Mətbəx dizaynlarında estetikadan daha əhəmiyyətli bir məqam var. Bu, mətbəxin rahatlığıdır. Əlbəttə, mətbəxin funksionallığı baxımından ən əhəmiyyətli ünsürlərdən biri kifayət qədər geniş sahəsi olmasıdır. Mətbəx dolabları və rəflər bu baxımdan mətbəx dizaynlarının əsasını təşkil edir. Lakin mətbəxinizdən daha rahat istifadə etmənin və mövcud dolab, rəflərdən çox funksiyalı, effektiv istifadə etmənin asan yolları da var.
1. Köhnə mətbəx əşyalarından xilas olun!
Mətbəxinizdəki sahədən daha rahat və effektiv istifadə etmənin ən asan yolu əşyaları ehtiyacınız olduğu miqdarda saxlamaqdır. Təbii ki, bəzən evimizdən bəzi əşyaları əskik etmək, bəzən də heç atmaq istəmirik. Bəzi əşyaları istifadə etməsək də, nə vaxtsa lazım olacağını düşünürük. Ancaq daha rahat və axtardığınızı asanlıqla tapa biləcəyiniz bir mətbəx istəyirsinizsə, mütləq köhnə və istifadə edilməyən əşyaları çıxarmalısınız. Bunu etmənin ən asan üsullarından biri də mətbəxinizdəki bütün əşyaları gözdən keçirmək və hamısını ən son bir il ərzində istifadə edib-etməyəcəyinizə qərar verməkdir. Son bir ildə heç istifadə etmədiyiniz qazan, tava, qab və s. əşyaları zibil deyilsə belə, evin anbarına yığmaq və ya daha yaxşısı ehtiyacı olanlara verməkdir.