adət-ənənələr kateqoriyası üzrə məqalələr

Aristokratiya ənənələri: Çində ayaqların deformasiyası

lotosAyaqların bintlənməsi dedikdə bəziləri elə başa düşürlər ki,  bu – sadəcə, ayaqların bintlə  sarğılanmasıdır. Amma bu, elə də sadə bir iş deyildir.
Keçmişdə Çində qız uşaqlarının ayaqlarının bintlənməsi adəti vardı. Çində qız uşaqlarının ayaqları bintlə sarılır, uşağın özü böyüsə də onun ayaqları körpə ayaqları olaraq qalırdı.

 Uzaq keçmiş zamanlarda Çində qızların ayaqlarının bintlənməsinin müxtəlif formaları olmuşdur. O zamanlar Çində ideal gözəlin ayaqları lotos formasında olmalı, yeriyəndə isə bədəni söyüd budaqları kimi əsməli idi...

 Qədim Çində qız uşaqlarının ayaqlarını 4-5 yaşında olarkən bintlə bağlayırdılar. Bintləmənin yaratdığı ağrılara dözə bilmədikləri üçün və sonradan onların ayaqlarında yaranan şikəstlik üzündən körpələrin ayaqlarını bintləmirdilər. Qız uşaqlarının ayaqları 4-5 yaşından bintlənirdi və bu 10-12 yaşınadək davam edirdi. Bint açılarkən bu yaşda qızların ayaqlarının ölçüsü 10-12 sm təşkil edirdi. Bu ölçülü ayaqlar “ideal qadın ayaqları” hesab olunurdu. Bu cür ayaqlar “lotos” formalı ayaqlar adlanır.  Bintlər açıldıqdan sonra onlar  2-3 il ərzində ədalı yerimək öyrənirdilər və bundan sonra isə qızlar ərə getmək üçün yetgin hesab edilirdi.

Davamı →

Müxtəlif ölkələrin çay adətləri

Hər ölkənin çayla bağlı müxtəlif adətləri var.

Yaponiya – Çaya şəkər və ya süd əlavə etmək kobudluq əlaməti sayılmasa da, əvvəlcə çaydan bir qurtum içib dadına baxmalısınız.

İngiltərə  —  Çayı qırışdırdıqdan sonra qaşığı nəlbəkiyə qoymaq lazımdır. Qaşığın qoyulduğu istiqamətlə fincanın qulpu eyni tərəfə baxmalıdır. (Əlbəttə ki, şahzadə ilə birlikdə çay qonaqlığında deyilsinizsə, bunlara riayət etməyə bilərsiniz)

Argentina – Çayı bombilla adı verilən otla qarışdırmayın. Üstdəki çayın yarpaqları quru qalmalıdır.

Mərakeş – Bir mağaza sahibi ilə oturub çay içirsinizsə, çaylar bitənə qədər heç bir məhsulun qiymətini soruşmayın.

Çin – İşarə və orta barmağı birləşdirib, iki dəfə masaya astaca vursanız, sizə çay servisi edən insana təşəkkür etmiş olursunuz.
Davamı →

Maraqlı adətlər

qeyri-adi adətlər Hər bir xalqın özünəməxsus milli adət-ənənələri var. Azərbaycan xalqının da həmçinin. Təbii ki, bizim üçün çox dəyərli və sevimli olan adət- ənənələrimiz, digər bir millətin nümayəndəsi üçün qəribə görünə bilər. Necə ki, indicə sizə bəhs etmək istədiyim müxtəlif xalqların özləri üçün çox normal olan adət- ənənələri bizə qəribə görünür. 
   
Belə ki, Yaponiyanın bəzi yerlərində insanın yaşı bizdə olduğu kimi onun doğulduğu gündən deyil, yeni ildən hesablanır. Məsələn, həmin əyalətlərdən birində dekabrın 31- i dünyaya gəlmiş körpənin bir gün sonra, yəni yanvarın 1-i 1 yaşı qeyd olunur.
  
 İndoneziyada isə insanın yaşı ilə bağlı qeyri- adi bir ənənə olmasa da, ona ad qoyulmasında digər ölkələrə nisbətən müəyyən maraqlı fərqlər mövcuddur. Həmin ölkədə dünyaya yenicə göz açmış körpənin bütün qohum- əqrəbaları onun ətrafına yığılır. Onların arasından biri ad qoymaq üçün seçilir. Ad qoyan şəxs uşağın başı üstündə dayanıb onun əcdadlarının adlarını sadalamağa başlayır. Uşaq hansı ad çəkildiyi an şirin- şirin qığıldasa, deməli, o adı bəyənir və elə uşağın “istəyilə” də ona həmin ad qoyulur. Hətta oranın adətinə görə, uşaq bu vaxt ağlayarsa, hamı balacanın bu ada layiq olacağına əmin olur. Lakin körpə sadalanan adlardan heç birinə “cavab” verməsə, onda oğlandırsa, sadəcə Tou Beun- təzə kişi, qızdırsa İna Beun- təzə qadın adlandırılır. 

   Hindistanda da uşaqların məktəblərinə aid qəribə adətləri var. Əgər hər hansı bir məktəbli 1 gün dərs buraxarsa, onun cəzasını məktəbli özü yox, valideynlərindən biri çəkməli olur. Uşağın məktəbə getmədiyi günün səhəri dərsə həm də onun atası və ya anası gəlməlidir. Elə bu səbəbdəndir ki, ata və anaların sayəsində Hindistandakı bütün məktəblərdə davamiyyət əla vəziyyətdədir.

   Norveçin paytaxt şəhəri Osloda isə ali məktəblərdə təhsil almaq istəyənlər üçün çox təqdiredici bir adət- ənənə mövcuddur. Universitetə qəbul olunmaq istəyən hər bir şəxs bilik və bacarıq sahibi olmaqdan başqa, siqaret çəkməkdən də tamamilə imtina etməlidir. Əks halda onun adı tələbələrin adları siyahısına düşə bilmək imkanından məhrum olur. 

  Könül Nəcəfova

Davamı →

Xalqların müxtəlif süfrə qaydaları

Rusiya
Yeməyə qonaq olduğunuzda, qabınızda bir parça yemək buraxmaq Rusiyada bir nəzakətlilik göstəricisi sayılır. Ayrıca süfrədə şən olmaq və mübahisə yaratmamağa da əhəmiyyət verilir. Bir başqasının qabına gözünüzü tikib baxmanız, əslində yalnız Rusiyada deyil, heç bir ölkədə doğru deyil və əlbəttə masadan qalxmadan əvvəl yeməyi bişirən adama bəyəndiyinizi  bildirmək çox nəzakətli bir davranışdı.

Filipin
Yemək masasındakı mövqenizi təyin edən ev sahibi, yemək xidmətini də mütləq özü etmək istəyir. Sizə isə təqdim etdiyi heç bir şeyi rədd etməmək və mütləq dadına baxmaq düşür. Yeməyinizi bitirdikdən sonra, çəngəl və bıçağınızı qabınızın üstünə açıq bir şəkildə qoymalı və yemək masasını yığışdırarkən  ev sahibinə kömək etməlisiniz.

Davamı →

Dünyanın ən qəribə toy adətləri

Bəzi xalqların adət-ənənələri çox qəribə olur və insanları dəhşətə gətirir. Məsələn, Türkiyədə bəy duzlu qəhvə içməyə məcbur olur və səsini çıxarmır. Hindistanda isə gəlinin ayaqlarını qayınanası yuyur.

qırmızı hind gəlinliyiHindistanda toydan bir gün əvvəl parti təşkil olunur və qayınana gəlin münasibətlərinin yaxşı olması üçün gəlinin ayaqlarına xına qoyulur. Sonra isə mahnılar oxuyaraq onu qaynana yuyur.

Toyda bəy qayınana tərəfindən qarşılanır və bəyin ayaqları yuyulur. Ardından isə bal və süd çəkilir. Bəyaz gəlinlik yerinə, qırmızı rəngli sarı deyilən milli geyim geyinirlər. Həmin geyimi bəy toya gələrkən özü ilə birlikdə gətirir. 4 dəfə od ətrafında fırlandırqdan sonra birinci kim otursa, evdə onun sözü keçəcək.

Şimali Koreyada evlilik ənənələrində ördək və qaz əsas yer tutur. Əvvəllər bəylər əlində qaz tutaraq ağ atın önündə gəlirdi. Hazırda isə bu adət-ənənə taxta qazla əvəzlənib.

Başqa bir adət-ənənəyə görə, cütlüklər evə 2 cüt qaz yerləşdirir. Onlar qarşılıqlı danışsa, cütlüklər yaxşı yola gedəcək, tərs davransalar, yaxşı yola getməyəcək.


Vikinqlərdə gəlin namizədləri pulla alınırdı. Yəni, bəy gəlinin atası ilə danışıq aparır və gəlini pulla özünə arvad edir.

Belçikada toy adət-ənənəsi əl dəsmalı ilə bağlıdır. Gəlinin ailəsində qızın adı yazılmış və işlənmiş dəsmal var. Toy günü həmin dəsmal qonaqlara göstərilir.

Bosniyada bəy əvvəlcədən qız evinə gəlir və toy haqqında söhbət edir. Qızın ailəsindəki ağsaqqallar bəydən razı qalsalar, toya razılıq verirlər. Sonda qəhvə gətirilir və qəhvə şəkərlidirsə, qız evinin cavabı müsbət olduğu bildirilir.
Davamı →

İlaxır çərşənbə

Bayramınız mubarək !!!Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. Təbiət oyanır, bütün ətaf aləm canlanır. 
Folklorşünas Məhəmməd Məmmədovun sözlərinə görə, İlaxır çərşənbə bir sıra bölgələrdə, xüsusilə Naxçıvan, Urmiya, Təbrizdə özünün təntənəsi ilə hətta Novruz bayramını geridə qoyur. İlaxır çərşənbənin özünəməxsus adət-ənənələri, ayinləri, oyunları var. Bu çərşənbə torpağın və özündən əvvəllki 3 mühüm ünsürün — su, od və yelin oyanması əkinçik həyatının başlanmasına işarədir.
Davamı →

Toy adətləri

toyMilli adətlərimizdən biri də toy mərasimləridir. Lakin bu gün milliliyimizi özündə yaşadan toylarımız artıq barmaqla sayılacaq qədərdir və o da həqiqətdir ki, adət-ənənə ilə keçirilən bu mərasimlər az-çox yenə rayon və kəndlərimizdə yaşanır...

Oğlan evində həyətlərin birində gəlin maşını bəzənir. Ona xələt bağlayırlar. Digər maşınlara da xələt bağlanır. Həyətdə qurulmuş çadırda toy mərasimi bir qədər davam etdikdən sonra gəlini gətirmək üçün hazırlıq görülür. Ağsaqqallar, ağbirçəklər, bəyin yaxınları, qız-gəlinlər qız evinə yollanırlar.
Oğlan evinin adamları “Vağzalı” sədaları altında qız evinə gəlir və həyətdə musiqiçilər çalıb-oynayır, evdə isə gəlini yaxın adamları lampa başına dolandırırlar. Gəlinin belini isə bəyin yaxınlarından biri qırmızı lentlə bağlayır, üzünə qırmızı örpək salıb, yeddi dəfə bu sözləri deyirlər:
Davamı →

Klassik toy ənənələri unudulur...?

Hər birimiz doğmalarımıza, övladlarımıza "şahlara" layiq təmtəraqlı toy etməyi arzulayırıq. Belə toyların iştirakçısı olmaq istəyirik. Gül-çiçək, gözəl libaslar, bəzək-düzək toylarımızı təntənəli etməklə bərabər, həm də daha yaddaqalan edir. Yeni ailə quran cavanların toyu qohumların uzun müddət yaddaşında qalır, sevinci həyatı boyu qəlblərdən silinmir.
   Gəzib gördüyümüz, televiziya ekranlarından seyr etdiyimiz Avropa toylarına xas olan bir çox təmtəraqlı toy elementləri artıq bizim toy elementlərimizə inteqrasiya edib. Lakin başqa xalqların toy adətlərindən fərqli olan milli çalarları saxlamaq, onun təkrarsızlığını, bənzərsizliyini yaşatmaq həyati zərurət, milli vətəndaşlıq borcumuzdur. Müasirlik, inkişaf gözəldir. Ancaq hər bir xalqın özünəməxsus adət-ənənəsi var. Çalışmaq lazımdır ki, bu adət-ənənələr unudulmasın. Düzdür, bəzi adətlər ola bilər ki, bu gün köhnəlik, geridəqalmışlıq kimi görünsün, ancaq bizim çox gözəl, mənalı, lazımi toy adətlərimiz var ki, onları unutmaq olmaz. Onları unutmaq milli mənsubiyyətimizi unutmağa, keçmişimizdən imtina etməyə gətirib çıxara bilər. Biz nə qədər müasirləşsək də, şərqin özünə aid müəyyən milli adət-ənənələri var. Biz mərasimlərimizdə həmin ritualları, adətlərimizi yaşatmağa borcluyuq. Bizi bəlkə də qərbdən, digər millətlərdən fərqləndirən məhz elə milli adətlərimiz, rituallarımız, milli irsimizdir. Bunu qorumaq isə əslində hər birimizin üzərinə düşən məsuliyyətdir.
Davamı →

Azərbaycan toy adətləri

Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə «adət-ənənələrimiz itir» deyəndə, «müasirləşirik də!» cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur.
Davamı →

Bayramlar bayramı - Novruz

Azərbaycan xalqının elliklə qeyd etdiyi bayram Novruz bayramıdır. Eyni zamanda bu bayram tarixdə «Xızır günü», «Azərbaycanı», «Hörmüzd bayramı», «Fərvərdin bayramı», «Bahar çəşn», «Yeni gün bayramı», "Ərgənəkon bayramı", «Qurtuluş bayramı» və s. adlarla da adlandırılmışdır. Bilavasitə baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il bayram edilən Novruz çox əski çağlardan bəri elə «Novruz» olaraq adlandırılmışdır.

İbn-əl-Bəlx «Farsnamə» əsərində bildirir ki, «Cəmşid (Pişdadilər sülaləsinin IV hökmdarı-red.) yeni tikdirdiyi sarayda taxta çıxdığı gün Günəş ilinin başlanması günü imiş. Sonralar həmin günü bayram edərək Novruz adlandırıblar. Həmin gün Fərvərdin ayının Hörmüzd günü imiş».
Davamı →
Top