Bu kitab üzərində işlədiyim ərəfədə bir dəfə Çikaqo universitetinə getdim və universitetin rektoru Robert Meynord Xatcins ilə söhbət etdim. Mən ondan soruşdum ki, o, narahatçılıqdan necə azad ola bilir? O, belə cavab verdi: «Mən həmişə „Sirs, Roubik end kompani“ firmasının keçmiş prezidenti mərhum Culius Rozenvaldın söylədiyi „Əlinizə limon düşmüşsə, ondan limonad düzəldin“ məsləhətinə riayət etməyə çalışırdım.
Məşhur pedaqoq məhz belə də edirdi. Ancaq axmaq adam isə, bunun əksinə edir. Əgər duyursa ki, taleyi ona limon qismət etmişdir, o, təslim olur və deyir: „Mən iflasa uğradım. Mənim taleyimdir. Mənim heç bir şansım yoxdur.“ Sonra da başlayır öz həyatından gileylənir. Ancaq „limon“ ağıllı adama qismət olursa o, deyir: „Mən bu xoşagəlməzliklərdən hansı ibrət dərsi götürə bilərəm? Mən öz vəziyyətimin yaxşılaşması üçün nə etməliyəm? “Mən bu limonu limonada neçə çevirim?»