1. Qan dövranını sürətləndirmək və saç köklərini canlandırmaq üçün zeytun yağı və ya hindistan qozu yağı ilə saç dərinizi masaj edin. Saçlarınızı duruladıqdan sonra ilıq su ilə masaj etmək saç dökülməsinin qarşısını almaq və saçlarınızın uzanması üçün olduqca faydalıdır.
2. Saç dökülməsinin müalicəsində istifadə olunan əsas üsullardan biri də alma püresi ilə hindistan qozunun yağından hazırlanmış qarışıqdır. Bu qarışıq saçların uzanması, quru və qaşınan saç dərisinin müalicəsi üçün istifadə edilir. Qarışımı saçınıza vurduqdan sonra başınızı bağlayın və sabaha qədər gözləyin. Səhər yüngül bir şapun ilə saçlarınızı yuyun və soyuq su ilə durulayın. Bu işi hər həftə təkrarlayın və nəticəni öz gözlərinizlə görəcəksiniz.
3. Gücsüz və tez-tez qırılan saçların müalicəsində ən çox sardinya bitkisinin yarpaqlarından istifadə edilir. Sardinya bitkisinin yarpaqlarını 15-30 dəqiqə qaynar suyun altında ağarana qədər saxlayın. Sardinya yarpağının suyunu süzün və bu su ilə həftədə ən azı iki dəfə saçlarınızı şampun ilə yuduqdan sonra durulayın.
İnsan bədəninin içərisində dolaşaraq daxili orqanlar arasında gəzinmək bəlkədə çoxlarımızın uşaqlıqdan qalan, ancaq reallaşdıra bilmədiyi bir arzudur. Lakin artıq bu arzunu süni şəkildə də olsa reallaşdırmaq imkanına sahibik. Belə ki, Hollandiyada yerləşən «Corpus İnsan Bədəni Muzeyi» buna imkan verir. 35 metrlik insan görünüşlü binada dolaşaraq insanın bütün orqanları haqqında visual məlumatlar əldə edə bilərsiniz. Bu maraqlı muzeydən bəzi görüntüləri sizə təqdim edirəm...
Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir:
Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.
Qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. Xüsusilə qara qarağat C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.
Bundan əlavə, qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir. Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.
Müsbət cəhətlərindən digəri dəmirlə zəngin olmasıdır. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir. Eyni zamanda qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir. Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutular pəhrizlər zamanı uğurla istifadə oluna bilər.
İngiltərənin məşhur yayım quruluşu BBC-nin “The One Show” verlişinin aparıcısı Michael Mosley qeyd edir ki, hal-hazırda yer kürəsində 7 milyardan artıq insan yaşayır və milyonlarla insan xroniki olaraq yaxşı qidalana bilmir. Lakin bu o demək deyil ki, onlar aclıq çəkirlər.
Hazırda 120 milyon insanda “A” vitamini çatışmamazlığı vardır, bu isə sonda gözlərin zəifləməsinə və korluğa səbəb olur. Heyrətləndirici haldır ki, planetimizdə 2 milyard insanda dəmir çatışmamazlığı mövcuddur. Bu səbəbdən də onların əksəriyyəti gün ərzində yorğun və halsız olurlar.
Əgər sizin gündəlik qidalanmanızda kifayət qədər “C” vitamini yoxdursa, bu zaman siz skorbut xəstəliyinə yoluxa bilərsiz. Nəticədə sizdə yorğunluq, iştaha azalması, yaralanmış toxumaların gec sağalması, dəridə quruluq və çatların yaranması, immunitet çatışmamazlığı, diş əti qanamaları müşahidə ediləcək. Əgər siz kifayət qədər kalsium və “D” vitamini qəbul etməsəniz bu zaman sizdə raxitlik xəstəliyi yarana bilər. Bütün bu faktlar göstərir ki, insan orqanizimi üçün vacib olan əsas qidaların qida rasionunda olaması bədənin zəifləməsinə və sıradan çıxmasına səbəb olur. Bu səbəbdən də alimlərin insan üçün vacib olan ərzaqları inkişaf etdirməsi son dərəcə vacib məsələdir. Qida çatışmamazlığından ən çox əziyyət çəkən yaş qrupu 5 yaşından aşağı yaş qrupudur. Belə ki, 5 yaşıdan kiçik uşaqların 1\3-nin ölüm səbəbi lazımi qidalanmamadır. Ümumiyyətlə, bütün bu sadalananlar göstərir ki, pis qidalanma əsas qlobal problemlərdən biridir və bu problemin həlli yolları təcrübə mərkəzlərində yeni ərzaq növlərini inkişaf etdirməkdir.
Qoz. Qoz zülalın ən yaxşı bitki mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz- fındıqda yüksək miqdarda bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi (FDA-Food and Drug Administration) qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir. |