Evdarlıq kateqoriyası üzrə məqalələr

Evi az vaxtda təmizləmək üçün

Bir azdan qonaqlar gələcək. Vaxtınız çox azdır. Yarım saata evi təmizləməlisiniz. Bu işdə biz də sizə kömək edə bilərik. Necə? Əlbəttə ki, bir neçə təklif verməklə!
 

* Ətrafda lazım olmayan qəzetləri, oyuncaqları, çantaları, ayaqqabıları, idman əşyalarını, DVD-ləri, kitabları yığışdırıb bir şkafa qoyun.

* Əlcəklərinizi geyinin, bütün təmizlik vəsaitlərini bir vedrəyə yığıb otaqdan-otağa keçdikcə özünüzlə daşıyın. Şüşətəmizləyənin köməyi ilə paslanmayan polad əşyalardan barmaq izlərini təmizləyin.

* Yemək masasının, şkafın tozunu nəm bezlə götürün. Şüşətəmizləyən və bir parça kağızla güzgüləri təmizləyin.

* Televizorun, musiqi alətlərinin, divardakı şəkillərin və bəzək əşyalarının tozunu tüklü tozgötürənlə alın. Zibil vedrəsini çölə qoyun.

Davamı →

Dayə seçimi

Son zamanlar işləyən qadınların sayının artması onların ev, uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duymalarına səbəb olub. Bağçaların azlığı, onların keyfiyyətli xidmətinə inamın olmaması valideynlərin dayələrə üz tutmasına səbbə olur. Amma hər uşaq baxan dayədirmi? Tarixən dayəlik daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan elmi, savadı ilə seçilən bir insan olub.

Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Artıq dayəlik iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yeridir. Yəni, onlar öz övladlarını böyütdükləri üçün bu sahədə yetərincə təcrübəli olduqlarını düşünürlər. Çünki bizim kimi cəmiyyətlərdə dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb durmasını təmin edən, və bəzən də ev işlərində köməkçi olan biridir. Əgər bir qadın bunları bacarırsa, deməli o normal dayə hesab oluna bilər. Əlbəttə, bu düşüncələr dayəlikdən daha çox xidmətçi peşəsinə uyğun gəlir. Ona görə də, illərdir bu sahədə inkişaf yox əks proses yaşanır. Yəni, dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır.

Davamı →

Yeni Persil gel Vernel təravət ətri ilə

Eyni zamanda işinin peşəkarı, müasir, qayğıkeş həyat yoldaşı, sevimli ana, isti ocağın sahibəsi olan qadınların məqsədyönlü həyat ritmi onların hər işi sürətli və keyfiyyətli görməyinə gətirib çıxarır. Təbii olaraq, belə həyat yuma prosesinə olan tələbləri artırır – paltarlar təmiz, parlaq və xoş ətirli olmalıdır.

Müasir həyatımızda ətirlərlə hər yerdə rastlaşırıq – səhər üzərində oyandığımız yeni yuyulmuş camaşırların ətri, təmiz köynəyin təravət ətri və ya duş qəbulundan sonra yenicə  yuyulmuş dəsmalın ətri.  Ətirlər həyatımızın ayrılmaz hissəsinə çevirilib. Onlar hara getməyimizdən asılı olmayaraq bizim əhvalımızı yaxşılaşdırır və xoş xatirələr bəxş edir.

Davamı →

Faydalı məsləhətlər

Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra qatın. 

Peçenyeləriniz bərkiməsin deyə, tənəkə qutuda (yüksəkkeyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun. 

Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və sonra yuyun. 

Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın. 

 Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın. 

Davamı →

Göyərtilərin uzunmüddətli saxlanılması

Göyərtiləri çürümədən qurudub saxlamaq istəyirsinizsə, sərin, kölgəli və havalı yerlərdə başıaşağı asmaqla qurutmaq olar.

Kəklikotu, nanə kimi tez quruyan göyərtiləri pambıq parça üzərində qurutduqdan sonra təmiz qablara və ya materialı parçadan olan torbalara yığın. Bu üsulla göyərtiləri 6 ay sərin, kölgə və quru yerdə saxlamaq mümkündür.

Göyərtiləri dondurmaqla da saxlamaq olar. Məsələn tərxunu, keşnişi bir qaba qoyub üzərinə su tökün (su göyərtinin üzərinə çıxmalıdır) və soyuducunun buzluğunda saxlayın.

Reyhanı, keşnişi, tərxunu zeytun yağında da saxlamaq olar. Göyərtiləri yaxşıca yuyun, suyu çəkildikdən sonra bir qaba doldurun, üzərinə zeytun yağı tökün, sərin və kölgəli yerdə saxlayın.

Davamı →

Çiçəklərin ömrünü uzadan üsullar

Çiçəklərin ömrü uzatmaq üçün aşağıdakıları yerinə yetirin. Həyat yoldaşınız, ya da ən çox sevdiyiniz dostunuzun xüsusi gündə hədiyyə etdiyi gül dəstəsini uzun müddət yaşatmaq istəyirsinizsə, bu qaydalara əməl edin.
Davamı →

Mətbəx bıçağı |13 qayda

Mətbəxdə istifadə olunan bıçaqların istifadəçiyə zərərini minimuma endirmək üçün nə etmək lazımdır? Hazırladığınız müxtəlif qidaların necə və hansı bıçaqla kəsiləcəyini bilsəniz, onda əllərinizdə daha az kəsik olar.

Məşhur “Riders Daycest” jurnalında çap olunan məqaləyə görə, məqsədinə uyğun olaraq istifadə edilən bıçaqlar yaralanmaları azaldır. Məsələn, ət kəsmək üçün istifadə edilən bıçaqla meyvə-tərəvəz doğramamaq lazımdır. Mətbəx bıçaqları haqqında bu və bunun kimi bir çox nüansları bilməlisiniz.

1. Doğrama taxtası
Hər şeydən öncə üzərində iş görəcəyiniz doğrama taxtası çox vacibdir. Onun hazırlandığı material önəmlidir. Uyğun doğrama taxtası istifadə etmək və bıçaqları yumaq əsasdır. Əsasən taxta, bambu və plastik doğrama taxtaları məsləhət görülür. Şüşə, metal, keramika və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza zərər verir. 

2. İti bıçaqlar
İnsanlar çox vaxt elə bilirlər ki, bıçaqla iş görərkən yaralanmaların əsas səbəbkarı iti bıçaqlardır. Bu, yanlış düşüncədir. İti bıçaqlardan qorxmayın. Çünki iti bıçaqla hər hansı bir şeyi kəsərkən istifadə olunan güc, xərclədiyiniz enerji minimum olur. Ancaq iti olmayan küt bıçaqlarla işləyəndə daha çox enerji sərfinə daha çox yaralanmağınıza səbəb olur. Kəsəcəyiniz parçaya uyğun bıçaqdan istifadə edin.

Davamı →

Təbii sirkə necə hazırlanır?

sirkəSirkə üzüm, kişmiş, xurma, əncir, bal, alma və sairdən hazırlanır. Sirkənin müalicəvi-profilaktik cəhətləri soyuqluq, quruluq verir, bədənə tez sorulur, susuzluğu yatırır, həzmə kömək edir, iştahanı artırır, bəlğəmi əridir, mədə iltihabının qarşısını alır. Ac qarına sirkə işlətmək mədə qurdunu öldürür. Sirkə ilə qarqara etmək boğaz, diş, qırtlaq ağrısı zamanı xeyirlidi. 

Sirkəyə duz qatıb ağızı qarqara etmək diş dibinin qanamasını, ağ zəy qataraq qarqara etmək damaq qanamasını kəsir. Yaralı yerlərin kənarına sürtdükdə yara yayılmır, dəri uzəri şişlər, təzə yaraların şişməsi, baş ağrısı, qaşınma hallarında istifadə edilir. Bal ilə qarışığı göz altının qırışlarını aparır .Gül yağı ilə qarışığı günvurmadan olan baş ağrısını sakitləşdirir. Bəzi ümumi cəhətlərə görə sirkəni limon suyu əvəz edə bilər. Daxili qanaxmanı dayandırır, yağlı, ağır ət yeməklərində sirkə işlətmək faydalıdı, arıqlamaq üçün sirkədən istifadə etmək olar, lakin mədə xorası olanlar sirkə istifadə etməsinlər.

Davamı →

Təbii diş məcunu

Bu gün hər kəs ağız boşluğunun gigiyenasını qorumaq üçün diş məcunlarından istifadə edir. Bəzi insanlar orqanizmin sağlamlığını düşünüb diş məcunu aldıqda tərəddüd edir, görəsən hansı yaxşıdır, tərkibi orqanizm üçün ziyanlıdırmı? Bəziləri isə məcunu tərkibinə baxmadan, dişimi ağartsın, dişimin karyesini töksün, damağıma xeyrili olsun deyə düşünüb alırlar. 
Bu gün istifadə olunan diş məcunlarının tərkibində zəhərli maddələr, süni qatqılar, köpükləndirici vasitələr insan orqanizmi üçün çox ziyanlıdır. Onlar ağız boşluğunun sağlamlığını qorumur, əksinə səhhətimiz üçün təhlükə yaradır. Bu xəstəliklərdən özümüzü qorumaq üçün təbii diş məcunu reseptini öyrənməliyik. Yalnız təbii diş məcunu qorxusuz və ziyansızdır.

Tərkibi:
Mürsafi ağacının bərkimiş halda yapışqanı
balaca 2 ədəd Limon qabığı (rəndənin xırda gözündən keçirilmiş, ya üyüdülmüş)
Rozmarin
Yaşıl çay
Davamı →

Yun paltarların yuyulması


Yun paltarı yumamışdan əvvəl (onları mümkün qədər az yuyun) onun rənginin çıxıb –çıxmamasını müəyyən etmək lazımdır.

Bunun üçün yun parçadan bir sap götürüb isti sabunlu suya qoyun, sonra çıxarıb pambıq parçaya bükün. Əgər rəngi çıxmırsa, yumaq olar.
Rəngi çıxırsa belə paltarı yumayıb kimyəvi təmizliyə vermək lazımdır.

Yun paltarı sabunlu ilıq suda yuyun. Yuyandan sonra bir neçə dəfə ilıq suda yaxalayın və axırıncı dəfə yaxalayanda suya bir qaşıq qliserin və bir neçə damcı naşatır spirti tökün ki, ləkələri aparsın və paltarın rəngi parlaqlaşsın.

Əgər suya bir az sirkədə əlavə etsəniz paltarın rəngi çıxmaz. Sudan çıxararkən paltarı sıxmayın. Yun paltarları düz yerə sərilmiş halda qurudun.
Rəngi çıxan yun paltarı yuduqda ilıq sabunlu suya duz və sirkə tökün.

Belə paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun.

Müəllif: Tahirə
Davamı →
Top