
Yağ lipidləri müdafiə baryeri rolu oynayaraq, ağız boşluğundan zərərli bakteriyaların damaq və limfalara, ordan da qanla digər orqanlara yayılmasının qarşısını alır. 
Bugün bəlkə bir çox insan fikirləşir ki, duzlu gölə getməyin faydası varmı? Son vaxtlar mətbuatda oranın gigiyenik şəraitsizliyi barədə çox yazılar var. Bəli, bunlar ətraflara aid ola bilər, amma oranın suyunda və palçığında heç bir mikrob ola bilməz, çünki duzlu gölün suyu və palçığı bakterisiddir, yəni mikrob və bakteriyaları öldürür.
Duzlu kələm soyuq fəsillərdə bizi bir çox vitamin və minerallarla təmin edə bilər. Duzlu kələmin tərkibində çoxlu miqdarda C vitamini var. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, infeksiyalara olan davamlılığını artırır.
Kəsmik və bal birlikdə dəyəri və vitamin tərkibinə görə ən möcüzəvi ikilidir. Orqanik, yağsız kəsmiyin üzərinə 1-2 qaşıq bal töküb yemək immuniteti möhkəmləndirir, müxtəlif səbəblərdən zəifləmiş orqanizmi bərpa edir.
Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir. Alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.