Bir-birinə yaxın adalar qruppasına arxipelaq deyilir. Bakı arxipelaqına daxil olan adalar və bankələr bunlardır: Adalar — Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və yaxud Qum adası), Zənbil, Səngi Muğan, Çikil, Qara Su, Xərə Zirə, Çilov, Pirallahı, İqnat Daşı və sairələri. Bankələr — Savenko, Bezimyannı, Kornilov- Pavlov, Makarov, Borisov və başqaları.
Bankə — dənizin nisbətən dayaz yerlərinə deyilir. Bunlar dənizdə gəmiçilik üçün çox təhlükəlidir.
Bu ada və bankələrdən əksəriyyətinin adları rus işğalından sonra dəyişilmişdir. Məsələn, Böyük Zirə — Nargin, Daş Zirə — Vulf (bu adaya kiçik Zirə və ya da Qum adası deyilir), Zənbil — Duvannı, Səngi Muğan — Svinoy, Çikil — Oblivnoy, Qara Su — Los, Gil — Qlinyanı, Xərə Zirə — Bulla, Çilov, Pirallahı - Artyom adlandırılmışdır.