İlk növbədə nəzərinizə çatdıraq ki, yalnız kənd toyuğundan bişirilmiş bulyon insan orqanizmi üçün xeyirli ola bilər.
Müasir quşçuluq fermalarında yetişdirilən broyler toyuqların bulyonunu xeyirli adlandırmaq olduqca çətindir. Məsələ burasındadır ki, belə toyuqların yetişdirilməsi zamanı müxtəlif kimyəvi maddələr istifadə olunur — hormonlar, külli miqdarda sintetik vitaminlər, antibiotiklər, konservantlar və s.
Son illər Avropa ölkələrində keçirilmiş elmi tədqiqatlar nəticəsində belə toyuqlardan bişirilmiş bulyon və suplarda çoxlu miqdarda ağır metallar aşkar olunub. Bu metallar orqanizmdə toplanaraq orqanizmin daim zəhərlənməsinə səbəb olur, qara ciyər və böyrəklərin fəaliyyətinə mənfi təsir edir.
Əsl toyuq bulyonu zülal, polidoymamış yağlı turşular, vitaminlər (B qrupu, E, PP, C, A), mikroelementlər (dəmir, kalsium, mis, maqnezium, selen) kimi xeyirli maddələrlə zəngindir.
Toyuq bulyonunda olan zülal ət bulyonunda olan zülaldan daha çoxdur.
Polidoymamış yağlı turşular ürək üçün çox vacibdir. Həmçinin bulyonun tərkibində olan peptidlər ürək əzələsini möhkəmləndirir və bərpa edir, qanda xolesterini azaldır.
Toyuq bulyonu B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər mübadilə proseslərdə iştirak edir, sinir sisteminə çox müsbət təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, qanın tərkibini yaxşılaşdırır.
Hər gün bir neçə saat kompüter qarşısında keçirirsinizmi? İş gününün axırına və bəzən hətta ortasına yaxın aşağıdakı əlamətlər sizə tanışdırmı:
— görmə itiliyinin zəifləməsi;
— yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması);
— əşyaları ikili görmə;
— yazı oxuyarkən tez yorulma;
— gözlərdə yandırma hissi;
— gözə “qum düşməsi” hissi;
— göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar;
— gözlərin qızarması?
Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompüter görmə sindromu” (və ya “yorğun gözlər sindromu”).
Əgər qış aylarında da açıq havada idman etməyə üstünlük verirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz. Soyuq havada idman edərkən diqqət etməli olduğunuz məqamları təqdim edirik:
İsinmə hərəkətləri: İdmandan əvvəl isinmək vacib qaydadır. Soyuq havada idman edərkən uzun müddət etdiyiniz isinmə və əsnəmə hərəkətləri ilə əzilmələrdən xilas ola bilərsiniz. Soyuq havada edilən idmanın 45 dəqiqədən çox davam etməməyi lazımdı.
Termal geyimlər geyinin: Yunlu və pambıq geyimlər geyinməyin. Çünki bunlar tərlə birgə isinir və bədəninizi nəmli saxlayır. Təri bayıra atan və bədən istiliyini qoruyan termal geyimlər geyinin.
İncə və qat-qat: Qalın geyimlər bədəndə yüksək miqdarda bədən istiliyinin itkisinə səbəb olur. Buna görə qalın yox nazik qat-qat geyinmək daha uyğundur. Papaq və əlcək də taxmaq lazımdır.
Bol su için: Sadəcə çox tərlədiyiniz isti havalarda deyil, soyuq havalarda da bol su için. 15-20 dəqiqədən bir su için. Soyuq havada nəfəs yoluyla maye itkisi daha çox yaşandığından ağız və burnu qoruyacaq maska taxın.
İlıq duş qəbul edin : Buz kimi havada idman etdikdən sonra isinmək üçün özünüzü isti suyun altına atmayın. Bədəninizi ani şəkildə deyil, yavaş-yavaş isitməlisiniz. İdmandan gəldiyiniz nəmli geyimlərlə uzun müddət qalmayın. Dərhal duş alıb dəyişin. Uzunmüddətli idmandan sonra qəbul edilən duşun ardından bədən isinib bir az tərlədiyindən geyiminizi geyinmədən əvvəl 5 dəqiqə isti bir yerdə oturub dincəlin.
İnsan orqanizmi daim ona lazım olan vitamin və mikroelementləri almalıdır.
Əks halda orqanizmdə müxtəlif pozulmalar baş verə bilər. Avitaminoz bizim immun sistemimizə ciddi zərbə vurur və bunun nəticəsində insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır. Bu səbəbdən insan öz qidalanmasını elə tənzim etməlidir ki, bütün lazım olan vitamin və mikroelementlər onun orqanizminə daim daxil olunsun.
İlin isti aylarında bu problem asanlıqla həll olunur — vitamin və mikroelementlərin əsas mənbəyi olan meyvə, tərəvəz, giləmeyvələr, göyərti bol olur. Lakin soyuq aylarda bu kifayət qədər çətin işə çevrilir.
Beləliklə, soyuq aylarda orqanizmə lazım olan vitaminləri hansı məhsullardan qəbul etmək olar?
Saçlar orta hesabla ay ərzində 1-2 santimetr uzanır. Bu prosesi iki, üç dəfə sürətləndirmək mümkündürmü?
Qidalanma - Saçların əsas tikinti elementi və hüceyrələrin artımını sürətləndirən zülaldır. Gündəlik rasiona yumurta, balıq, süd və ət məhsulları əlavə edin. Omeqa 3, 6 və 9 yağ turşularını rasiondan əksik etməyin. Bu yağ turşularının ən əlverişli mənbəyi zeytun və kətan yağlarıdır. Bu yağları salatlara əlavə edin və ya qaşıqla için. Saçları A və E vitaminləri, məsələn, kök, kələm və çuğundurla da uzatmağa cəhd edin.
Saçları uzatmaqla bağlı bir əla xəbəri də xanımlarla bölüşəcəyəm. Məlumdur ki, saçlar sinki sevir. Bu mineralın ən gözəl mənbəyi isə qabaq toxumları, mal əti və əlbəttə ki, şokoladdır. Bu, sevimli ləzzəti dadmaq üçün sanballı bəhanədir.
Təbii ki, gün ərzində 1,5 litr su içməyi də unutmayın.
Qidalanmanın effektini gözləməyən səbirsizlər isə əlbəttə ki, aptekdən saçları uzatmaq üçün mineral kompleks alıb qəbul edə bilərlər.
Saçlara qulluq vasitələri - Rəfiqələrinizin tövsiyələrinə, heyranlığına aldanıb şampun almayın. Bəlkə də onu xoşbəxt edən şampun sizi üçün əsl baş ağrısı olacaq. Şampun alarkən mütləq baş dərisinin tipini nəzərə alın. Piy vəziləri yaxşı işləyərsə, saç köklərinin inkişafı dayanmaz. Saçları ağırlaşdırmamaq üçün tərkibində silikon, paraben olmayan şampunlara üstünlük verin. Kondisionerlər, balzamlar və maskalar saçların kövrəlməsinin, qırılmasının qarşısını alır. Yağlar isə əksinə uzanmasına yardım edir. 4-6 aydan bir saçları uzadan xüsusi şampunlardan, kapsullardan istifadə etmək olar. Bonus qismində isə peşəkar tonik və ya zərdab alın.