

Azərbaycanda ənənəvi bəzəklər içərisində zərgərlik məmulatı mühüm yer tutur. Arxeoloji qazıntılar nəticəsində Mingəçevir, Xocalı, Qəbələ, Xınıslı, İsmayıllı, Qaratəpə və s. yerlərdən tapılan qiymətli bəzək şeyləri zərgərliyin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını və əhalinin məişətində möhkəm yer tutduğunu göstərir.
3000 il bundan əvvələ aid Mingəçevirdən və Xocalıdan tapılmış tunc kəmərlər, eramızdan əvvəl IX – VIII yüzilliyə aid Urmiyə gölü ətrafındakı Həsənsu təpəsindən aşkar edilmiş qızıl cam zərgərlik sənətinin ən gözəl nümunələridir.
Zərgərlikdə müxtəlif texniki üsullardan: basma, qarasavad, döymə, minasazlıq, pardaqlama, oyma, xatəmkarlıq, həkketmə, hörmə, şəbəkə və s. istifadə edilir. Ən qədimi döymə üsuludur. Bu üsul Gəncə, Şamaxı, Lahıc, Qazax, Naxçıvan, Şuşa və s. yerlərdə daha geniş yayılmışdır.

XIX əsrdə Avropa və Amerikanın bir sıra şəhərlərində (Peterburq, Moskva, Berlin, Nyu-York və s.) yaradılan filarmonik cəmiyyətlər, əsasən simfonik musiqini təbliğ ediblər. 20-ci əsrdə buna bənzər cəmiyyətlər daha geniş yayılaraq, Avropanın sosialist ölkələrində dövlət müəssisəsinə çevrilib.
İlk filarmoniya 1921-ci ildə Peterburqda, 1922-ci ildə isə Moskvada təşkil olunub. Azərbaycanda filarmoniya təşkilinin tarixi 30-cu illərə gedib çıxır, 1936-cı ildə təşkil olunan filarmoniya elə həmin ildən də Müslüm Maqomayevin adını daşıyır. Sovet dövründə Azərbaycan Dövlət Filarmoniyası respublikanın ən böyük konsert müəssisəsi hesab olunurdu. Bu mədəniyyət ocağının nəzdində simfonik orkestr, mahnı və rəqs ansamblı, Xor Kopellası və simli kvartet fəaliyyət göstərib.
Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur. Daha doğrusu, bu işlə bağlı olan parça istehsalıdır. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar — parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Eyni zamanda dövrünün inkişaf tarixini özündə yaşadır… Onu da deyim ki, parça istehsalı ta qədim zamanlardan lifli materialların: yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb...
At muraddır! Azərbaycanda minlərlə, bəlkə də milyonlarla gözəl, sərrast deyimlərdən biri də elə bu zərb-məsəldir. Məsələn, xalq arasında inama görə, əgər yuxuda at görmüsənsə, arzuna, istəyinə çatacaqsan. Atda bir müqəddəslik, həmişəyaşarlıq, məğrurluq var və daha neçə-neçə bu kimi müsbət keyfiyyətləri özündə cəmləşdirib. Atı nağıllarımıza, dastanlarımıza gətirən, əsas qəhrəmanlardan birinə çevirən də elə bu xüsusiyyətlərdir. «Koroğlu» dastanını oxuyub Qıratı sevməmək mümkün deyil. Sadalanan keyfiyyətlərə bu və ya digər formada başqa heyvanlarda da rast gəlmək mümkündür. Ancaq atı onlardan fərqləndirən bir xüsusiyyət də var — o, insanların əbədi dostu və köməkçisidir. Bəşər övladı tarixən atdan xeyir görüb, faydalanıb.
Vağzalı — Azərbaycanda xalq arasında əsasən «gəlin havası» kimi qəbul olunan rəqs.
Hələ XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və «Qarabağın ağırı» adlandırılmışdır. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki «Asta garabağı» və XlX əsrin sonu XX əsrin əvvələrindən «Vağzalı» adları altında saxlmaqdadır.
Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu «Garabağın ağırı» sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında «vağzalı» adı altında məşhurlaşmışdır.
Rəqsə qulaq asarkən bu musiqinin sevinc və həsrət ruhundan yoğrulduğunu zənn etmək olar. Elə bil bir ailə övladını yola salır, digəri isə bir övladını qarşılayır.
Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.
Kecmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.