Kütləvi xalq bayramlarının tarixi köku antik dövrdən başlayır. Antik dövrün kütləvi xalq bayramlarında dini-hissi obrazlara əsaslanmalar xüsusi yer tutmuşdur. Bu, onunla bağlıdır ki, həmin dövrdə çox tanrılıq geniş yayılmış və xalq bu tanrıların hər biri haqqında xüsusi miflər yaratmışdır. Kütləvi bayramların da əsas süjet xətti bu miflərdən götürülmüşdür. Miflər icra olunan adət-ənənə, mərasim və bayramlara dramatiklik gətirmiş, onların emosional mühitini daha da obrazlaşdırmışdır. Hətta dəfn mərasimləri də fleytanın və həzin ninnilərin, yəni ağıların müşayiətilə keçirilmişdir.
Avropaya inteqrasiyanı çox vaxt pisləyirik,deyirik ki adətlərimiz əldən gedir.Amma Avropanın çox yaxşı yas adətləri var. Son günlərdə başım elə bu məsələyə qarışmışdı. Çox pis vəziyyətdir. Yas xərclərini sayım, siz də baxın:
Ölünün öz xərcləri
Qəbiristanlıqda yer(kəndlərdə pulsuz,şəhərlərdə isə pullu). Sonra tibbi arayış almaq lazımdır ki, mərhum doğurdan da ölüb. Bu zaman müəyyən haqq ödənilir.
Qəbir daşları. Adi daş, mərmər (ağ və qara),heykəl tipli qəbirlər və bəzən mavzoley tipində. Məzarın özündən başqa ətrafındakı mişar daşları,künc-bucaq da imkandan asılı olaraq fərqlənir. Pis məqam odur ki,məzar daşı istehsal edən sexlər ən ucuz daşlardan qəbiri düzəltməkdən çox vaxt boyun qaçırır.
Avropalaşma prosesi… Həyatımızda başqa günlük məsələlərdə olduğu kimi indiki toylarımızda da Avropadan çox şeylər götürürük. Məsələn, şərab içmə, gəlinin gül atması və s. Sözüm də elə məhz bu gül atma işindəndir. Əslində özümüzdə bənzər adətlər var. Yəni nəinki toy günü ilə əlaqədar, məsələn elə Novruz bayramını götürək. Bu bayramda bilirik ki, fala baxma mərasimləri keçirilir ki, hansı ki, bu fallarla hansı qızın, nə vaxt ərə gedəcəyi və ya yuxusunda gələcəyini paylaşacağı şəxsin kim olacağı, ya da onun adının baş hərfi və s. müəyyən olunur.Şəxsən çox da belə şeylərə inanmasam da, bunlar adama maraqlı gəldiyi üçün insan özünü belə falların, adətlərin içində tapa bilir..
Nə isə mövzudan yayınmayım..
Əfsanəyə görə, gözəl bir gəlin var imiş.