sirkəsi
3 ədəd mixək.

Hazırlanması:
Soğanları ya əllə, ya da mətbəx robotunda kiçik şəkildə doğrayın. Qalın altı olan bir qazanın içərisində zeytun yağında soğanı öldürün və duz tökün. Soğanların rəngi şəffaflaşanda şəkər tozu əlavə edin və bir az qarışdırın. Mixək və sirkə əlavə edib, qazanın qapağı bağlayın və çox az odda bişirin. Bir boşqabın üzərinə bir çay qaşığı qədər qoyun, əgər axmırsa, demək, hazırdır.

Mürəbbə əvvəlcədən qaynadılaraq sterilizə edilən balonlara isti-isti yığılır və dərhal qapağı bağlanaraq soyuyana qədər tərs çevirilir. Nuş olsun!
Davamı →

Narlı tort

Lazım olanlar:
1 stəkan kərə yağı
2 stəkan rəndələnmiş tünd şokolad
5 ədəd yumurta
1 stəkan şəkər tozu
Yarım stəkan üyüdülmüş badam
Yarım stəkan un
1 çimdik duz

Kremi üçün:
150 ml hazır krem
100 qram tünd şokolad (xırda-xırda doğranmış)
1 yemək qaşığı şəkər tozu

Üzəri üçün:
Təzə nar dənələri.
Davamı →

Toyuq dolması

Lazım olanlar:
1 ədəd toyuq
 
İçi üçün:
1 stəkan yarım düyü
2 ədəd soğan
2 stəkan isti su
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı dolmalıq fıstıq
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Davamı →
Top