Evdarlıq kateqoriyası üzrə məqalələr

Evdə makaronu necə hazırlamalı?

İnanmaq çətin olsa da evdə makaron hazırlamaq üçün sizə un, yumurta və bir çimdik duz kimi adi inqrediyentlər lazımdır. Əgər evdə spagetti hazırlamağa hələ də tərəddüd edirsinizsə bu mətbəx tapşırılğını yerinə yetirməkdə sizə yardımçı olacaq bir neçə məsləhətə diqqət yetirin.

İlk olaraq quru inqrediyentləri ələkdən keçirin – üç nəfərlik makaron hazırlamaq üçün sizə 200 qram un və 1 çay qaşığı duz lazımdır. Onları xəmiri yoğurmaq üçün istifadə etdiyiniz təmiz və hamar səthin üzərinə qoyun. Sonra undan təpəcik düzəldin və təpəciyin ortasından bir iri yumurta ölçüsündə dəlik düzəldərək içinə yumurta tökün. Qarışdıran zaman xəmir yumşaq və elastik forma alana qədər üzərinə un səpin.
Davamı →

Bankada salat


Kabablar, pikniklər, açıq havada yemək – yay fəsli buna görə sevimlidir. Bu sadə fənd ilə süfrənizə dəbli və gözəl görkəm verin.

Bankada salatı hazırlamağın qaydası:
Süfrənizə dəbli və gözəl bir şey əlavə etmək çox asandır. Sizə sadəcə bir neçə şəffaf şüşə banka lazımdır. Bankalar eyni ölçüdə və növdə olsalar daha yaxşı görkəm alınar. Elə isə ziyafətdən öncə bankaları yığmağa başlayın. Bankaları bir neçə dəfə yuyun və tam təmiz olduqlarından və heç bir kənar iyin olmadığından əmin olun.
Davamı →

Qarpız necə seçilməlidir?

Qarpızın seçimi zamanı ən əsas şey — tələsik almamaqdır. Azərbaycan iqlimində qarpız əsasən iyul-avqust aylarında yetişib satişa çıxarılır. Eyni qarpız növündən daha yaxşı olarki böyüyünü seçəsiniz, lakin çox nəhəng olmamalıdır. Bu zaman qarpız nə qədər böyük və yüngül olarsa, o qədər dəymiş hesab edilir. Qarpız seçimində çox xırda və çox irilərindən çəkinmək lazımdır.

Qarpızın «optimal» çəkisi — təxminən 10 kq. Qarpızın yetkinliyini bildirən əlamət — quru quyruqcuqdur. Yetişərkən, qarpız ilk növbədə bostandan «sönür», o zaman quyruqcuğu quruyur. Sonra ona artıq lazım olmayan — onun inkişafına cavabdeh olan, günəş işığını toplayan və qarpıza nəfəs verən — xlorofil piqmenti kəsilir və onun üzərində açıq rəngli ləkələr yaranır.
Davamı →

Evdəki qarışqalardan necə qurtulaq?

Hava isindikcə qarışqalar evlərdə çoxalmağa başlayır. Böcək dərmanlarından istifadə da qarışqalardan xilas olmağa imkan vermir. Bəs nə etməli?

Evdəki qarışqalardan xilas olmanın təbii yolları:

Sirkəli su
Yarı-yarıya sirkəylə suyu bir sprey şüşəsinə doldurub qarışqaların gəldiyi yerlərə səpin.

Darçın
Qarışqaların evə haradan girdiyini bilirsinizsə, oralara darçın tökün.

Acı bibər
Böcəklərin ədviyyatlardan heç xoşu gəlmir. Xüsusilə acı bibərdən.
Davamı →

Hansı yataq dəstlərini seçməli?

Yay istilərində davamlı yuxu həsrəti çəkənlər yataq örtüyü dəstlərini yenidən nəzərdən keçirsinlər. Sintetik, poliefir kimi hava almayan parçalardan hazırlanan yataq dəstləri həm yuxu keyfiyyətinə, həm də sağlamlığa mənfi təsir edir. İdeal bir yuxu üçün təklif edilən yataq dəstləri 100 faiz pambıqdan hazırlanmalıdır.

Yayda havalar çox isti olduğundan insanlar yatmaqda çətinlik çəkirlər. Bütün pəncərələrin açıq olmasına və nazik yataq paltarları geyinməyinizə baxmayaraq, nizamlı yuxu yata bilmirsiniz. Bu cür vəziyyətə istilər qədər, keyfiyyətsiz yataq dəstləri də səbəb olur.

Odur ki, mütəxəssislər hava keçirmə xüsusiyyəti olan parçalara üstünlük verməyi məsləhət görür. Pambıq tərkibi olan yataq dəstləri ilə yay günlərində belə, rahatlıqla yata bilərsiniz. Hava keçirən, təbii parçalar yataq dəstləri üçün idealdır. Bu xüsusiyyətə malik olan yataq dəstləri nəmi çəkir və təri əmir. Sağlamlıq baxımından uyğun olması ilə yanaşı, yumşaq toxunuşu sayəsində narahatlıq hissi yaradaraq keyfiyyətli bir yuxu təmin edir. 

Parlaq, yumşaq, hamar toxunuşları ilə pambıq yataq dəstləri sağlamlıq baxımından məsləhətdir. Bununla yanaşı, yay üçün seçilən dəstlər rəng baxımından da fərqli olmalıdır. Yay ayları üçün rəng təklifləri isə mavi, boz, ağ, qum berji və pudra kimi pastel tonlarıdır.
Davamı →

Pomidor qabığının asan soyulması


Pomidor qabığını nazik və asan soymaq üçün bir-neçə sadə tədbirlər görülür.
İlk olaraq pomidorun üst hissəsinin qabığında xaç şəklində kəsik edilir. Sonra pomidorlar istiyə dözümlü boşqaba qoyulub üzərinə qaynar su tökülür.

Boşqabda onlar 2-3 dəqiqə saxlanılır. Sonra qaynar su axıdılıb, pomidorların üzərinə buzlu və ya sərin su tökülür. Belə bir temperatur dəyişikliyindən sonra pomidorların qabıqları çox asanlıqla soyulacaq və nəticədə itki baş verməyəcək.
Davamı →

Badımcan acısının çıxarılmasının asan yolları

Badımcan acısının aradan qaldırmağın bir neçə üsulları mövcuddur. Acı ilə mübarizədə bizə yardımçı əsasən duz olacaq.

Bir qayda olaraq badımcana acı dad verən yalnız onun qabığıdır. Buna görə, əgər sizin reseptinizə bu uyğundursa, o zaman yalnız badımcanı qabığından təmizləmək bəs edir.
Davamı →

Xörək duzlu olduqda

Bəzən bilmədən və ya səhvən yeməklər duzlu alınır. Narahat olmayın bu həll edilən problemdir.
 
Əgər siz şorbaya həddindən artıq duz əlavə etmisinizsə, o halda şorbanın bir hissəsini qazana boşaldıb, digərini isə qaynadılmış su ilə qarışdıra bilərsiniz. Lakin bu yaxşı üsul deyil və çox güman ki şorba dadsız alınacaq. Daha doğrusu şorbaya yarma ilə dolu cuna kisəsi salmaqdır, yarma artıq duzları özünə çəkər. Bütün yarmalardan bu işin örtəsindən ən yaxşı gələn düyüdür. Düyü paketini şorbaya salıb və şorbanı bir müddət qaynatmaqla siz şorbanı artıq duzlardan təmizləmiş olarsınız.
 
Daha bir variant var: şorbaya qabığı təmizlənmiş, bütöv, çiy kartof atmaqdır. Kartof həmçinin şorbanın artıq duzlarını özünə çəkər.
Davamı →

Acı bibərin qurudulması

Yeməklərə acı dad vermək üçün kulinariyada qırmızı acı bibərdən çox istifadə edilir. Evdar xanımlar onu duzlu və konservləşdirilmiş məhsullara əlavə edirlər, salatlara, souslara, müxtəlif qəlyanaltılara, misal üçün hamının tanıdığı acikaya. Yeməklərdə acı bibər həm təzə həm də qurudulmuş formada istifadə edilir. Qırmızı acı bibəri müxtəlif üsullarla qurutmaq olur.

1. Sobada

 Vaxt və səbir ehtiyyatı toplayıb bibəri adi qaz və ya elektrik sobada qurutmaq olar. Yığılmış bibərlər yuyulur və qurudulur. Bəzi insanlar bibərləri doğrayıb qurudurlar, bəziləri isə tam şəkildə. Hazırlanmış bibərlər sobanın tavasına, perqament kağızı üzərinə düzülür və əvvəlcədən 50°C temperaturunda isidilmiş sobada (sobanın qapısı azacıq açıq olmaqla) qurudulur.
Davamı →

Çaydanın ərpdən təmizlənməsi


Kran suyunu istifadə edərək, zamanla çaydanın dibində möhkəm çöküntülər əmələ gəlir. Bu ərpdir. Çaydanı bu cür çöküntülərdən qorumaq praktiki olaraq mümkün deyil. Əlbətdə xüsusi süzgəclərdən istifadə etməklə siz ərpin əmələ gəlməsini gecikdirə bilərsiniz, lakin tam olaraq onun qarşısını almaq mümkün deyil.

Bu arada sual yaranır: bəs çaydanı ərpdən necə təmizləyək? Ərplə dolu çaydanda su gec qızır və xoşagəlməz dad əmələ gəlir. Təbii ki, indiki zamanda bir çox dükanlarda müxtəlif növ ərpə qarşı kimyəvi vasitələri var. Lakin bu məqalədə biz sınanmış xalq vasitələri istifadə etməklə bu problemin öhdəsindən gəlməyə çalışacağıq.
Davamı →
Top