Qidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.
Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri üçün zəruri olan hər şeyi təmin etməyə kömək edir. Uşaqların qidalanmasında mühüm yer tutan 10 super yemək aşağıdakılardan ibarətdir:
1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı bir seçimdir, çünki qan şəkərini balanslaşdırmağa kömək edir.
2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə qata bilərsiniz. Yaxud da onu az yağlı salata əlavə edə, bununla da uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.
Gündəlik həyatda qadınların istifadə etdiyi böyük və ağır çantalar onların görünüşünə təsirsiz ötüşmür. Belə ki, xüsusilə son illərin dəbi olan böyük çantalara üstünlük verən xanımlarda bel ağrıları yaranır.
Mütəxəssislər qeyd edirlər ki, böyük və ağır çanta daşımaq, gərgin iş həyatı, ev işləri, həmçinin stress də bu ağrıları artırır. Hazırda dünyada gənc qadınların təxminən 20 faizi bu xəstəlikdən əziyyət çəkir və bunun səbəbkarı ağır və böyük çantalardır.
Mütəxəssislər qeyd edir ki, ağır çantaların yaratdığı fəsadlar təkcə ağrılarla kifayətlənmir. Bu, sonradan xanımlarda görünə biləcək bel əyrilikləri də yaradır. Həmçinin onurğa xəstəliyi, hərəkət ritminin dəyişməsi, vaxtından əvvəl bel bükülməsi kimi fəsadların səbəbi də ağır çantalardır.
Yorğunluq iş həyatımızdan tutmuş ailə yaşamımıza və sosial münasibətimizə qədər hər şeyə mənfi təsir göstərir. Bəs ümumilikdə yorğunluğun səbəbi nədir?
Susuzluq beyninizi tənbəlləşdirib, özünüzü ağır hiss etmənizə və diqqət əskikliyinə səbəb olur. Bundan sonra özünüzü yorğun hiss etsəniz, dərhal yeməyə qaçmayın. 1-2 stəkan su için.
Yatağa girmədən öncə telefonlarınızı söndürdüyünüzə əmin olun. Sadəcə mobil telefon deyil, bütün mavi işıq saçan cihazlar yuxu hormonu olan melatoninə təsir edir. Yəqin ki, hər biriniz gecə şirin yuxudaykən gələn mesaj, ya zəng ucbatından dəfələrlə oyanmalı olmusunuz. Buna görə yatmadan əvvəl telefonlarınızı mütləq söndürün.
Antidepressant, allergiya əleyhinə və təzyiq dərmanları enerji əskikliyi yaradır. Buna görə dərman atmadan əvvəl həkimlə məsləhətləşin.
Yemək sonrası vərdişlərin nə qədər zərərli olduğunu bilirsinizmi?
1) Siqaret çəkmək
Yeməkdən sonra çəkilən tək bir siqaretin 10 dənəyə əvəz olduğu sübut edir. (Xərçəng riski də doğru nisbətdə artır)
2) Meyvə yemək
Yeməkdən dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb olur. Ona görə meyvənizi yeməkdən 1-2 saat əvvəl ya da sonra yeməlisiniz.
3) Çay içmək
Çay yarpaqları yüksək nisbətdə turşu ehtiva etdiyi üçün yeməklərdən aldığımız zülalları həzm etməyinizi çətinləşdirər.