
Çərşənbə axşamına uşaqlar çoxlu paxlava, qoğal, şəkərbura yediyi, gənc qızlar isə Novruz fallarına baxa biləcəyi üçün sevinir. Axı qızlar fala baxmağı çox sevir, həm də bu əyləncəli fallar bayram axşamı əhvalı qaldırır.Toy, nişan, ad günü — bütün xeyir işlərdə çoxlu sayda maraqlı və gözəl bəzəklər görürük .Bir hədiyyə toplusu olan xonça bəzətmək Azərbaycanın qədim ənənələrindən biridir. Son zamanlar bu adətlər daha da genişlənib və müasirləşib. Müsahibimiz “Chinara Aliyeva Art Studio”nun yaradıcısı Çinarə Əliyeva bizə tədbir təşkilatçılığı haqda danışdı.
Novruz bayramının ən maraqlı simvollarından biri yəqin ki, səmənidir. Yazın ilk müjdəçisi səməni bir növ təbiətin yenidən canlanmasını göstərir.
Əvvəllər səmənini yazda səpiləcək toxumun yaxşı olub-olmadığını yoxlamaq üçün göyərdirlərmiş. İnanırdılar ki, səməni yaxşı cücərsə, məhsul bol olacaq.
İndiki dövrdə isə əksəriyyətimiz tənbəllik edib, evə səməni cücərtmir, satın almağa üstünlük veririk. Ancaq evdə səməni cücərtmək elə də çətin deyil.
Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış cücərdilməyə qoyulur. Yəni elə indi səməni qoymağın tam vaxtıdır.
Səməni əsasən, buğdadan (və ya arpadan) qoyulur.
Səməni qoymaq üçün istədiyiniz miqdarda buğda götürün.

Xınayaxdı mərasimi əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adətinə çevrilmişdir. Azərbaycanda olan xınayaxdı adət-ənənələri, həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların adətlərindən müəyyən elementlər götürmüşdür. Bizim gözəl adətlərimizdən biri olan xınayaxdı mərasimi bizdə olduğu kimi Türkiyədə də keçirilir. Türkiyədə keçilirimiş xinayaxdı mərasimi muxləlifliyi və rəngarəngiliyi ilə seçilir. Mən də sizi bu adətlə tanış etmək istədim.
Yemək mədəniyyəti ilə bağlı hər ölkənin özünün xas adət və tabuları var.
İbtidai təsəvvür və etiqada əsasən, yumurta ulu tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan hava, su, torpaq, odla mənalandırılır. Yumurtanın dairəviliyi və qabığı — torpağı, pərdəsi — havanı, ağı — suyu, sarısı — odu simvollaşdırır. Məhz bu əlamətlərinə görə, yumurtadan bir çox bayram və mərasimlərdə istifadə etmişlər.
At ilində aksessuarlar və zinət əşyalarında çəhrayı və bənövşəyi rəngləri dəbdə olaacax
Yeni mövsümdə zinət əşyaları da dəbini dəyişir. Belə ki, qış trendləri arasında bənövşəyi rənglər zinət əşyalarının sehrli dünyası ilə qarşılaşır.
Zinət əşyalarında ilham verən daşlar: ametist, mavi topaz aktual olacaq. Mavi və bənövşəyi rəngləri üzük və sırğalarda daha çox istifadə ediləcək. Qış mövsümündə stil sahibi qadınlar imicini feminen kəsimli ləl-cəvahiratla tamamlayacaq. Oval xətlərə sahib sırğalar kəsim texnikaları ilə sofistik görkəmə bürüyür.
Səma və dəniz mavisi rahatlıq və sonsuzluq konseptində istifadə edilir. Çəhrayı və bənövşəyi isə payızda xəyal gücünə ehtiyacı olanlara güc verir. Mavinin və bənövşəyinin ən gözəl tonları həm gündüz, həm də gecə ziyafətlərində geyinə bilərsiniz.