Bura 500 il əvvəl Siyan kəndi adlanırdı. Bu ifadənin hərfi mənası “yanmaq” kimi tərcümə olunur. Siyan adı “sis”, “his”, “tüstü” sözlərinin deformasiyaya uğramış variantı kimi yozulur. Ona görə kəndə Hisyandıran deyirlərmiş. Binəqədi duz gölünün xəzrisində yerləşən kəndin 17-ci əsrin ortalarında dəniz suyunun artması (güclü zəlzələ də istisna olunmur) nəticəsində batdığı qeyd olunur. Əhali “Aşağıbaş” deyilən ərazidə məskunlaşmaq məcburiyyətində qalır.
Burda yenidən tikilən evlərə farsca “ nov xanı”, yəni “təzə evlər” adı verirlər. Beləliklə, bu dəfə oxuculara Abşeronun qədim və müasir koloritlərini özündə əks etdirən Novxanıdan danışacağıq.
“Günlərin birində Bakının mərkəzində Nobel qardaşlarına məxsus maşını görən milyonçulardan birini maraq götürür. Milyonçu ilk dəfə atsız araba gördüyündən bərk təəccüblənir. Sonra da bu qəribə arabaya minmək qərarına gəlir. Bunun müqabilində sürücüyə çoxlu pul verəcəyini deyir. Şəhərin mərkəzindən Balaxanı kəndinə onu aparması üçün 10 qızıla sövdələşir. Bir qədər gedəndən sonra sürücü maşının siqnalını basır və siqnal milyonçunun xoşuna gəlir. Sürücüyə hər vurduğu siqnala görə bir qızıl verməyə başlayan milyonçu Balaxanının mərkəzində atsız arabadan düşür.
Kənd əhlinin maraqla baxdığı bu araba gedəndən sonra milyonçudan ona minmək üçün nə qədər pul verməsini xəbər alırlar. Milyonçu da deyir ki, atsız arabada gəzmək elə də baha deyil, amma siqnalın pulu arabaya minməkdən baha başa gəldi".
Bu əhvalatı bizə Balaxanı kənd sakini Emin danışdı. Onun sözlərinə görə, Balaxanıda çoxlu milyonçular yaşayıb. Ümumiyyətlə, Balaxanı kəndinin özünəməxsus koloriti, tarixdə özəl bir yeri var. Bunun da ilk səbəbi kəndin neft buruqları arasında yerləşməsi, zənginliyi ilə əlaqədardır.
Böyük rus şairi Sergey Yesenin İrana gedərkən yolunu Mərdəkandan salır. O, kəndi gəzərkən tez-tez başıbağlı qadınlara rast gəlir. Buraların İran ola biləcəyini düşünən S.Yesenini Mircəfər Bağırov yoldan çıxarır. M.Bağırov böyük rus şairinin Mərdəkanda qalıb dərs deməsini istəyir. Ona görə də onu aldadaraq buranın İran olduğuna inandırmağa çalışır. Beləliklə, S.Yesenin uzun müddət Mərdəkanda qalır.
Bir nardaranlı xozeyni olan ramanalı Qurbandan ölənə yaxın soruşur ki, bu dünyada nədən doymadın? Hacı Qurban dərindən ah çəkərək “bu dünyada Ramananın üzüm bağlarından və Nardarandakı dəniz sahilindən doymadım” deyib. Bu sözləri bizə deyən Ramana sakini Seyid Zöhrab indiki neft buruqlarının yerində əvvəllər ucu-bucağı görünməyən üzüm bağlarının olduğunu söyləyir.
Beləliklə, “Bakı kəndləri bizim gözümüzlə” rubrikasında sizlərə növbəti bir kəndi- Abşeron yarımadasındakı qədim yaşayış məskənlərindən biri olan Ramananı təqdim edirik.
Bu kənd tarixi ədəbiyyatda ən çox məşhur Ramana qalası ilə tanınır. Lakin Ramanada tarixin bütün dövrlərini özündə əks etdirən bir çox abidələr, məscidlər, qəbiristanlıq, hamam və pirlər də var. Balaxanı ilə qonşu olan Ramana kəndinin mərkəzindən gəzintimizə başlayırıq.
“Zərdüştlər Atəşgaha gəlib burada ibadət edərdilər. Onlar ibadət edib qayıdandan sonra ailə qurarmışlar. Buraya yalnız kişilər gəlirmiş. Ona görə də qadınların burada olmasına aid heç bir nişanə yoxdur. Bu, Azərbaycanda atəşpərəstlik dövrünü bütün mənalarda əks etdirib. Həm də kənddə zərdüştlüyün geniş yayılmasından xəbər verir”. Bu sözləri Atəşgahda bizə bələdçilik edən Ruslan Xəlilov deyir. Onun sözlərinə görə, Atəşgaha Novruz bayramı ərəfəsində daha çox gələnlər olur. Bələdçimiz deyir ki, Atəşgaha gələn əcnəbi turistlər də az deyil. Bu dəfə Azərbaycan tarixinin ən qədim səhifəsini, milli və dini dəyərlərini özündə əks etdirən Əmircan kəndində olduq.
Qala Abşeron yarımadasının şimal-şərqində yerləşir. Türkan, Şüvəlan və Qala gölü ilə əhatələnib. Sahil yaşayış məntəqələrinə nisbətən yayda havası isti və quru təsir bağışlayır, qəsəbənin ərazisi gilli-qara-sərt torpaqla örtülüb. Ərazinin yaşıllığı və bitki örtüyü çox zəifdir. Bir sıra Abşeron kəndləri kimi Qala da duz gölü ilə məşhur olub. Qala duzu öz ağlığına və tamına görə ən keyfiyyətlilərdən sayılıb. Camaat duzu çuvallara dolduraraq satmaq üçün Azərbaycanın müxtəlif bölgələrinə aparıb. Duz ilə əlaqədar camaat arasında belə bir əfsanə də yayılıb. Guya yerli xan qazanc məqsədilə şoru icarəyə vermək niyyətinə düşür. Lakin bu zaman şorun üstünü qan ləkəsi örtür. Bunu görən xan niyyətindən əl çəkir. Ona görə də əhali əvvəlki kimi heç bir ödəniş vermədən həmin duzdan istifadə edir.
Azərbaycanın qədim tarixinin bir hissəsini milli geyimlər təşkil edir. Bu geyimlərdə xalqımızın maddi mədəniyyəti, xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək əşyaları, toxuculuq və s. əks olunur. Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısındadır. Təkcə milli geyim kimi deyil, həm də abır-həya simvolu kimi tanınan libaslarımızı unudulmaq təhlükəsindən qorumalıyıq.XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınan Şirvan bölgəsi Azərbaycanda ən iri ipəkçilik rayonu olmuşdur. Şamaxı, Basqal (İsmayıllı), Gəncə, Şəki rayonlarında, Şuşa şəhərində də ipək istehsalı geniş inkişaf etmişdir. Bu rayonlarda ipək parçadan bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. O vaxtlar tikilən milli geyimlərimizin forması paltar sahibinin ailə vəziyyətini və yaşını əks etdirərmiş. Subay qızların geyimlərı, ailəli qadınların geyimlərindən fərqlənərmiş. Tirmə, məxmər və bir neçə növ ipək parçadan tikilmiş qadın geyimləri bəzi xüsusiyyətlərinə görə müxtəlif cür adlanırmış: