Evdarlıq kateqoriyası üzrə məqalələr

Qalstuku necə bağlamaq lazımdır

Qalstuk kişi geyiminin vacib aksesuarlarından biridir. İşgüzar kişini qalstuksuz təsəvvür etmək çox çətindir. Qalstuk işgüzar adamın xarakterini göstərir, onun nə qədər ciddi olduğunu və gördüyü işlərə də bu formada yanaşdığını əks etdirir.

Qarderobunda heç olmasa 1 dənə də olsun qalstuk olmayan kişini təsəvvür etmək çox çətindir. Qalstuku əlinə birinci dəfə alan şəxsi həmişə belə bir sual maraqlandırır: “Bəs bu qalstuku necə bağlamaq lazımdır?”
Davamı →

45 dəqiqədə təmizlik

Yəqin ki, hər kəs çox qısa müddətə mənzili nizama salmaq problemi ilə dəfələrlə üz-üzə qalıb. Çox vaxt insanlar nədən başlamağı bilmədən mənzildə qaça-qaça düşürlər. Qarışıqlığın yaranmaması üçün nədən və necə başlamaq lazım olduğunu bilmək lazımdır.

Birinci mərhələ: mətbəx – 12 dəqiqə
İlk olaraq ümumi təmizlik etmək lazımdır. Bunun üçün 2 dəqiqə kifayət edəcək. Bütün lazımsız əşyalar mətbəx masasından yığışdırılmalıdır.
Ümumi təmizlikdən sonra qab-qacağı yumaq lazımdır.
Mətbəx səthlərinin təmizləməsinə başlamaq lazımdır. Bu məsələnin öhdəsindən gəlməyə mikro lifdən olan yumşaq dəsmal kömək edəcək.

Mətbəx texnikasının təmizliyi. Mikrodalğalı soba, soyuducu, qaz plitəsi və mətbəxdə olan digər texnikanı təmizləmək lazımdır.
Son olaraq döşəməni təmizləmək lazımdır. Əvvəl bütün qırıntıları və tozu süpürmək, sonra isə döşəməni silmək lazımdır.
Davamı →

Tavanı vizual olaraq necə hündür etmək olar?

Tavan ev ilə ilk tanışlıq vaxtı diqqət mərkəzində olmayan elementlərə aid edilsə də, məhz o otaqda azadlıq və geniş sahə hissinin formalaşmasına təsir edir və bu da rahatlığın yaradılması üçün çox əhəmiyyətlidir. Buna görə dizaynerlər tavana diqqət edib onları vizual olaraq daha hündür göstərməyə çalışırlar.
İşı
Davamı →

Mətbəxdə bıçaqdan istifadə

Mətbəxdə ən çox istifadə etdiyimiz əşyalardan biri də mətbəx bıçağıdır. Lakin bu bıçaqlardan istifadə zamanı bir sıra məqamlara diqqət yetirmək lazımdır. mətbəxdə bıçaqdan istifadə ilə bağlı bir sıra tövsiyyələri diqqətinizə çatdırırıq:

İti bıçaqlar
İnsanlar çox vaxt elə bilirlər ki, bıçaqla iş görərkən yaralanmaların əsas səbəbkarı iti bıçaqlardır. Bu, yanlış düşüncədir. İti bıçaqlardan qorxmayın. Çünki iti bıçaqla hər hansı bir şeyi kəsərkən istifadə olunan güc, xərclədiyiniz enerji minimum olur. Ancaq iti olmayan küt bıçaqlarla işləyəndə daha çox enerji sərfinə daha çox yaralanmağınıza səbəb olur. Kəsəcəyiniz parçaya uyğun bıçaqdan istifadə edin.

Doğrama taxtası
Hər şeydən öncə üzərində iş görəcəyiniz doğrama taxtası çox vacibdir. Onun hazırlandığı material önəmlidir. Uyğun doğrama taxtası istifadə etmək və bıçaqları yumaq əsasdır. Əsasən taxta, bambu və plastik doğrama taxtaları məsləhət görülür. Şüşə, metal, keramika və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza zərər verir.
Davamı →

Döşəmənin yuyulması

Taxta örtüklü döşəmələrin mühafizəsi üçün bir neçə faydalı məsləhət:
Döşəmələrdə hündürdaban ayaqqabıda gəzməyin;
Giriş qapısının yanında, həm xaricdən, həm daxildən balaca xalçalar qoyun ki, ayaqqabı ilə gətirilən çirk az olsun;
Mebelin altına keçədən ara qatları qoyun;
Ultrabənövşəyi şüalar hər növ taxta döşəmələrin rəng çalarını dəyişir.
Günəş şüalarının döşəmənin ayrı-ayrı hissələrinə təsirini azaltmaq üçün vaxtaşırı xalçaların yerlərini dəyişmək olar. Hazırkı halda pəncərə pərdələri və jalüzlər də kömək edə bilər;

Döşəmələri təmiz saxlayın
Mebelin və ağır şeylərin yerini ehtiyatla dəyişdirin. Onları çevrilmiş xalçanın xırda bir hissəsində tərpətmək məsləhətdir;
Döşəmənin təmizlənməsi üçün vasitəni heç bir vəchlə, bilavasitə döşə-mənin üstünə yox, parçaya tökmək lazımdır.
Boyaq çəkilmiş döşəməni hər gün nəm əsgi ilə silmək olar. Vaxtaşırı suya müasir kimyəvi məhlullardan birini əlavə etmək (miqdarı qablaşmanın üstündə qeyd olunur) olar. Əgər sizdə kimyəvi vasitələrə qarşı allergiya varsa, onda çirklənmiş döşəməni naşatır spirti qatılmış su (1 vedrə suya 2 xörək qaşığı naşatır spirti) ilə yuyun. İndi mağazalarda boyaq çəkilmiş döşəmələrə qulluq etmək üçün müasir vasitələr satılır və onlar yaxşı effekt verir.
Davamı →

Qidaları harada, necə saxlayaq?

Qidaları harada, necə saxlamaq məsələsi həmişə mübahisə doğurur. Məsələn, çörəyi soyuducuda, yoxsa çörək qutusunda saxlamalıyıq? Pomidoru soyuducuya, yoxsa mətbəx şkafına qoymalıyıq?

Soyuducuya qoyduqdan sonra istifadə edilməsi çətin olan kəra yağını harada saxlayaq bəs?

Araşdırmaçılar kərə yağını qutusundan çıxarmadan soyuducuya qoymağı və istifadə etmədən 10-15 dəqiqə əvvəl bayıra çıxarmağı məsləhət görür. Kərə yağı süddən hazırlandığı üçün uzun müddət kənarda saxlansa, korlanar. Duzlu kərə yağının korlanması çətindir. Çünki duz korlanma nisbətini azaldır və yağı korlayan bakteriyaları uzaqlaşdırır.
Davamı →

Köynəklərin səliqəli və qısa zamanda ütülənməsi

Paltar ütüləmək bir qədər yorucu və məsuliyyətli işdir. Hər bir xanıma, hələ əlinə ilk dəfə ütü alan xanımlara bu iş çox çətin gələ bilər. Amma bu heç də belə deyil. Bu dəfə Sizlərə paltarların düzgün, səliqəli və qısa zamanda ütülənməsinə dair maraqlı məlumatlar təqdim edirik:

Ütü masasını uyğun yüksəklikdə qurun. İstər oturun, istər ayaqda durun. İstiliyi düzgün düzəldin. İstiliyi hər paltarın materialına görə düzəldin.Ortadan başlayıb kənara doğru ütüləyin.Möhkəm basdirmağa ehtiyac yoxdur, özəlliklə buxar istifadə edərkən, çünki işi görən buxarın gücüdür ağırlıq deyil.

Bəzi anlara diqqət edin: Bütün ipəklikləri tərsindən ütüləyin.İşlənmiş ipəklər nəmliykən ütülənməli, amma spreylənməməli, çünki ləkələr əmələ gələ bilər.Həm ipəklər quruykən ütülənməməlidir. İşlənməli parçalar və sintetik dərilər tərsindən ütülənməlidir.

Köynəklərin düzgün ütülənmə qaydası:
Hər zaman yuxarı aşağı ütüləməyi unutmayın. Çünki dairəsəl hərəkətlər paltara zərər verə bilər.

Yaxa: Yaxanı alt bölümündən başlayaraq, uclarına doğru çalışıb sonra ortaya geri dönün.
Davamı →

Pas ləkəsinin təmizlənməsi


Evinizdə tez-tez rastlaşdığınız narahat edici hallardan biri də əşyaların pas atmasıdır. Reklam olunan kimyəvi məhsullarla sürt ki, sürtəsən. Amma yenə heç bir nəticəsi yoxdur. «Bəs nə edək?», — deyə düşünməkdənsə, bu üsulu sınaqdan keçir.

Soğan və şəkər pudrasını yeməyin içində düşünmək çətin və ürək bulandırıcıdır. Ancaq indi deyəcəyimiz yemək resepti deyil, evdə yararlana biləcəyiniz təmizlik üsuludur.

Davamı →

Banka bağlayanlara məsləhətlər


Xiyarları bankaya yığarkən içərisinə iki-üç ədəd albalı, bir az da qara qarağat atsanız, daha dadlı alınar.

Pomidor turşusu hazırlayarkən bankaya kök və soğan da atın. Turşuya üzüm sirkəsi əvəzinə moruq və alma sirkəsi qatın.

Leço hazırlayarkən içərisinə bir ədəd gül kələmi atsanız, fərqli dad alınar.

Cem hazırlayarkən içərisinə sürtgəcdən keçirilmiş portağal və ya limon qabığı tökün.

Davamı →

Şorba hazırlayarkən bunları bilməlisiniz

  • Əgər sup-püre hazırlayırsınızsa, yaxşı olar ki, ona bulyonda isladılmış çörək ovuntuları əlavə edəsiniz. Belə şorbalar adətən qaynadılmır.
     
  • Şorbanın kəfi üzə çıxsın deyə, qaynadarkən mütləq soyuq su əlavə etmək lazımdır. Əgər ətirli və dadlı şorba əldə etmək istəyirsinizsə, odu çox az qoyun.
     
  • Əgər mal ətindən şorba hazırlayırsınızsa, çoxlu tərəvəz qatmaq məsləhət deyil. Belə halda ətin şorbaya verdiyi ətir və dad itəcək. Ümumiyyətlə balıq və göbələklə olan şorbalara tərəvəzləri bitki yağında qızardıb əlavə etməniz məsləhətdir. Südlü şorbalara qatdığınız tərəvəzləri isə kərə yağında qızardın.
Davamı →
Top