Məbəxlərdə mövcud olan bir əşya var ki, ABŞ-da aparılan bir təcrübə zamanı bunun heç də sadə bir əşya olmadığı əksinə insan sağlamlığı üçün olduqca təhlükəli bir mikrob yuvası olduğu ortaya çıxmışdır.
Mətbəxlərdə geniş istifadə olunan əsasən üzərində göyərti, meyvə-tərəvəz, ət və s. məhsullar doğradığımız kiçik taxtanın təmizlənmədiyi zaman bir mikrob yuvasına cevrilir.
Mütəxəssislər mətbəxdə istifadə olunan bu taxtanı hər istifadə etdikdən sonra limon, duz və ya sirkə ilə mütləq təmizlənməsinin vacib olduğunu bildirirlər.
Həmçinin mütəxəssislər taxtanın sadəcə su və kimyəvi yuyucu tozlarla yuyulmasının təhlükəli olduğunu da bildirirlər.
Çoxlarımız elə bilirik ki, evimizdəki hava təmizdir. Havada formaldehid, benzol və trixloretilen kimi bəzi kimyəvi maddələr mövcuddur. Mütəxəssislər bütün bu kimyəvi maddələrin birləşərək insanlarda allergik simptomlar əmələ gətirə biləcəyini bildirirlər.
Hər gün nəfəs aldığımız hava müxtəlif (hətta ağlınıza belə gətirmədiyiniz) mənbələrdən çirklənir. NASA (ABŞ-ın Milli Aerokosmik Assosasiyası) tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, 300-dən çox üzvi qarışıq kosmos ətrafında dolanır və yer kürəsi üzərindəki hava təbəqəsini çirkləndirir.
Bundan baska heç bilirsinizmi ki, evinizdəki mebel də nəfəs aldığınız havanı zəhərləyir?
* Bibərlərin acılığını saplağındakı ulduz formasına baxaraq anlaya bilərsiniz. “Ulduz guşələri” 5-dən çoxdursa deməli bibər olduqca acıdır.
Tez-tez istifadə olunan ütülərin altında parçaların qalıqları qalıb toplana bilər. Bu da ağ paltarları ütülədikdə onların üzərində ləkələr salır. Ona görə də ütünün altını xüsusi qaydalarla təmizləmək lazımdır. Hətta bəzən buxar verən ütülərin su borularında da tutulmalar ola bilir. Kirlənən və ləkələnən ütülərinizin praktik təmizlənmə üsullarını təqdim edir.
Ütünüzü təmizlərkən ilk öncə onu cərəyandan çəkin. Ütü istidirsə, onun soyumasını gözləyin. Ütünün təmizlənməsində ilk istifadə edəcəyiniz vasitə köhnə dəsmal olacaq. Dəsmalı ilıq suda isladıb ütüyə yapışmış ləkələri silin. İsti sudan istifadə etməyin və heç vaxt ləkəni qaşımağa çalışmayın. Ləkələr yox olana kimi asta hərəkətlərlə silin. Ütünün dəmir hissələrini də eyni üsulla silin və dəsmal kirləndisə, onu ilıq suda yuyub yenidən işinizə davam edin.