Əvvəlcə gəlin görək vikipediya nədir? Vikipediyanı bir sözlə ifadə etsək, bu açıq ensiklopediyadır. Bəs açıq ensiklopediya nədir? Açıq ensiklopediya odur ki, o ensiklopediyanı hamı zənginləşdirə bilər, onun ərsəyə gəlməsində hamının əməyi ola bilər — professorundan tutmuş tələbəsinə, mühəndisindən tutmuş həkiminə, ağ yaxalıqlısından tutmuş göy yaxalıqlısına qədər hamının. Qısaca, onlayn mediaya çıxışı olan, evində interneti mövcud olan hər kəs vikipediya`ya yaza bilər.
Hazırda vikipediya dünyada işlənən dillərin demək olar ki, hamısında, dəqiq desəm, 281 dildə məqalələri özündə birləşdirir. Bəzilərində çox, bəzilərdində isə az olmaqla. Vikipediyadakı azərbaycandilli məqalələr «az» kateqoriyasına daxildirlər. Təbii ki, bu xoşagəlməz haldır. Şəxsən mənim onlayn mediada ən güvəndiyim şəbəkə vikipediya`dır. Nəsə axtaranda ilk olaraq vikipediya`dakı nəticələrə diqqət edirəm. Güvənməyimin sas səbəbi isə, orada bir sıra digər xidmətlərdən fərqli olaraq mənbələr göstərilməsidir.
Bu azlığı nəzərə alıb Azərbaycan dilində vikipediya istifadəçilərinə müracit ünvanlanıb. Həmin müraciətin tam mətnini bu link`dən oxuya bilərsiz. Amma özüm də müraciətin nədən ibarət olduğunu qısaca bildirməyi lazım bilirəm. Müraciətdə diqqət vikipediyada azərbaycandilli informasiyaların az olmasına yönəldilir və təklif olunur ki, azərbaycandilli vikipediyanın zənginləşdirilməsinə, orada məqalə sayının artırılmasına hamı öz töhvəsini versin — təklif olunur ki, vikipediyamızı birlikdə yazaq.
Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.
Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir az təcrid edirsən, fərqli falan görünürsən, oldun filosof. Bir az da Niçşe, Freyd və digərləri barədə az-maz, necə deyərlər quyruğunu sudan çıxara biləcək qədər biliyin olsa bəsindi. Bilirsiz biz niyə fəlsəfəylə falan maraqlanır, dəbdə olan romanları və bu kimi zadları oxuyuruq? Yenə bilmirsiz. Ona görə ki, “cool” görünnmək istəyirik. Danışanda Niçşedən bir az as kəs, Nihilizmdən danış, Coelyonun filan əsərindən bir cümlə zad elə, sonra, əşi nə bilime sonra nə olacaq. Başıma gəlmiyib. Amma təsəvvür elə də nə olacaq, ən azı 2-3 qızın diqqətini çəkəcəksən. Nə çoxdu pessimistka hostedkalar! Nə olsun ki, sən saxta filosof olduğun qədər, onlar da pessimistkadılar, əsas odur ki, diqqətlərini çəkəcəksən. Mərc gəlirəm ki, 90% belə qızlar qlamurkalar, civilərdi. İnanmırsan? Cəhənnəmə ki! Amma o boş beynivi işlədib bir az fikirləş. Hər bir qlamurka özünə “cool” layiq bilmir bəyəm? Görürsən ki, haqlıyam. Fikirləşirəm, mən həmişə haqlı idim. Yadıma gəlir, o vaxt atalarınızla bir mübahisəm olmuşdu. Kişilər deyirdilər ki, ayağı yorğana görə uzatmaq lazımdı.Mən də etiraz edib dedim: – Boya uyğun yorğan tapmaq daha məqsədəuyğundu.
Tat etnonimi türk mənşəli olub, oturaq qeyri türk xalqlarına verilən addır. Tatların əsas hissəsi İran dağlarının şimal-qərb hissəsində (300 min nəfər), dağınıq şəkildə Tehran, Qəzvin şəhəri və dağlıq Tirikan rayonlarında və Zöhrə düzənliyində məskunlaşmışdılar. Tatların 20 min nəfəri Rusiyada, 10 min nəfəri Azərbaycanda yaşayır.
Dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Dini baxımdan tatlar müsəlmanlara, erməni qriqoryaqlara, dağ yəhudisi adlanan yəhudilərə bölünürlər. Müsəlman tatlar Abşeron yarımadasında. Quba və Dəvəçi rayonlarında məskunlaşmışdılar. Erməni qriqoryanlar isə Şamaxı rayonun Mədrəsə, Dəvəçi rayonunun Gilvar kəndində yaşayırlar. Yəhudi tatlar isə Quba rayonunun Qırmızı qəsəbə, Oğuz rayonunun Vartaşen kəndində, Bakı şəhərində və habelə Dağıstanda yaşayırlar. Müsəlman tatların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılarla eyniyyət təşkil edir.